160
müəyyənləĢdirir. Qulaq asma bütün dil inkiĢafının özülüdür. Belə ki,
dinləmə vərdiĢləri zəif olan uĢaq ünsiyyət prosesində Ģübhəsiz ki, böyük
çətinliklərlə rastlaĢacaqdır. Tədqiqatlar vasitəsilə bizə məlumdur ki,
müəllimlər uĢağın dinləmə qabiliyyətini, müvafiq fəaliyyət növlərini və
təcrübəni həyata keçirməklə inkiĢaf etdirə bilərlər.
Ekspressiv dil, yaxud danıĢma doğuĢ zamanı qıĢqırıqla müĢayiət
olunur. UĢağın həyatının ilk doqquz ayı ərzində qığıltı, müxtəlif səslər
çıxartma hadisəsi baĢ verir. Bu dövrdə uĢaqlar müxtəlif səslər
çıxartmağa çox meyilli olurlar. Dil baxımından problemləri olan uĢaqlar
Ģübhəsiz ki, bu fəaliyyət növləri ilə məĢğul olmaqdan çəkinəcəklərö
müəllimlər və valideynlər bu uĢaqlara Ģifahi oyun fəaliyyətlərini təklif
etməlidirlər.
Təqribən doqquz aylıqda uĢaqlar nitqin «jarqon» adlanan yeni bir
mərhələsinə daxil olurlar. Onlar ətraflarında olan ritm və intonasiya
nümunələrini təqlid etməyə baĢlayırlar. UĢaqlar, öz dil sistemlərinə
daxil olan səsləri çıxarır və hələ də sözlərdən istifadə edə bilmirlər. Bir
sözdən iki qısa sözü iĢlətməyə doğru inkiĢaf edən uĢağın sosial dil
inkiĢafı zaman keçdikcə daha da formalaĢır. Üç yaĢa çatdıqda, uĢağın
sözlüyü sürətlə artır, zənginləĢir və uĢaq mürəkkəb cümlələrdən istifadə
etməklə danıĢa bilir.
UĢağın dil inkiĢafını müĢahidə etməklə, tədqiqatçılar uĢaqların
doğulduqları zamandan etibarən nitqə tam Ģəkildə yiyələndiklərinə kimi
müvafiq mərhələləri qeyd etmiĢlər. Nitq qüsurları olan uĢaqlar normal
dil inkiĢafı modelinə riayət etmirlər. Bəzi uĢaqlar xüsusi səsləri
çıxarmaqda çətinlik çəkirlər; digər uĢaqlar isə sözləri yadda saxlaya
bilmir və cümlə düzəldə bilmirlər. Müəllimlər uĢaqlara gündəlik
fürsətlərdən istifadə edib, nitq sözlüyünü tərtib etməkdə kömək edirlər,
bunun üçün onlar nitq vərdiĢlərinin aĢılanmasını nəzərdə tutan fəaliyyət
növlərini təĢkil edirlər.
Dostları ilə paylaş: