Ailə və uşaq sosial xidmət müəssisələri
Cəmiyyətdə sosial-iqtisadi proseslərin nizama salınmasının vacib aspekti ailə institutuna dəstək və onun sosial müdafiəsidir. Dövlət, bələdiyyə və ictimai təşkilatlar tərəfindən ailəyə sosial yardımın təşkili işində əsas prinsipləri bununla ifadə etmək olar:
- həyati məsələlərin həlli üçün ailənin imkanlarının genişlənilməsi;
- ailənin digər resursları təmin edən, dəstək imkanları olan kollektivlərlə, təşkilatlarla və sosial institutlarla əlaqəsinin qurulması;
- ictimai-iqtisadi sistem kimi ailənin səmərəli və humanist fəaliyyətinə yardım;
- yerlərdə ailə sosial siyasətinin yaxşılaşması üçün qarşılıqlı yardımın inkişafı.
Ailə və uşaqlara sosial xidmət müəssisələrinin inkişaf planları, bir qayda olaraq, ailə regional proqramlarının həyata keçirilməsi işi məsələləri ilə ailə siyasəti uzlaşdırılır. Hal-hazırda sosial yardım sisteminin üfüqi strukturlarının yaradılması regionların spesifikalarını nəzərə alaraq həyata keçirilir. Belə ki, rayon (şəhər) səviyyələrində ailələrə xidmət edən sosial xidmət təşkilatçıları əhalinin ehtiyaclarını bilməlidir. Bu zaman ailə tiplərini, kəskin problem mövcudluğunu, belə xidmətə əhalinin münasibətini, hadisələr haqqında ictimai rəyi formalaşdırmaq zərurətini, region sakinlərinin sosial xidmətə müraciət imkanları nəzərə alınmalıdır. Sosial yardım xidmətlərinin Rusiyada formalaşması təcrübəsi göstərir ki, ailədə həm uşaqlara, həm də valideynlərə rayon (mikrorayon) ərazisində sosial xidmətlərin kompleks halında göstərilməsini nəzərdə tutmaq lazımdır.
Vilayət idarələri həm də elmi-metodik funksiyaları yerinə yetirməyə çağırılmışdır: məsələn, ailə və uşaqlara sosial yardımın kompleks Vilayət Mərkəzi və ya əhalinin sosial sağlamlığının Vilayət Mərkəzi yerli vəziyyətə əsaslanaraq, tövsiyələrlə hakimiyyət strukturlarına çıxmağa məcburdurlar. "Etibar" xidməti və s. vilayət müəssisələri perspektivli sayılır. Yardımın sosial xidməti konkret ərazinin sosial vəziyyətinə uyğun olaraq açıq sistem kimi təşkil edilməlidir. Burada ayrı-ayrı müəssisələr və bölmələri zəruri hallarda yaradılan struktur elementləri kimi çıxış edir.
Ailə və uşaqlara yardım dövlət xidməti aşağıdakı funksiyaları yerinə yetirir:
- analitik: ailə kontingentinin və ya kollektivin üzvlərinin problemlərini və ehtiyaclarını araşdırır;
- planlı-təşkilatı: sosiumda sosial xidməti planlaşdırır və təşkil edir;
- idarəçilik: klientin problemlərinin həlli ilə məşğul olan dövlət qurumları ilə əlaqəyə nail olur, bu və ya digər qərarın nəticəsinin qiymətləndirilməsini keçirir və s.;
- informasiya: sosial xidmət imkanları, əhalinin sosial müdafiəsi üzrə yeni dövlət qərarları barədə əhaliyə xəbər verir. Bu xidmətlərdə sosial iş ailəyə yardımın müxtəlif formalarında ifadə edilə bilər. Belə ki, məsələn, sosial şəraitlə və ya çətin həyat vəziyyəti ilə doğurmuş insanın kəskin psixi vəziyyətləri vaxtı təcili yardım, belə vəziyyətlərin, intihar ehtimalı daxil olmaqla mənfi nəticələrinin azaldılmasına və ya aradan qaldırılmasına yönəlir. Bu yardımı etibar telefon xidməti, təcili psixoloji yardım məntəqələri və s. kimi müəssisələr və xidmət idarələri həyata keçirə bilərlər.
Yardım uzun müddətli ola bilər. Məsələn, çətin həyat vəziyyətləri zamanı kliyentdə daxili ehtiyatların üzə çıxardılması və yaranmış şəraitin sərbəst öhdəsindən gəlmək imkanlarına əminliyin artımına yönəldilmiş ilkin və əsaslı dəstək müştəriyə məlum olur. Ailəyə belə yardım sosial yardımın ərazi mərkəzlərində həyata keçirilir, uşaqlar və yeniyetmələr (uşaqlı analar) üçün sosial sığınacaqlar, bərpa mərkəzləri, yardım mərkəzləri təşkil olunur, valideyn himayəsindən məhrum olan uşaqlara psixoloji-pedaqoji məsləhətxanalarda, sosial işçilərin ərazi briqadalarında iş aparılır. Bu işə ailələrin müxtəlif tiplərində və ya problemlərdə ixtisaslaşan sosial işçilər qoşulur, bu da ən çətin vəziyyətlərdə onlara bir-biri ilə məsləhətləşməyə imkan verir.
Yardım birbaşa və ya vasitəli ola bilər. Belə ki, birbaşa yardım insanların hüquq və maraqlarının müdafiəsinə, həyat şəraitinin yaxşılaşması, müştərinin arzu edilməyən psixi vəziyyətlərinin dəf edilməsi və s. yönəlir. Vasitəli yardım müştərinin sosial mühiti (ailə, işçi kollektivin üzvləri, dostlar, icma və s.), müxtəlif dövlət təşkilatları və fondlar vasitəsilə göstərilir.
Bundan başqa, yardım reaksiya kimi ola bilər – yaranmış vəziyyətə və ya müştərinin müraciətinə cavab olaraq, həmçinin proqnozlaşdırılan əlverişsiz situasiyanın qaşısını almaq üçün ola bilər.
Rusiyanın Sosial Müdafiə Nazirliyinin 47 saylı əmrinə uyğun olaraq 14 aprel 1994-cü ildən Ailə və uşaqlara sosial yardımın ərazi Mərkəzi haqqında Nümunəvi Qaydalar təsdiq edilmişdir. Burada şəhər, rayon və ya mikrorayonun sosial dəstəyə ehtiyacı olan ailə və uşaqlara müxtəlif növ vaxtında göstərilməli olan və ixtisaslaşdırılmış sosial yardımın göstərilməsi yolu ilə kompleks xidməti üçün nəzərdə tutulmuş əhalinin sosial müdafiəsinin dövlət sistemi müəssisələri kimi tərifi verilmişdir.
Mərkəz öz strukturunda ailə və uşaqların sosial xidmətinin müxtəlif bölmələrinə malik ola bilər. Ilk növbədə söhbət ilkin qəbuldan, informasiyanın analizi və proqnozlaşdırması bölmələri, ictimai-iqtisadi, tibbi-sosial, psixo-pedaqoji yardım, uşaq və yeniyetmələrin küçə həyatının profilaktikalası və s. gedir.
Mərkəzin fəaliyyət məqsədi – dövlət tərəfindən ailə və uşaqların müdafiə olunma və yardım hüquqlarının reallaşdırmasına imkan yaratmaq, sosial institut kimi ailənin inkişafına və möhkəmləndilməsinə yardım etmək, həyat səviyyəsi və sosial sağlamlıq göstəricilərinin, ailə və uşaqların sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması, cəmiyyət və dövlətlə ailənin əlaqələrinin humanistləşdirilməsi, ahəngdar ailədaxili münasibətlərin qurulmasıdır.
Mərkəzin əsas vəzifələri aşağıdakılardır:
- konkret ailə və uşaqların sosial narahatlıq amillərinin və səbəblərin üzə çıxardılması, sosial yardıma onların ehtiyaclarının öyrənilməsi;
- sosial yardıma ehtiyacı olan ailə və uşaqlara sosial-iqtisadi, tibbi-sosial, psixoloji-sosial, sosial-pedaqoji, hüquqi və digər sosial xidmət formalarının konkret növlərinin təyin edilməsi və verilməsi;
- ailələr və ayrı-ayrı vətəndaşların, onların özü-özünü təmin etmə problemlərinin həllinə dəstək, mürəkkəb həyat vəziyyətlərinin öhdəsindən gəlmə üzrə şəxsi imkanlarının reallaşdırılmasına yardım;
- sosial yardıma, bərpaya və dəstəyə ehtiyacı olan ailələr və ayrı-ayrı vətəndaşların sosial patronajı;
- həddi-buluğa çatmayan uşaqların nəzarətsizliyinin profilaktikası üzrə işdə iştirak, onların hüquqlarının müdafiəsi;
- şəhərdə, rayonda, mikrorayonda uşaqlı ailələrə göstərilən sosial xidmət səviyyəsinin analizi, sosial yardıma onların ehtiyacının proqnozlaşdırılması və sosial xidmət sferasının inkişafı üzrə təkliflərin hazırlanması;
- ailə və uşaqlara sosial xidmət məsələlərinin həllinə müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının cəlb edilməsi.
Mərkəz tərəfindən sosial xidmət göstəridiyi əhali qrupları və kateqoriyaları aşağıdakılardır:
- ailələr: natamam, çoxuşaqlı, az təminatlı;
- uşaqlar və yeniyetmələr, sağlamlığa və inkişafa təhlükəli, əlverişsiz şəraitində olan ailələr; yetim qalmış və ya valideyn himayəsindən məhrum olanlar; fiziki və psixi inkişafda problem yaşayanlar, o cümlədən əlillər və s.;
- böyük vətəndaşlar (hamilə qadınlar və südəmər uşaqları olan analar; öhdəsində həddi-buluğa çatmamış uşaqları olanlar və s.);
- uşaq evlərinin və internat-məktəblərin məzun şagirdləri.
Aşağıdakı cədvəldə ailə və uşaqların xidmət müəssisələrinin formalaşması dinamikası göstərilmişdir.
Dostları ilə paylaş: |