3. Sosial işin fəlsəfi dəyərləri
DƏYƏR — elə bir xüsusi ictimai münasibətdir ki, bu münasibətin hesabına fərdin və ya sosial qrupun tələbatları və maraqları əşyalara, predmetlərə, mənəvi hadisələrə müəyyən xüsusiyyətlər verərək onların dünyasına keçir. Sosial işdə bu anlayış sosial işin mənəvi-etik yönümlərini ifadə edən prinsipləri və normaları təyin etmək üçün istifadə edilir.
Dəyərlər sistemi sosial işin onun ilkin tarixi formalarından müasir vəziyyətə qədər davam edən tarixi inkişafı prosesində formalaşdırılmışdır. Tarixi şəraitlərin dəyişilməsi ilə yanaşı dəyərlər yönümlərinin transformasiyası baş verirdi. Lakin, sosial işin hansı tarixi təcrübənin formasında təqdim edilməsinə, əhalinin ictimai cəhətdən zəif təbəqələrinin mənafelərinin kim tərəfindən təqdim olunmasına baxmayaraq ictimai xeyir, ədalət, müdafiə olunmayanların dəstəklənməsi üçün məsuliyyət hər zaman insanın vətəndaş və siyasi hüquqlarının fəlsəfi cəhətdən dərk edilməsinin ən əhəmiyyətli dominantları olmuşdular. İctimai təlimlər və idealların fəlsəfi əsası son nəticədə təkcə ehtiyacı olan subyektin və kömək edən subyektin fərdi qarşılıqlı əlaqələrinin dəyərli konseptlərini yox, eləcə də peşəkar sosial işin dəyərlər yönümlərini yaratdı.
Sosial işin fəlsəfi dəyərləri müxtəlif səviyyələrdə özünü büruzə verir və inamların və münasibətlərin, idealların və cəhdlərin, normaların və qarşılıqlı təsirlərin praktik prinsiplərinin, etik qaydaların və peşəkar dəyərlərin reallaşdığı özünəməxsus sistemini, peşəkar submədəniyyətin dünyagörüşü konseptini yaradırlar.
Multikultural məkanda sosial işin fəlsəfi dəyərləri peşənin beynəlxalq icma səviyyəsində baxıldığı zaman professional submədəniyyətin dəyərləri kimi çıxış edirlər. Buradan peşəkar submədəniyyətin dəyərləri qlobal, sivilizasiya hədəflərinin və məsələlərin kontekstində metasəviyyədə nəzərdən keçirilirlər.
Peşəkar norma və tələblər səviyyəsində fəlsəfi dəyərlər dəyərlər yönümlərinin digər qatını əhatə edirlər. Makrosəviyyə ümumi xarakterli məqsəd və vəzifələri müəyyən edir, bu məqsəd və vəzifələr korporativ prinsiplərlə və qarşılıqlı hərəkətlərin normaları ilə, münasibətlərlə və kollektiv məsuliyyətin sistemi ilə əlaqədədirlər.
Sosial işin dəyərlər yönümlərinin mezosəviyyəsi kliyentlərin dəyərləri ilə, abstrakt, qrup, əməliyyat və instrumental - kliyentləri əhatə edən bu kimi dəyərlərlə əlaqədədir.
Sosial işin fəlsəfi dəyərlərinin mikrosəviyyəsi fərdi müdaxilələr və qarşılıqlı təsirlər səviyyəsində sosial işçinin və kliyentin peşəkar qarşılıqlı təsirinin dəyərlər spektrini əks etdirir.
Dostları ilə paylaş: |