Miqrasiya — milli çəkişmələr dövründə təkamül nəticəsində istehsal edilən etnik azlıqların özünü qorumasının amilidir. Müasir dünyada etnik qarşıdurma dini qarşıdurmaya gətirir, identikliyin yeni amilləri müasir dünyada mövcud olan yardımın və dəstəyin yeni modellərinə çağırışı həyata keçirir. Vətəndaş və milli müharibələr, urbanizasiya, sənaye və elmi-texniki inqilablar az əhəmiyyətli amil deyil, qloballaşma kimi belə hadisələr identikliyin dəyişikliyinin yeni amilləri olur. Diqqət mərkəzində olan insan və ümumbəşəri dəyərlər problemləri, azadlıq, zor işlətməkdən imtina, insan hüquqları və başqaları peşəkar fəaliyyət vasitəsilə dünyanın çox ölkələrində həyata keçir.
Müharibələr — yalnız əhalinin demoqrafik tərkibini deyil, həmçinin istehlak mədəniyyətini dəyişdirir, həm də identikliyin başqa formalarını formalaşdırır, bölgü sistemi, dəyərlər sisteminə və sosial davranışın normalarına təsir edir. Müharibə bəşər inkişafının erkən mərhələlərində həmişə etnik çalar daşıyırdı. Bu etnosların mübarizəsi idi, nəticədə bir millətin və xalqın digərləri tərəfindən assimilyasiyası baş verirdi. Yeni dil mədəniyyətləri meydana çıxır, yeni mədəniyyət kodlarının saxlanılması formaları, həmrəyliyin yeni prinsipləri formalaşdırılırdı.
Etnik müharibələr dini müharibələrlə əvəz olundu, sonra müəyyən ideologiyaya malik dövlət əsas amillə çevrildiyi məqamda yenidən etnik müharibələr müdafiənin və ya milli bütövlüyün və ya prioritetlərin genişlənilməsinin xarakterini daşımağa başladı. Müharibələr yardım modellərinə təsir edirdi. Əhalinin əlilliyi məhdudlaşdırılmış imkanlarla insanların cəmiyyətə inteqrasiyanın yollarını axtarmağa məcbur edirdi. "Müqəddəs ruhun qospitalından" kral Lyudovikin əlillər evinə qədər, Böyüyük Pyotrun hospitalından sovet dövrü peşəkar təlim (təhsil) üzrə əlillər evlərinin və müəssisələrin sisteminə qədər yardımın birinci institutları meydana çıxdığını burada müşahidə etmək olar. XX əsr müharibələri yalnız hərbi hadisələrin iştirakçıları arasında deyil, həm də döyüşdə bilavasitə iştirak etməyən əhali arasında problemlər yaratmadı. ABŞ-da hərbi toqquşmalar nəticəsində həlak olmuş qohumlar və yaxınları üçün böhran mərkəzləri kimi ailə yardım modelləri meydana çıxır. Terrorizmlə bağlı yeni müharibə amilləri yardımın və dəstəyin başqa formalarını yaradır. Dinc əhali sosial yardım xidmətinin əsas subyekti olur və XXI əsrdə sosial iş identikliyin başqa formalarını qəbul edir.