OPERANT, İNSTRUMENTAL ÖYRƏNMƏ – eyni stimul və ya situasiyaya orqanizmin öz-özünə əmələ gətirdiyi müxtəlif obrazlı reaksiyaları hesabına baş verən öyrənmə üsulu
OPERANT, İNSTRUMENTAL ÖYRƏNMƏ – eyni stimul və ya situasiyaya orqanizmin öz-özünə əmələ gətirdiyi müxtəlif obrazlı reaksiyaları hesabına baş verən öyrənmə üsulu STEREOTIP – sosial hadisə və ya obyekt haqqında dəyişilməyən təsəvvür (çox vaxt təhrif olunmuş)
Müştərinin probleminin həll edilməsində davranış metodundan geniş şəkildə istifadə edilir. Bu metodun diqqət mərkəzində sosial işin müxtəlif sahələrindən olan məsələlər – məktəb problemlərindən gerontologiya problemlərinə qədər olan məsələlər yer ala bilər.
Sosial dəstəklə bağlı bir sıra məsələlər üzrə tədqiqat işlərinin olmadığı təqdirdə, biheviorizm nəzəri yanaşması sosial işçiyə yeni problemlərə istiqamətlənməkdə kömək edir.
Ekoloji yanaşma Ekoloji yanaşma qarşılıqlı pozitiv mübadilə əsasında insan və ətraf mühitin qarşılıqlı təsirinin yaxşılaşdırılmasını nəzərdə tutur. “İnsan - ətraf mühit” amilinə qarşılıqlı şəkildə bir-birini tamamlayan sistem kimi baxılır ki, burada insan elə bir ətraf mühitə sahib olur ki, onun formasını məhz o özü müvafiq üsullarla formalaşdırmışdır. Ekoloji yanaşma metodundan istifadə etməklə müdaxilə prosesinin həyata keçiriliməsi aşağıdakı məsələlərə ikiqat diqqət ayrılmasını tələb edir:
müştərini əhatə edən həyat məkanında onun səriştəsinin artırılması, “həyat fəaliyyəti bacarıqlarının” ona öyrədiməsi;
müxtəlif yardım və müdafiə formaları vasitəsilə müştəri üçün əlverişli olan ətraf mühitin formalaşdırılması;
Ekoloji model metodunun mərkəzi mövzusu “həyat məkanı” olan fərdlərə, qruplara və birliklərə tətbiq edilir.
Funksional fərdi iş Funksional fərdi işin əsasını Otto Rankın psixoloji yanaşması təşkil edir. O, Z.Freydin ideyalarından uzaqlaşaraq qeyd edir ki, şəxsiyyətin inkişafı prosesində yaranan böhranlı vəziyyətlər doğum travmaları ilə bağlıdır (müştəri onları doğularkən alır), ona görə də müxtəlif sosial şəraitlərdən asılı olmayaraq sosial işçi və fərdin görüşməsi qaçınılmazdır.
Bu istiqaməti əsas götürən nümayəndələr öz diqqətlərini bütövlüklə yardım göstərilməsi prosesinə yönəldir, müştərinin uşaqlıqda yaşadıqları ilə bağlı təssüratlara daha az maraq göstərirlər. Bu yanaşmanın faktiki nəzəriyyəsinin əsasında iradə və dəyişilmə bacarığı dominanatlıq edir.
Bu məktəbin nümayəndələrini öz fəaliyyətlərində sosial işçi və müştərinin qarşılıqlı fəaliyyəti əsasında formalaşdırılan və yardım prosesini müəyyənləşdirən münasibətləri əsas amil kimi göstərirlər.
Proses aparıcı anlayışa, elmi refleksin bazisinə çevrilir və fərdi işin bu məktəbinin bütün izah və şərhləri onun ətrafında formalaşır. Bu metodun əsas diqqət mərkəzində şəxsiyyətin müəyyən müqaviləsi deyil, sosial işçi və müştəri arasında yaranan proses dayanır. Yardım prosesini qurmağa kömək edən pozitiv dominantların iştirakı yol veriləndir və bu dominantlar heç bir verifikasiyaya zərurət olmadan sosial işçi üçün aksiomadır. Bundan əlavə, məhz, onların sayəsində interaksiya prosesi özünü problemli sahə və nəzəri döyüşlər yeri kimi göstərə bilir.
Sosial işin funksional təcrübəsinin xüsusiyyətləri Funksional yanaşma diaqnostik nəzəri yanaşmalardan aşağıdakı əsaslara görə fərqlənir:
diaqnostik yanaşma tibbi yardım modelinə əsaslanır, burada sosial işçi tərəfindən qoyulan diaqnoz, “müalicə” konsepsiyası yardım situasiyasında əsas rol oynayır. Funksional konsepsiya “inkişaf” konsepsiyasına əsaslanır, burada müştəri dəyişilmə prosesinə, fərdi seçiminə və şəxsi inkişafına görə məsuliyyət daşıyır;
diaqnostik yanaşmada sosial işçinin məqsədi fərdi və sosial sağlamlığı formalaşdırmaqdır; bu məsələlərin həll edilməsində sosial agentliklərin funksiyası ya ikinci dərəcəlidir, ya da müştəri ilə qarşılıqlı fəaliyyət prosesində onlar ümumiyyətlə nəzərə alınmır. Funksional yanaşmada agentliklər müştərinin probleminin həll edilməsində əsas həlqədir, yalnız o, zəruri olan sosial-psixoloji xidmətlər kompleksini təqdim edə, fərdi sağlamlıq problemlərini həll edə bilər;
diaqnostik məktəbdə “proses” konsepsiyası inkişaf etdirilməyib, belə ki, burada intervensiya konsepsiyası, “sosial işçinin fəaliyyət repertuarı” əsas kimi götürülüb. Funksional məktəb müştərinin həyatını “başlanğıc, dəstək prosesi və son” kimi müxtəlif mərhələlərdən ibarət olan yardım prosesi kimi öyrənilməsi konsepsiyasını inkişaf etdirib. Həm də nəzərə alınmalıdır ki, sosial işçi belə yardımı müştərinin diaqnozu, onun tipi əsasında deyil, müştərinin sosial işçinin köməyi vasitəsilə özünün inkişaf problemini görməsi və müvafiq özünəkömək modelləri təqdim etməsi ilə nəticələnən birgə fəaliyyət əsasında göstərir.
Funksional yanaşma nəzəriyyəsində müştərinin həyat şəraitinin funksional sosial cəhətdən başa düşülməsinə böyük diqqət ayrılır.
Həyat şəraitinin sosial cəhətdən öyrənilməsi spesifik idrak metodudur ki, burada müştəri sosial xidmət münasibətləri prosesində bilavasitə iştirak edir, fərdin individual və sosial rifahının yaxşılaşması isə əsas məqsədə xidmət edir.
Həyat şəraitinin sosial cəhətdən öyrənilməsi sosial işçi və müştərinin qarşılıqlı fəaliyyəti prosesində həyata keçirilir və aşağıdakı prinsiplərə əsaslanır:
Prinsip 1. Dərketmə müştərinin mütləq iştirakı ilə sosial xidmət prosesində daha effektiv şəkildə həyata keçirirlir.
Prinsip 2. Sosial iş prosesinin istənilən mərhələsinin effektivliyi sosial işçi və müştərinin qarşılıqlı fəaliyyətində istifadə etdikləri vaxt mərhələlərindən asılıdır (başlanğıc, orta və son).
Prinsip 3. Agentiliyin funksiyalarından və sosial işçinin professional funksiyalarından istifadə etmək zərurəti.
Prinsip 4. Qarşılıqlı fəaliyyət prosesinin struktur biliklərindən şüurlu şəkildə istifadə edilməsi, belə ki, bu işdə bütün sosial proseslərinin effektivliyi, fəaliyyəti və inkişafı bununla bağlıdır.
Prinsip 5. Sosial işin bütün mərhələlərinin effektivliyi sosial işçi və müştəri arasında yaranan münasibətlərdən asılıdır və bu münasibətlər seçim və qərara təsir etməklə yanaşı, nəzərdə tutulan sosial xidmətin imkanları daxilində qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsinə də öz təsirini göstərir.