Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Ġdarəçilik



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə70/119
tarix18.10.2022
ölçüsü1,28 Mb.
#118372
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   119
2015-332

5. MəiĢət natiqliyi 
a)Masa arxasında söylənən təbrik nitqi


 
134 
b)Matəm mitinqində nitq (ağılar) 
c) Mədəni -məişət etiketləri 
ç) Məişət mübahisəsi. 
6. Bədii axĢamlardakı nitq 
a) Şair və yazıçı haqqında məruzə – mühazirə-nitq 
b) Şair və yazıçının nitqi. 
7. Səhnə nitqi 
a)Komik aktyorun nitqi 
b)Tragik aktyorun ntqi,
8. Dini natiqlik 
a) Moizə və xütbə 
b) Camidə və kilsədə din xadimlərinin nitqi 
c) Surə oxumaq, Quran bağışlamaq, süfrə və ehsan duaları
ç) Axund və mollaların imamların müsibəti haqqında nüfuzlu çı-
xışı, mərsiyə, sinəcan. 
9. Hərbi natiqlik 
a) Hərbçiləri-əsgərləri ruhlandırmaq üçün çağırış nitqi 
b) Hərbi and 
c) Hərbi nizamnamənin şərhi 
ç) Komandanların və komandirlərin müxtəlif situasiya hallarında 
çıxışları. 
 
Proqram üzrə Azərbaycan dili və Nitq mədəniyyətindən 
məĢğələlərin mövzuları 
 
Mövzu I: Azərbaycan dili və nitq mədəniyyəti müstəqil fənn
kimi 
Ümummilli liderimiz H.Əliyevin qeyd etdiyi kimi ―Azərbay-
can insanının, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. 
Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapıl-
mış Azıxantor Azərbaycanın ən qədim ibtidai insan məskənlə-
rindən biri olmasını sübut edir. Qobustan və Gəmiqayadakı qa-


 
135 
yaüstü təsvirlər və petroqliflər, Kür-Araz və Xocalı mədəniy-
yətlərinə aid maddi-mədəniyyət nümunələri, kurqan tapıntıları 
sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azər-
baycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur‖. 
Dil və mədəniyyət haqqında;Fənnin adına uyğun olaraq nitq 
mədəniyyəti barədə söhbət açmaq, B.Vahabzadə və Nəbi Xəz-
rinin ―Ana dili‖ şeirləri barədə məlumat vermək lazımdır.
Azərbaycan dili və nitq mədəniyyəti.Dil və mədəniyyət
2
haq-
qında ilk növbədə, dilin ictimai kateqoriya olması, dilin qədimliyi, 
şifahi ümumxalq danışıq dili ilə ədəbi dilin üzvü bağlılığı olması 
barədə şərh vermək lazımdır. Nitq mədəniyyəti fənninin tarixiliyi, 
antik dövr natiqlik mədəniyyəti və məktəbləri barədə məlumat 
vermək lazımdır.Tarixi qaynaqlardan məlum olur ki, lap qədim 
zamanlardan məzmunlu, obrazlı, aydın yığcam, təsirli nitqə malik 
olan insanlar cəmiyyət tərəfindən həmişə yüksək qiymət-
ləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olmağın yolları, va-
sitələri böyük şəxsiyyətlərin daim diqqət mərkəzində olmuşdur. 
Miladdan əvvəl Qədim Misirdə, Hindistanda, Çində, Babilistanda 
və başqa yerlərdə görkəmli natiqlər yetişmişdir. Lakin natiqlik 
sənətinin, nitq mədəniyyətinin əsl vətəni qədim Yunanıstan ol-
muşdur. Natiqlik də bir elm kimi Yunanıstanda meydana gəlmiş, 
inkişaf etmişdir. Yunanıstanın ictimai-siyasi həyatındakı müba-
rizələr, iqtisadiyyatda baş verən irəliləyiş, elmi tərəqqi və sair ilə 
bağlı Afina şəhər dövlətində natiqlik sənəti inkişaf etməyə, yük-
səlməyə başlayır. Natiqlik sənətindən təsirli və kəskin silah kimi 
istifadə etməyə çalışırdılar. E.ö. VII-IV əsrlərdə fəaliyyət göstərən 
yunan natiqlik məktəbi Aristotel, Asntifont, Andokid, Lisiy, İsey, 
İ. Sokrat, Molon, Kvintilian, Demosfen, Hipeorid, Esxil kimi 
görkəmli natiqlər yetişmişdir. Həmin məktəblərdə dərs deyən bu 
görkəmli natiqlər bu sənəti həm nəzəri, həm də praktik şəkildə 
2
Bax: E.B.Тайлор. Первобытная культура,М., Политиздат, 1989, с.18 


 
136 
öyrənənlərə aşılamışlar. Bu dövrdə natiqlik sənətinin nəzəriyyə-
sindən bəhs edən ―Ritorika‖ elmi də yaranmışdır. 
Antik yunan natiqlik sənətinin yaranması və inkişafında 
Aristotelin xüsusi rolu olmuşdur. Aristotel 335-ci ildə ―Ritorika‖ 
adlı əsərini yazıb natiqlik sənətinin elmi əsaslarını vermiş, sənəti 
insan fəaliyyətinin xüsusi növü kimi qiymətləndirmişdir. Natiq 
nitqinin quruluşunu, üslubunu, orfoepiyasını, ifadəlilik vasitə-
lərini geniş şəkildə şərh etmişdir. ―Ritorika‖ əsəri üç hissədən 
ibarətdir: a)Nitqin tərtibi prinsipi; b) Natiq üçün lazım olan şəxsi 
keyfiyyət və qabiliyyət; e) Nitqin texnikası, vasitələri və pri-
yomları. 
Aristotel nitqin üsluba, məqsədə və şəraitə uyğun qurulma-
sına daha çox fikir verir və göstərirdi ki, üslubun əsas mahiyyəti 
onun aydınlığı ilə bağlıdır. Üslub nitqin predmetinə uyğun olma-
lıdır. O, natiqin məharətinin beş cəhətini xüsusi qeyd edirdi.
1. Materialın icadı və onun hazırlanması. 
2. Planın tərtibi. Materialın plan üzrə müvafiq formaya sa-
lınması. 
3. Həmin materialın öyrənilməsi və yadda saxlanılması. 
4. Nitqin söylənilməsi, orfoepiya (ədəbi tələffüz), intona-
siya, emosiya və s. məsələlərin nəzərə alınması və onlara əməl 
olunması. 
5. Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi. 
Aristotelin yaxşı nitq üçün materialın düzgün seçilməsi, pla-
nın tutulması, onun mükəmməl öyrənilməsi, söyləmə zamanı uy-
ğun üslubun müəyyənləşdirilməsi, orfoepik və informasiya qay-
dalarına əməl edilməsi, emosiyaların özünəməxsus forma ilə ve-
rilməsi mühüm şərt hesab edirdi. 
Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına güclü təsir 
göstərən səbəblərdən biri də Solon qanunları olmuşdur. Bu 
qanunlara əsasən hər bir afinalı məhkəmədə öz hüququnu mü-
dafiə etməyi bacarmalı idi. Buna görə də hər bir afinalı hüquqi 


 
137 
biliklərə yiyələnməyi, həm də öz hüquqlarını müdafiə etməyi 
bacarmalı idi. Belə bir tələb əsasında afinalılar hüquqi biliklərə 
yiyələnməyə, həm də öz hüquqlarını müdafiə etmək üçün aydın, 
təsirli, məntiqi, sübutlu, rabitəli danışa bilməyə xüsusi səy göstə-
rirdilər. Afinada məhkəmə proseslərini 501 nəfər münsiflər heyə-
tindən ibarət olan vətəndaş aparırdı. Kimin müqəssir olub-olma-
ması əksəriyyətin səs verməsi yolu ilə müəyyənləşdirilirdi.O za-
man məhkəmədə vəkillər fəaliyət göstərmədiklərindən vətəndaş-
lara Hüquq təhsili almışdı. Onlar xüsusi muzdla məhkəmədə 
baxılacaq işin məzmun və mahiyyəti ilə bağlı nitqlər yazırdılar. 
İşi məhkəməyə düşən afinalı həmin nitqi əzbərləyir və məhkəmə 
prosesində özünü müdafiə edirdi, bu işdə onlara həmçinin 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin