mehmanxanalarda konsyerj baş inzibatçıya tabedir). Qonaqlan mehman
xanada ilk dəfə qeyri-rəsmi şvetsar qarşılayır. O, nəzərə çarpan unifor-
mada qapıda dayanır və qonaqlan salamlayır, lazım olanda taksi çağınr,
qonaqların maşından düşməsinə kömək edir, onlann otel və onun ətrafı
barədə suallanna nəzakətlə cavab verir. Şvetsar mehmanxanaya daxil
olan qonaqların vizit kartını yoxlayır, şəxsi əşyalannı oteldən çıxaran
qonaqlardan buraxılış vərəqəsini tələb edir. O, həmçinin vestibülün təmiz
liyinə və səliqə-səhmanına fikir verir, otelin işıq reklamını yandırır və sön
dürür. Bu işdə çalışanların adətən
əlavə gəlir mənbəyi olur, qonaqlar
onlara peşkəş, pul verirlər. Keçmişdə ABŞ otellərində bu vəzifə atadan
oğula keçirdi və hətta bir neçə min dollara satılırdı. Ehtimal olunur ki, bu
vəzifə əlavə gəlir gətirir.
Vestibülə baxan dəhliz işçiləri qonaqlan müşayiət edir, onların yük
lərini (baqajı) nömrəyə aparır.
Bu işçilər otel, onun ətrafı, xidmət bölmələri
haqqında məlumatlı olmalıdır. Qonaqlarla daimi təmasda olan bu işçilər
qulluq göstərməyi və xoş nəvazişli olmağı bacarmalıdırlar. Qonaqları
nömrəyə müşayiət edərək onlara nəyin nə vaxt və necə işlədiyi haqda
məlumat verirlər (Televizor, kondisioner, telefon və s. necə, camaşırxana,
restoran, üzgüçülük hovuzu nə vaxt işləyir və s.).
Konsyerj xidməti də otelçilikdə əhəmiyyətlidir.
Konsyerjlər* - uniformada olan xidmət personalıdır. Onları vesti
büldə xüsusi masa arxasında və ya mərtəbədə görmək olar. 1936-cı ilə
qədər konsyerjlər otel işçiləri deyildi. Onlar
müstəqil kiçik sahibkarlar
(iş adamları) idi, oteldən yer alıb onun ərazisində fəaliyyət göstərirdilər.
Mehmanxanaların irilənməsi ilə konsyerj vəzifəsinə zərurət doğur. Bir
sıra iri, dəbdəbəli otellər öz konsyerjlərinə malikdir. Belə ki, 800
nömrəli «Plaza Hotel»də (Nyu-York) 10 konsyerj çalışır. Onlar qonaq
lara müxtəlif xidmətlər göstərir, o cümlədən ən məşhur teatrlara bilet
alır, restoranda qonaq üçün stol sifariş edir,
milli restoranlar, əyləncə
yerləri haqqında məsləhət verir, aviabiletləri sifariş edib alır, nüfuzlu
qonaqlara
müxtəlif xidmətlər göstərir, hətta onlar üçün bazarlıq da edir,
işgüzar tapşırıqları yerinə yetirirlər.
’ Konsyerj (Concierge)- otelin uniformada olan əməkdaşı. Aynca masa arxasında öz
funksiyasını yerinə yetirir. Qonaqların suallanna cavab verir və ya onlara xüsusi
xidmətlər göstərir
Konsyerjlər qonaqların bütün istək və arzularını yerinə
yetirməyə çalışırlar.
«Conde Nast Traveler» jurnalı konsyerjlər arasında sorğu
keçirərək onların göstərdiyi qeyri-adi xidmətlərin siyahısını dərc etmiş
dir. Məsələn, Madridin «Palace Hotel» mehmanxanasında
yaşayan
yapon turistləri öküzlərin döyüş tamaşasına baxandan sonra
Yaponiyada da belə tamaşa təşkil etməyi qərara alırlar və konsyerjdən
xahiş edirlər ki, toreador* tapsın, öküzlər alsın və Yaponiyaya göndər
məyi təşkil etsin. Konsyerj bu tapşırığın öhdəsindən məharətlə gəlir.
Peşəkar konsyerj olmaq üçün otelin bütün xidmət sahələrini
yaxşı bilmək lazımdır, bir neçə xarici dil
bilmək və ünsiyyətdə olmaq
vacibdir.
Konsyerjlərin peşəkar təşkilatı mövcuddur- U.P.P.G.H. (Union
Professionalle des Portiers des Grand Hotels). Bu təşkilat adətən
«Qızıl açarlar» («Clefs d'or») adlanır. Konsyerjlərin uniformasında bu
nişan-qızıl açarlar çarpaz şəkildə ilmədə vurulub. Bu təşkilatın 24
ölkədən dörd mindən çox üzvü var.
Yüklə
Dostları ilə paylaş: