Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə116/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   119
2015-332

ingilis ədəbiyyatı(Bakı, ―Elm və təhsil‖, 2012, 156 səh.)‖ monoqra-
fiyasından.Fikrimizcə, nitq mədəniyyəti fənni ümumən insan 
konsepsiyasına əsaslanmalıdır. 
―Elə hərəkət et ki, sənin hərəkətinin əxlaq qaydası- ümumi 
qanun ola bilsin, sənin iradənin əxlaq qaydası eyni zamanda 


 
229 
ümumi qanunvericilik prinsipi qüvvəsinə malik olsun‖
Hər bir şəxs əxlaq nümunəsi olaraq nitqində, əməlində örnək 
olmağı bacarmalıdır.Fikrimizcə, hər bir gəncin tələbatları müxtə-
lifdir - maddi, ruhi, mənəvi və s. İnsan bu neqativ emosiyalardan 
daim qurtulmağa çalışır. Hər bir tələbə, insan öz - özlüyündə 
dəyərlidir çünki, bəzən insan Tanrının özü kimi möcüzə yaradır. 
Dəyərli varlıq olan ana cəmiyyət üçün hər bir ixtisas sahiblərini 
dünyaya gətirərək onları tərbiyələndirib boya-başa çatdırır. 
Qeyd edək ki, müasir gənc intellektual varlıq olmalıdır. O, 
ailədə və cəmiyyətdə, təhsil aldığı ali məktəbdə maraq oyandırmağı 
bacarmalıdır və etibar, hörmət, inam qazanmalıdır.Çünki, insanları 
maraqlandırmaq lazımdır. Bu zaman intellekt çox önəmlidir.
Əslində günəşin qabağında məşəllər və atəşfəşanlıqlar solub 
öz işığını itirdiyi kimi qadın ağlı hətta düha və gözəllik də xeyir-
xah qəlbin yanında nurunu itirir. Həqiqət yalanı örtə bilmədiyi ki-
mi, əyri də düzə kölgə sala bilməz.Alman filosofu A.Şopenhaue-
rə görə, ―Dünyada bircə yalan danışan məxluq var – insan‖. 
Ümumiyyətlə insan bütün işlərinin tez sona çatmasına tələsir, əsl 
sonluğun gəlib çatmasını isə heç vaxt istəmir… Çünki onun ba-
şına nə qədər faciələr, əzab-əziyyətlər gəlsə də, o, xoşbəxtliklə 
keçən günlərinin sorağıyla yaşayır və ümidlə dəyərli günlərini 
gözləyir. İnsanın xoşbəxtliyi və bədbəxtliyi onun ürəyində məs-
kən salmışdır. Hər bir varlıq öz səadətini özü qazanmalıdır, əgər 
buna nail ola bilmirsə, öncə özü günahkardır, burada zamanı, 
Allahı, dövləti günahlandırmaq düzgün deyil. Xoşbəxtlik və bəd-
bəxtlik nə qədər taledən asılıdırsa, bir o qədər də insanın öz mə-
nəviyyatından asılıdır. Qeyd edək ki, insanın həyatında fasiləsiz 
xoşbəxtlik və bədbəxtlik ola bilməz. Xoşbəxtlik ardınca bədbəxt-
lik, bədbəxtlik ardınca xoşbəxtlik gəlir. Müasir gəncin intellek-
tual inkişafı dedikdə onun haqqları, yuridik savad, nitq mədəniy-
yəti, faktlar, hisslərin tənzimlənməsi, nizamlanması, mənəvi-psi-
xoloji təsir, kosmopolitik zövqlər mədəniyyət, hüdudsuz ümidlər, 


 
230 
peyğəmbərlərin nəticələri, intuitik emprik faktlar ( such as God-
vin inspired flights of intuition) şamil olunur.Belə insanları çox 
vaxt yaşayış tərzi qane etmir, o missiyasını qoruyub saxlamaqla 
yanaşı həyatın rəngarəng axarına qatılaraq ictimai şüurunun intel-
lektual səviyyədə inkişafına doğru can atır.Hər bir tələbə həyatda 
özünün mənəvi rolunu, mənəvi gücünü, maraqlarını, həyatın yeni 
stimulunun axarının açarını xüsusi enerji ilə bərpa etməli oldu-
ğunu dərk etməyi bacarmalıdır. Bu da onun daxili azadlığının – 
şəxsi, fərdi, ictimai-mental duyumudur və ideoloji bəlalardan 
qurtuluşudur.İnsanın cinsindən asılı olmayaraq qadının və ya 
kişinin özünüdərki ilə bağlı fikirlər alman alimi K.Yaspersin di-
ni-mistik fəlsəfəsində özünün daha qatı, daha radikal, daha aydın 
ifadəsini tapdı. Onun yazdığı kimi, insanın düşüncəsi prinsipcə 
elmi yox, başqa bir təfəkkür - „mən‖i xatırlayan, „mən‖i oyadan, 
„mən‖i özümə gətirən, „mən‖i dəyişdirən bir təfəkkür olmalıdır 
(―Die Schuldfrage. Lebensfragen der deutschen Politik‖). 
İngilis filosofu A.Toynbinin fikrincə, bu dünyanın özəyi 
mənəvi başlanğıcdır, yaradıcılıq ehtirasıdır, spesifik mədəniyyət 
sərvətlərinin məcmusudur (―A Religious Belief‖). 
Son illər müasir gəncin özünüdərki ilə çox dəyişik və ya ona 
müsbət mənada təsir etmə formaları üzə çıxıb. Mənə elə gəlir ki, 
bu təsirlərdən ən başlıcası isə yad planetlərin yaşadığımız yer 
planetinə müxtəlif üsullarla təsirlərinin olmasıdır. Məncə, bu 
məqam dünyanın düşünən insanlarında planetimizdə vahid dünya 
yaratmaq ideyasını irəli sürməsi ilə özünü göstərir. Bununla 
bərabər, indi müasir dünyada yaranmış bu yanaşma tərzi insanın 
ruhunun dərinliyinə varmaqla reallaşdırılmasının mümkünlüyü 
daha optimal yol kimi göstərilir.Hər bir gəncin yeni həyati an-
laşmasında ekzistensializm və seyr vasitəsilə din birləşmiş olur. 
Burada fəlsəfənin insanın dünyada ali vəzifəsinə münasibəti açıq-
aşkar hiss olunur. Amerika filosofu Karl Raymund Popper kliniki 
ölüm keçirmiş şəxsin cənnəti təsvir etməsi barədə yazırdı: Mən 


 
231 
orada 1) ruhi mehribanlıq; 2) sonsuz eşq; 3) işıq, qəlb gördüm... 
(―Objective Knowledge‖ ) 
Fikrimizcə, hər bir gənc nitq mədəniyyətini, dilini təkmilləş-
dirməklə yanaşı hər şeydən əvvəl insani dəyərlərə əsaslanaraq 
hərəkət etməlidir. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin