Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 1,22 Mb.
səhifə24/72
tarix14.12.2022
ölçüsü1,22 Mb.
#121061
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   72
I ABBASOV R SADIQOV Menecment

3.2.Təşkiletmə funksiyası

İdarəetmənin növbəti əsas funksiyalarından biri də təşki­let­mədir. Bu funksiyanın məqsədi qəbul olunmuş iş planının həyata keçirilməsini təmin etməkdən iba­rət­dir. Təş­kiletmə funksiyası fəaliyyətin həyata keçirilməsi ilə əla­qə­dar hazırlıq işlərinin yerinə yetiril­məsidir.


Təşkiletmə funksiyası fəaliyyətin planlaşdırma mər­hə­­lə­sindən fəaliyyətin həyata keçirilməsi mərhələsinə ke­çid mər­hələsidir. Təşkiletmə işə başlamaq üçün lazım olan ünsürləri cəlb edir, yerləşdirir, onların gələcəkdə bir­gə fəaliy­yəti üçün qarşılıqlı əlaqəsini təmin edir, işlək və­ziy­yə­tə gətirir. Təş­ki­l­etmə funk­siyası sistemin bütün ele­ment­ləri arasın­da da­imi və mütə­rəqqi əlaqələri müəyyən edir, on­ların fə­aliy­yətinin qay­da­larını və şərtlərini müəy­yən­ləş­di­rir.
Təşkiletmə funksiyasının vəzifəsi istehsal və in­san eh­­ti­yat­­­larını elə qarşılıqlı əlaqəli sistemdə birləş­dir­mək­­­dən iba­­­rətdir ki, qarşıya qoyulan məqsədə səmərəli surət­də nail ol­­­maq mümkün olsun. Burada sistemin qu­ru­lu­şunun müəy­­­­­yən­­ləşdirilməsi, altsistemlər arasında qar­şı­lıq­lı əlaqə­lər, böl­mələr arasında funksiyaların pay­lan­ma­sı, müvafiq hü­quq­ların verilməsi və s. nəzərdə tutulur.
Plan tapşırıqlarının ritmik və nəzərdə tu­tu­lan həcm­də, vaxtında və key­fiy­yətlə yerinə yetirilməsi idarəet­mə­nin təşkiletmə funk­siya­sı­nın başlıca məsələsidir.
Hər bir düşünülmüş hadisə və proses, onun təşkil olun­ma­sı ilə başlayır. Burada belə bir sual meydana çıxır. Onda niyə ida­rəetmənin birinci funksiyası təşkilet­mə deyil, plan­­laş­dır­ma hesab olunur?
Çünki hər hansı bir müəssisə və fəaliyyət təşkil olun­­­ma­mışdan qabaq əvvəlcə məqsəd ortaya çıxır və ya müəy­­yən olu­nur. Məqsədin müəyyən olunması isə plan­laş­­­dırmanın ilkin mərhələsi hesab edilir. Deməli, məq­­sə­din öncə yaran­ması fikri təşkiletmədən qabaq plan­laş­dır­manın ya­zı­lı və ya in­san beynində ideya formasında meydana gəl­mə­sini təsdiqləyir.
Təşkiletmə, həmçinin bir prosesdir. Bu prosesi 3 mər­­hə­ləyə bölmək olar.

  1. Müəssisənin təşkil edilməsi.

  2. İstehsalın təşkil edilməsi.

3. İdarəetmənin təşkili.
Təşkiletmənin birinci mərhələsi müəssisənin hüquqi cə­­­hət­dən təsis edilməsi və müvafiq dövlət orqanlarında qey­­­­­diy­­­yatdan keçirilməsi ilə əlaqədardır. Bu mərhələ müəs­­­­sisənin hüquqi cəhət­dən təşkil olunması mərhələsi ki­­­­mi başa düşülür. Çün­ki istehsal fəaliyyəti ilə məşğul ola­raq pul qazanmaq istəyən sahib­­kar həmin istəyinə çat­maq və ideyalarını real­laş­dır­maq üçün birinci növbədə müəs­sisəni təsis etməli, başqa sözlə desək, hüquqi şəxs ya­rat­malıdır. Sahibkarlıq fəaliy­yəti ilə məşğul olmaq üçün hü­quqi şəxs yaratmadan fiziki şəxs kimi də fəaliyyət gös­tər­mək müm­kün­dür. Amma bu kiçik həcmli təsərrüfat sub­yektləri üçün daha çox əlverişlidir.
Hüquqi şəxsin yaradılması üçün əvvəlcə müəs­si­sə­nin təşkil olunmasının hüquqi və texniki tərəflərini həya­ta ke­çirmək lazım gəlir.
Müəssisənin təşkilinin hüquqi və texniki tərəfləri ni­zam­­­­­na­mənin tərtib edilib müvafiq dövlət orqanlarında qey­­­­­­diy­yata alınmasından tutmuş, banklarda hesablaşma he­­­­­sabı aç­ma­­ğa qə­dər olan bütün mərhələləri özündə əks etdirir.
İkinci mərhələ isə istehsalın təşkili mərhələsidir. Bu mər­­hələ istehsal üçün lazım olan ünsürlərin təşkili ilə əla­qə­­­dardır. İstehsalın baş verməsi üçün üç ünsürün ol­ma­sı va­cib­dir. 1) əmək alətləri (əsas vəsaitlər); 2) əmək ci­sim­lə­ri (dövriyyə vəsaitləri); 3) işçi qüvvəsi. İşçi qüv­və­si əmək alət­ləri vasitəsi ilə əmək cisimlərinə təsir etməklə məh­sul isteh­sal edir.
Məhsul istehsalının təşkili məqsədilə rəhbərlər aşa­ğı­da­kı funksiyaları yerinə yetirməlidirlər.
1. Əsas vəsaitlərin cəlb edilməsi və yerləşdirilməsi.
2. Müəssisənin istehsal gücünün artırılması ilə əla­qə­dar texniki-təşkilati işlərin yerinə yetirilməsi.
3. Dövriyyə vəsaitlərinin cəlb edilməsi.
4. Maliyyə kapitalının cəlb edilməsi və maliyyə im­kan­­larının genişləndirilməsi.
5. İşçi qüvvəsinin cəlb edilməsi və əmək bölgüsünün aparılması.
6. Təhlükəsizlik və ekoloji tələblərin təmin olun­ması və s.
İstehsal fəaliyyəti ilə məşğul olmaq üçün əvvəlcə əsas vəsait­lərin – inzibati binanın, istehsal binasının təmin olun­ması, yəni alınması və ya icarəyə götürülməsi la­zım­dır. Bun­dan sonra texniki vəsaitlərin (maşın və ava­dan­­lıq­la­­rın, dəz­gahların) təchiz edilməsi vacib məsə­lə­dir. Əsas və­­sait­lərin təşkilindən sonra isə material təchizatını tə­­min et­­mək lazım gəlir. Daha sonra sadalanan maddi və tex­­niki və­sait­ləri hərəkətə gətirmək, onların bir-birinə tə­si­­rini ya­ratmaq üçün, daha dəqiq desək, istehsalı həyata ke­çir­mək üçün işçi qüvvəsini, yəni əmək ehtiyatlarını cəlb et­mək lazımdır. Bundan sonra təşkilati idarəetmənin ikinci mər­hə­lə­si başa çatır.
Üçüncü mərhələ idarəetmənin təşkili ilə əlaqə­dardır. Yəni istehsal üçün bütün ünsürlər vardır. Sadəcə olaraq, bu ünsürləri hərəkətə gətirməklə məhsulun istehsalı prose­sini həyata keçirmək lazımdır. İstehsal prosesi isə ol­duq­ca çə­tin və mürəkkəb prosesdir. Bu pro­sesi idarə etmək üçün müəs­sisənin idarəetmə apara­tını, təşkilati struk­tu­ru­nu ya­rat­­maq lazımdır. Çünki isteh­sala xidmət edən sa­hə­lə­ri (təc­­­­hi­zat, marketinq, maliy­yə, satış və s.) idarə etmək bir nə­­­fərin işi deyildir. Buna görə də müəssisədə təşkilati struk­­tu­ru yarat­maq, idarə heyətini təşkil etmək, əmək böl­gü­­sü­nü həyata keçir­mək, onun əlaqəli fəaliyyətini qur­maq, yəni idarə etmə mexanizmini təşkil etmək la­­­zım­dır. Bu zaman təşkil­etmə prosesi daha da mü­rək­kəb­lə­şir və el­mi­ləşir.
Təşkiletmə, müəssisənin bü­­tün sferalarını əhatə edir və özündən sonrakı proseslərin hə­­­yata keçirilməsində mü­hüm rol oynayır.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin