Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə130/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   294
Dövlət sosial yardımı Rusiya Federasiyasının büdcə sisteminin müvafiq büdcə vasitələri hesabına kasıb ailələrə və ya kasıb tək yaşayan vətəndaşlara, maddi yardım, kompensasiya, lazımlı həyati malların verilməsi deməkdir.

Yaşlı insanlarla işin məzmunu sağlamlıq, psixososial sağlamlıq və sosial xidmət sferası ilə bağlı məsələləri özünə daxil edir. Regionda yaşlı əhalinin sayının artması ilə əlaqədar qoca insanlarla sosial işin formalarının, onlara sosial yardımın təkmilləşdirilməsinin, bu yardımın texnoloji prosesinin xarakterinin əsas tendensiyalarını təhlil etmək lazımdır.

Yaşlı insanlarla əsas iş prinsipi müştərinin şəxsiyyətinə hörmət və maraq göstərmək, onun əhatə edən insanlara lazım olduğunu və onun təcrübəsi və biliklərinin faydalılığını vurğulamaq lazımdır. Yaşlı insanı sosial işin yalnız obyekti kimi yox, həm də subyekti kimi qəbul etmək lazımdır. Bu yol ilə onların və özünü realizasiya etməyə və özünü təsdiqləməyə imkan tapır, özünədəstək və özünümüdafiəyə imkan yaranır, onlar daxili ehtiyatlarını inkişaf etdirməyə öyrənirlər. Bu halda sosial işçinin yaşın gerontoloji və psixoloji xüsusiyyətlərinin bilməsinə aid peşəkar bacarığı, müştərinin bu və ya digər sosial qrupa aidiyyatı böyük rol oynayır.

Yaşlı insanlara yardımı əhalinin sosial müdafiəsi orqanları öz bölmələri vasitəsilə həyata keçirir. Belə insanları onlar aşkar edir və hesabını aparır, sosial dəstəyin müxtəlif növlərini həyata keçirirlər, pullu xidmətləri təklif edir və təmin edirlər. Sosial xidmət əhalinin sosial müdafiə orqanlarının qərarına əsasən öz tabeliyində olan müəssisələr vasitəsilə həyata keçirilir. Başqa mülkiyyət formalarının sosial xidmət müəssisəsi ilə sosial müdafiə orqanları arasında müqavilə imzalanır.

Sosial müdafiə və yardım funksiyasını yerinə yetirən müəssisələr:

- internat evləri;

- gündüz və gecə qalma bölmələri;

- tək qocalar üçün xüsusi evlər;

- xroniki xəstələr üçün xəstəxanalar və bölmələr;

- müxtəlif tipli stasionarlar;

- sosial xidmətin ərazi mərkəzləri;

- evdə sosial yardımın bölmələri;

- gerontoloji mərkəzlər və s.

Pensiyaçılara və yaşlı vətəndaşlara sosial xidmət sahəsində fəaliyyətin əsas prinsipləri aşağıdakılardır: dövlət zəmanətinin olması, sosial xidmətlərin mümkünlüyünün və onların göstərilməsi vaxtı bərabər imkanların təminatı, sosial xidmətin bütün növlərinin varisliyi, vətəndaşların fərdi ehtiyaclarına sosial xidmətlərin istiqamətləndirilməsi, sosial adaptasiya və bərpa üzrə tədbirlərin üstünlüyü və s.

Stabil olaraq qeyri-stasionar və yarıstasionar sosial xidmətləri göstərən müəssisə və xidmətlər şəbəkəsi fəaliyyət göstərir. Yaşlı və əlil vətəndaşlara sosial xidmətin 1800-dən çox qüvvədə olan mərkəzindən demək olar ki, 700 kompleks xarakter daşıyır: burada gerontoloji bölmələr, psixoloji yardım kabinetləri, etimad telefon xidmətləri, sosial apteklər, kitabxanalar, camaşirxanalar və s. var.

Əhalidə yaşlı insanların mövcud həyat tərzini saxlamağa imkan verən müvəqqəti yaşayış şöbələrinin populyarlığı artır; onlar burada eyni zamanda lazımi sosial xidmət kompleksini qəbul edirlər. Vətəndaşlara sosial xidmət göstərən sosial sağlamlaşdırma mərkəzləri və sosial bərpa bölmələrinin də rolu artır. Bu onlara sərfəlidir, axı onlar bu və ya digər səbəbdən sanatoriya və digər sağlamlaşdırma müəssisələrinə çıxmaq imkanlarına malik deyillər.

Təcili sosial xidmət tərəfindən sosial xidmətlərin göstərilməsi sahəsi genişlənir (2 mindən çox müəssisə). Burada ehtiyacı olan insanlar isti qidalanma talonları, ərzaq dəstləri, geyimlə, həmçinin yanacaq və c. təmin edilir.

Hal-hazırda sosial xidmət müəssisələrinin daha perspektivli forması olan qocalar üçün xüsusi evlərin yaradılması prosesi reallaşdırılır (hal-hazırda bütovlükdə Rusiya üzrə 700-dən çox belə müəssisə var). Həm də tək ictimai yaşayış təyinatlı xidmətlər kompleksi, yəni yaşlı insanlar üçün yaxşılaşdırılmış şəraiti olan xüsusi mənzillərin yaradılması (belə mənzillərin ümumi miqdarı — demək olar ki, 2,5 minə çatır) prosesi həyata keçirilir. Yaşlı insanların və əlillərin yaşaması üçün 50 yerə malik olan kiçik tutumlu evlərinin yaradılması da geniş vüsət alır. Müəssisələrin bu forması burada yaşama şərtlərini yaxşılaşdırmağa, müştərilərə diqqəti gücləndirməyə, keyfiyyəti yüksəltməyə və göstərilən sosial xidmətlərin spektrini genişləndirməyə imkan verir.

Ümumiyyətlə dövlətdə (bələdiyyə daxil olmaqla) üç mindən çox müstəqil müəssisə var ki, burada yaşlı insanların və əlillərin sosial xidmət sistemi fəaliyyət göstərir. Burada hər il təxminən 15 milyon yaşlı vətəndaşa sosial xidmət (yaşlı vətəndaşların ümumi sayından 46,5%) göstərilir. Eyni zamanda sosial xidmətə ehtiyac duyan təxminən 5% (təxminən 220 min) bu xidmətləri stasionarlarda, qalanlar isə evdə, adət etdikləri şəraitdə yaşamaqlarını davam edərək ala bilirlər.

Stasionar müəssisələr sistemində tək yaşlı insanlar və ər-arvad cütlükləri üçün evlərin yaradılması bir yenilikdir.

Qoca insanların sosial xidmətinin əsas funksional sxemini aşağıdakı qaydada təsvir etmək olar ( bax: 193).

Rusiya Federasiyasının stasionar müəssisələr sistemində məişətdə özünəxidmətə tam və ya qismən qabiliyyəti olan və əsas həyat ehtiyaclarının realizə etməsi üçün uyğun olan şəraitə ehtiyac duyan tənha yaşlı insanların və ər-arvad cütlüklərinin daimi yaşaması üçün xüsusi evlər nisbətən yeni sahədir.

Rusiya Federasiyasının stasionar müəssisələr sistemində məişətdə tam və ya qismən özünəxidmət qabiliyyəti saxlamış və əsas həyat ehtiyaclarının özünü ifadə etməsi üçün müvafiq şəraitə ehtiyac duyanlar tənha yaşlı insanların və ər-arvad cütlüklərinin daimi yaşaması üçün xüsusi evlərin tikilməsi nisbətən yeni bir hadisədir.

Belə pensiyaçılar üçün xüsusi ev haqqında Nümunəvi Qaydalar (7 aprel 1994-cü ildən) aşağıdakı vəzifələri qeyd edir:

- yaşama və özünəxidmət üçün əlverişli şəraitin təminatı;

- burada yaşayan yaşlı vətəndaşlarına sabit ictimai yaşayışın təmin edilməsi və tibbi yardımın göstərilməsi;

- fəal həyat tərzi, o cümlədən gücü çatan əmək fəaliyyəti üçün şəraitin yaradılması. Xüsusi evin memarlıq-planlaşdırma həlləri orada yaşayan vətəndaşların kontingentinin yaş xüsusiyyətlərinə uyğun olmalıdır. Belə ev bir-iki otaqlı mənzillərdən ibarətdir və ictimai yaşayış təyinatlı xidmətlərinin kompleksini özünə daxil edir: kitabxananı və klub işi üçün yer, tibbi kabinet, yemək otağı (bufet), ərzaq mallarına sifariş məntəqələri, camaşirxanaya və ya kimyəvi təmizləməyə şeylərin təhvil verilməsi, həmçinin əmək fəaliyyəti üçün yerlər və s.

Xüsusi ev, orada yaşayan qoca vətəndaşların özünəxidmətini yüngülləşdirən kiçik mexanikləşdirmə vasitələri ilə təchiz edilir.

Xüsusi evdə bütün yaşayış otaqlarında rabitəni və xarici telefon rabitəsini təmin etmək üçün gecə-gündüz işləyən dispetçer məntəqəsi təşkil olunur.

Xüsusi evdə yaşayan vətəndaşların tibbi xidməti ərazi müalicə-profilaktik müəssisələrinin tibbi personalı tərəfindən həyata keçirilir.

Qüvvədə olan qanunvericilik əsasında belə evlərdə yaşayan vətəndaşlara pensiya tam ölçüdə ödənilir. Onlar əhalinin sosial müdafiəsinin orqanlarının stasionar müəssisələrinə növbədə birinci olmaq hüququna malikdirlər.

Tək ahıllar üçün xüsusi evlərin təşkili pensiyaçıların və yaşlı vətəndaşların sosial problemlərinin bütöv kompleksinin həlli yollarından biridir.




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin