§ 3. Sosial iş nəzəriyyəsinin inkişaf istiqamətləri
Elmi fənn olan sosial iş idrakın fənlərarası sahəsinə aiddir. Onun üçün aşağıdakılar səciyyəvidir: predmetin qeyri-müəyyənliyi, biliyin müxtəlif sahələrindən olan anlayışların üstünlüyü, reallıq və hadisələrin (insan, cəmiyyət, proseslər və s) tədqiqatında spesifik metodların yoxluğu, təsviri yanaşmaların üstünlüyü və s. Bu gün Rusiyada və xaricdə sosial iş nəzəriyyəsinin dərk edilməsində aşağıdakı əsas yanaşmalar mövcuddur:
Tədqiqatın birinci istiqaməti. Sosial iş sahəsi elmin etosu normalarının məntiqinə uyğun inkişaf edir. Elm sahəsinin institutlaşması bir sıra məcburi mərhələlər keçir. Bu, onun fənlərarası statusunun formalaşmasında başlanğıc mərhələ sayılır. Buradan fikir, onun predmet sahəsinə, baxışlar sisteminə yanaşmalar plüralizmi müşahidə olunur. Bu da onun elmi statusuna münasibətin professionallığa qədərki mərhələdir. Nümunə üçün sosiologiyanın inkişaf tarixini götürmək olar. Sosiologiyanın inkişafının başlanğıc mərhələlərində M. Bakunin onun tərifini belə vermişdir: "sosiologiya dünyada bəşəriyyət haqqında bütün elmi, yəni antropologiya daxil olmaqla, psixologiya, məntiq, əxlaq, sosial iqtisadiyyat, siyasət, estetika, metafizika, ilahiyyat kimi sahələri əhatə edir". Biliyin fənlərarası sahəsi olaraq sosiologiya özündə "müxtəlif ictimai elmlər tərəfindən əldə edilmiş" biliyi sintez edir. Sosiologiyaya bu tərif 1912-ci ildə Romada beynəlxalq konqresdə verilib. Bu günkü sosiologiya biliyin spesifik sahəsi olaraq "elmi əmək bölgüsündə" ixtisaslaşmanı, kompetenliyi tələb edir. Yüzillik ərzində toplanmış biliklər sistemi müstəqil fənn kimi onu müəyyən edir. Bu fənn öz predmet-obyekt əlaqələrinə, tədqiqatlar sisteminə, oyrənilən və tədqiq olunan spesifik fenomenlərə və proseslərə malikdir.
Beləliklə, biliyin müəyyən sahəsi olan sosial iş humanitar elmlər üçün tipik institutlaşma mərhələsini keçir. Fənlərarası mərhələsi isə onun elm kimi formalaşmasının başlanğıc mərhələsidir. Bu mövqedən bu gün Rusiyada formalaşan və inkişaf edən sosial işin təriflərinin müxtəlifliyini izah etmək olar. Burada sosial hadisələrin qanunauyğunluqlarının axtarışları yerinə onun bilik sahəsi olaraq qanunauyğunluqlarının axtarışı aparılır. Həmçinin tədqiqatçılar tərəfindən başqa elm sahələrində bu bilik sahəsinin əsaslarını tapmaq cəhdi göstərilir. Onlar sosial işin müxtəlif variantlarını təklif edərək sosial işin pedaqogikası, sosial işin sosiologiyası, sosial işin psixologiyası, sosial işin fəlsəfəsi və s.-dən bəhs edirlər. Burada həmçinin yeni formalaşan elmin təyininin tarixi prinsipləri görünür. Məsələn, vaxtilə K. Liney botanikanı "Botanika fəlsəfəsi", A. Ketle sosiologiyanı ,"Sosial fizika" kimi, O. Kont anlayışlar sitemini tətbiq edənə qədər "sosiologiya"nı "Sosial elm", "Sosial fəlsəfə", "Sosial fiziologiya" və s. adları ilə müəyyən edirdi.
Dostları ilə paylaş: |