Dərs vəsaiti Bakı 2014


Veb informasiya resurslarına müraciət



Yüklə 1,75 Mb.
səhifə45/48
tarix25.05.2018
ölçüsü1,75 Mb.
#51492
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   48

Veb informasiya resurslarına müraciət


Veb-serverdə saxlanan informasiya resursunun əsas vahidi HTML-səhifəsidir. Bu səhifələrin hər biri ayrıca URL qiymətinə malikdir ki, bu qiymət də həmin səhifənin
İnternetdə yerini təyin edir. HTML-səhifəsinə müraciət həmin səhifənin əsasını təşkil edən HTML faylına müraciət kimidir. Bu səhifədəki digər qurulmuş komponentləri (şəkilləri, audio-video verilənləri və s.) brauzer istifadəçi üçün şəffaf çağırır.

Veb informasiya resursları paylanmış qarşılıqlı əlaqəli hipermediya HTML- səhifələri şəbəkəsi təşkil edir ki, bu şəbəkənin də zirvəsi (baş səhifəsi) HTML-səhifəsi və onun fraqmentləri, budaqları isə HTML-səhifələrindəki nişanlama teqləri ilə təyin edilən hiperiqtibaslardır. Bu və ya digər veb-saytın informasiya resurslarına müraciət adətən həmin saytın ―ev səhifəsi‖nə müraciətlə başlanır, sonra isə naviqasiya əlaqələrinin köməyi ilə davam etdirilir. Veb-dəki informasiya resurslarının əksəriyyəti bütün istifadəçilər üçün açıqdır. Bəzi hallarda müəyyən resurslara müraciət üçün əvvəlcə veb- serverdə qeydiyyata düşmək lazım gəlir. Elə resurslar da vardır ki, onlara müraciət xüsusi səlahiyyət (parol) tələb edir. VB məhz belə resurslardandır. Bu resurslara müraciət Veb-in axtarış maşınlarının köməyi ilə həyata keçirilir. Axtarış servislərinə: AltaVista, Яndex və s. misal göstərilə bilər.



      1. Veb, JavaScript və Java


HTML dilinin ilkin versiyalarının zəif cəhəti onun təqdim etdiyi informasiya resur- sunun statik xarakter daşıması idi. Bu problemi həll etmək üçün Netscape Commu- nication kompaniyası aparat-proqram platformalarından asılı olmayan Javascript dilini yaratdı. Bununla əlaqədar olaraq, HTML dilinə xüsusi ―script‖ teqi daxil edildi ki, bu teq də Javascript dilində yazılmış proqramı HTML-səhifəsinə quraşdırmağa imkan verdi. Javascript proqramlarına scriptlər və ya ssenarilər deyilir. Scriptlər və ya senarilər (Job Control Language JCL, Perl və s.) əslində, şərhedici köməkçi dillərdir. Bu dillər Javascript dili ilə yanaşı, uğurla tətbiq edilir. HTML-səhifələrinə quraşdırılmış Javascript scriptləri müəyyən şəraitlər yarandıqda, məsələn, mışın kursorunu ekranın müəyyən sahəsinə gətirmək lazım olduqda icra edilir.

İnformasiya texnologiyalarının sonrakı inkişafına Sun Microsystems kompa- niyasında 1995-ci ildə yaradılan Java dili böyük təsir etdi. Bu, HTML-səhifələrinə ―icra edilən məzmun‖ daxil etməyə imkan verdi.



      1. Yeni Veb texnologiyaları

Son illərdə mövcud olan veb-texnologiyalarının məlum qüsurlarını aradan qaldırmaq istiqamətində gərgin iş aparılır. Bu işlər göstərir ki, Veb-in baza elementləri olan hipermətn nişanlama dili HTML-də, universal resurs lokatoru URL-də və hipermətn resurslarının ötürülməsi protokolu HTTP-də köklü dəyişikliklər etməyə kəskin ehtiyac vardır.

Yeni veb texnologiyaları 1998-ci ildə qəbul edilmiş standarta əsaslanır. Bu standarta əsasən HTML nişanlama dilinin imkanlarını genişləndirən XML (Extensible Markup Language) nişanlama dilindən istifadəyə keçid nəzərdə tutulur. Mövcud texnologiyada qapalı HTML-ə həvalə edilmiş funksiyalar sözügedən standarta əsaslanan yeni nəsil Veb- də modul prinsipində qurularaq açıq modul vasitəsilə icra ediləcəkdir. HTML-dən fərqli olaraq XML dili XML-sənədinin məzmununu da nişanlamağa imkan verir. Beləliklə, yeni veb texnologiyaları XML platformasına əsaslanacaqdır. XML platformasının standartla- rında informasiya resurslarının identifikasiyası URL mexanizmindən prinsipial surətdə fərqlənən URİ (Universal Resource İdentifier) mexanizminə keçid nəzərdə tutulur ki, bu da resursları təkcə yerləşdiyi yer üzrə deyil, həm də bəzi mücərrəd adlar üzrə də iqtibaslaşdırmağa imkan verir. Bu məqsədlə yeni, XML protokolları işlənib hazırlanır. XML-səhifəsində metaverilən də nəzərdə tutulur.

Yeni veb texnologiyaları platformasının əsas prinsipial qoyuluşu mövcud platforma ilə uyuşanlığı da nəzərdə tutur. Yəni, yeni texnologiyada HTML dilində təqdim edilən resurslarla da manesiz işləmək mümkün olacaqdır. XML platformasının bir sıra standartları artıq geniş tətbiq edilməkdədir. Məsələn, XML dili elektron biznesdə tətbiq edilir. XML ilə VB dili olan SQL arasında əlaqələrin yaradılması üzərində gərgin iş gedir. Bu, VB texnologiyalarının da XML platformasına keçirilməsi ilə nəticələnəcəkdir. Yəni XML-ə yönəldilmiş VBİS yaradılması qaçılmazdır.



XML platforması həm də Veb-in elmtutumluluğunu və texnoloji mükəmməlliyini təmin etmək üçün təməl təşkil edir. Bu, semantik Veb yaradılması deməkdir. Bu isə yalnız sintaksis mahiyyətli olan XML-sənədinə də yenidən baxılmasını tələb edəcəkdir.


      1. Yüklə 1,75 Mb.

        Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin