Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


MEHMANXANALAR VƏ TURİZM AGENTLİKLƏRİ


səhifə85/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   98
Mehmanxana teserrufati

MEHMANXANALAR VƏ TURİZM AGENTLİKLƏRİ 
ASSOSİASİYALARININ ÜMUMDÜNYA FEDERASİYASINA (UFTAA) 
DAXİL OLAN TURİZM AGENTLİKLƏRİ VƏ BEYNƏLXALQ 
MEHMANXANA ASSOSİASİYASI (BMA) ARASINDA OLAN 
MÜNASİBƏTLƏRƏ AİD MƏCƏLLƏ
Bu Məcəllə mehmanxanalar və turizm agentlikləri arasında 
yaranan qarşılıqlı münasibətlərin əsas prinsipləri haqqında 
sənəddir
Maddə 1. Tərəflər
Beynəlxalq Mehmanxana Assosiasiyası (BMA) - 251, Fobur 
Sen-Marten küçəsi, 75010 Paris, Fransa və Turizm Agentlikləri 
Assosiasiyalarının Ümumdünya Federasiyası (UFTAA) 163, Sen- 
Onore küçəsi, 75001 Paris, Fransa, 17, Qrimaldi küçəsi, MC 98000 
Monako.
Maddə 2. Tərəflərin öhdəlikləri
Tərəflər aşağıdakıları öz öhdələrinə götürürlər:
Məcəllə əsasnamələrinin beynəlxalq miqyasda yerinə yetirilmə­
sinin müvafiq milli assosiasiyalardan tələb olunması;
Üzvlərə və müəssisələrə mehmanxana müqavilələrinin imzalan­
dığı zaman üstünlüyü digər ölkələrdən olan kontragentlərin qanuna 
uyğun olaraq əsas tutduqları əsasnamələrə vermələrinin tövsiyə 
olunması.
Maddə 3. Məcəllənin müstəsna beynəlxalq xarakter daşıması
Məcəllə beynəlxalq xarakterli mehmanxana müqavilələri bağlandığı 
zaman tətbiq olunur, yəni mehmanxana və turizm agentliyi müxtəlif 
ölkələrdə yerləşdiyi zaman həyata keçirilir.
Maddə 4. Məcəllənin m illi xarakter daşıması (ölkə daxilində)
Assosiasiyalar arasında milli konvensiyaların bağlandığı zaman 
əsas kimi hazırkı Məcəllənin əsasnamələrini tətbiq etmək tövsiyə 
olunur.
197


Maddə 5. Məcəllənin yardımçı rol daşıması
a. Məcəllədən mehmanxana və turizm agentliyi arasında m üqa­
vilənin mövcud olmadığı hallarda istifadə olunmalıdır.
b. Konkret müqavilənin nəzərdə tutmadığı məsələlərin həll olun­
ması vacibliyi yarandığı zaman Məcəllədən istifadə olunmalıdır.
c. Məcəllənin mübahisəli halların mehmanxana və turizm agent­
likləri 
arasında 
həm 
fərdi, 
həm 
də 
rəsmi 
(məhkəmə 
və 
hüquqşünasların iştirakı ilə) araşdırmalar zamanı istifadə olunması 
arzuolunandır.

Yüklə

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin