Dərs vəsaiti Bakı 2014


Veb-in funksiyaları nədən ibarətdir?



Yüklə 1,75 Mb.
səhifə44/48
tarix25.05.2018
ölçüsü1,75 Mb.
#51492
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   48

Veb-in funksiyaları nədən ibarətdir?


Hər şeydən əvvəl qeyd edək ki, İnternetin digər informasiya servisləri kimi, Veb-in arxitekturası da ―müştəri – server‖ prinsipinə əsaslanır. Sistemin informasiya resursları Veb-serverlərdə hipermətn və ya hipermediya formasında saxlanır. Veb-serverin infor- masiya resursları həm öz aralarında, həm də digər serverlərdəki resurslarla hiperiqti- baslarla əlaqələndiklərindən, qlobal informasiya hiperməkanı yaranır. Veb-serverlərdəki informasiya resurslarının hipermətn təqdimatı (veb-səhifələr) və multimediya resursları (şəkillər, audio-video verilənlər və s.) HTML dilinə əsaslanır.

Beləliklə, Veb - bircins olmayan (hipermətn+multimediya) qlobal paylanmış infor- masiya sistemidir.

Veb-müştərilərinin proqram təminatı veb-brauzer adlanır. Veb-brauzer istifadəçiyə sorğu vermək imkanı yaratmaqla yanaşı, həm də cavabı öz kompüterinin ekranında almağa, çap etməyə, öz diskində saxlamağa, Veb-in paylanmış informasiya resursları fəzasında hiperiqtibaslar üzrə naviqasiya aparmağa şərait yaradır.

Veb-in instrumental vasitələri istifadəçi ilə veb-server arasında əks-əlaqə yarat- maqla, müəyyən proqramların serverdə icrasına nail olmaq imkanı da yaradır. Bu halda server nəticəni münasib formaya salaraq istifadəçi kompüterinin ekranına çıxarır. Bu prinsip paylanmış VB-yə telekommunikasiya vasitələri ilə müraciət zamanı geniş tətbiq edilir.


      1. Veb-in informasiya resursları


Veb-in informasiya resursları hipermətn konsepsiyasına əsasən təşkil edilir. Bu konsepsiyanın məğzi ondan ibarətdir ki, Veb mühitində təqdim edilən sənədlər əlahiddə
və bölünməz tam deyildir. Burada informasiya resursu vahidi kimi həm bütövlükdə sənəd, həm də onun əvvəlcədən işarələnmiş fraqmentləri götürülə bilir. Bundan əlavə, veb-serverdə sənədlər və ya fraqmentlər arasındakı hiperiqtibaslar əvvəlcədən təyin edilmiş şəkildə olur. Bu qayda ilə sənədlərin mürəkkəb strukturu yaradılır. İstifadəçi istədiyi sənədə və ya fraqmentə istədiyi ardıcıllıqla baxa bilir.

Hipermətn dedikdə, bir-biri ilə hiperiqtibas adlanan məzmun əlaqələri olan sənədlər çoxluğu nəzərdə tutulur. Hipermətn elə mürəkkəb strukturlaşdırılməş mətndir ki, onun strukturu istifadəçiyə görünür. Hipermətnlə işləmək üçün veb-brauzer adlanan proqramdan istifadə edilir. Adi mətn xətti quruluşlu olduğundan, ona əvvəldən-axıra və ya axırdan-əvvələ ardıcıl baxmaq olar. Lakin hipermətn qeyri-xətti quruluşludur. Buna görə hipermətnə istənilən qaydada baxmaq mümkündür. Bu xassəsinə görə, hipermətn elektron lüğətlərin, ensiklopediyaların, dərsliklərin və s. qurulması üçün çox səmərəlidir.

Hipermətn ideyası ilk dəfə ABŞ prezidenti T. Ruzveltin elm üzrə məsləhətçisi V. Buş tərəfindən irəli sürülsə də, yalnız 20 il sonra, 1965-ci ildə amerika alimi T.Nelson tərəfindən reallaşdırıldı.



      1. Veb texnologiyalarının baza standartları


Artıq qeyd edildiyi kimi, Veb ―müştəri – server‖ arxitekturası ilə yaradılmış geniş istifadəçilər çoxluğuna bircins olmayan aparat-proqram platformalarında sadə müraciət təmin edən informasiya-kommunikasiya sistemidir. Bu sistemi yaratmaq üçün: informa- siya resurslarının təqdimatı vasitələrini; həmin resursların təkrarsız identifikasiyası üsullarını; müştəri ilə server arasında informasiya mübadiləsi prosedurlarını stan- dartlaşdırmaq lazım gəlmişdir.

Veb üçün yaradılan standartlara: hipermətn dili olan HTML (Hypertext Markup Language), universal resurs lokatoru (göstəricisi) URL (Universal Resource Locator) və hipermətnlərin ötürülməsi protokolları HTTP (Hypertext Transfer Protocol) misal göstərilə bilər. Bundan əlavə, veb-serverin funksiyalarının genişləndirilməsi imkanlarını təmin etmək üçün universal şlüz interfeysi CGL (Common Gateway İnterface) standartı yaradılmışdır.



HTML dili. Bu, nişanlama (разметка) dilləri kateqoriyasına aiddir. Bu dillər müəyyən mətndə bu və ya digər dildə ayırıcı işarələr yerləşdirməyə imkan verir ki,

həmin işarələrin köməyi ilə mətnin fraqmentlərini ayırmaq mümkün olur. Bu prosedur



210

mətnin nişanlanması adlanır. İlk nişanlama dili 1970-ci ildə yaradılmış Tex dilidir.Bu, riyaziyyat, fizika və informatika sahəsindəki nəşrləri səhifələməyə imkan verir. Digər nişanlama dili 1986-cı ildə beynəlxalq standart statusu almış SGML (Standard Generalized Markup Language) dilidir ki, HTML bunun əsasında yaradılmışdır. Bu dil teq adlanan xüsusi işarələr yığımına malikdir. HTML dilinin teqləri ilkin mətni nişanlamağa və kompüter ekranında təqdim etməyə imkan verir. Teqlər adətən cüt olurlar: açılan və bağlanan teqlər vardır. Beləliklə, teqlərlə nişanlanmış HTML mətni teqlərlə ayrılmış fraqmentlərin iyerarxik ardıcıllığından ibarətdir. Serverdəki HTML mətninə müraciət Java dilində yazılmış Java-aplet adlanan kiçik proqramın köməyi ilə həyata keçirilir. HTML teqləri ilə nişanlanmış mətn adi mətn faylıdır. Bu fayl UNİX platformasında html, MS Windows platformasında isə htm kimi genişləndirməyə malikdir. HTML fraqmenti məzmun mahiyyəti daşımır. Bu, yalnız formatlı nişanlamadır və səhifənin müştəri kompüterinin ekranında təqdimatı üçündür. Hal-hazırda istifadə edilən versiya (HTML 4.01 1999-cu ildə bəyənilmişdir).



Universal resurs lokatoru (URL). Bu, Veb-də informasiya resurslarının unikal (təkrarsız) identifikasiyası (ünvanlaşdırılması) üçün istifadə edilir.

URL: Veb-saytın ev səhifəsini (əyani və ya gizli şəkildə); şəbəkədə HTML- səhifəsini daşıyan faylın adını və yerini; HTML-səhifəsində hiperiqtibasın lövbər nöqtəsini (səhifə fraqmentinin başlanğıc nöqtəsini); İnternet düyünlərində saxlanan, HTML–səhifələrində iqtibasları olan və veb-brauzer vasitəsilə müraciət olunan müxtəlif formatlı faylları ünvanlaşdırmağa imkan verir.

Hipermətnlərin ötürülməsi protokolları (HTTP). Bu, müştəri ilə Veb-server arasında informasiya mübadiləsi qaydasını təyin edən etalon modelin tətbiqi səviyyə protokoludur. Müştəri sorğusuna cavab verilməsi başa çatan kimi protokol serveri növbəti sorğuya yönəldir.

Universal şlüz interfeysi (CGL). Bu, veb-serveri müxtəlif xarıcı proqramlara, məsələn VBİS-ə qoşmağa imkan verir.


      1. Yüklə 1,75 Mb.

        Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin