Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


Qəbul və xidmət şöbəsinin baş inzibatçısı -


səhifə33/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   98
Mehmanxana teserrufati

Qəbul və xidmət şöbəsinin baş inzibatçısı -
Qonaqlara 
göstərilən xidmətin keyfiyyətini artırmaq və səviyyəsini yüksəltmək baş 
inzibatçının əsas vəzifələrindən biridir. O, gün ərzində mehmanxanada 
bir çox mühüm və zəruri işləri yerinə yetirir. Bunlar aşağıdakılardır:
- gecə inzibatçısının hesabatını dinləyir və yoxlayır;
- keçən gecə ərzində doldurulan nömrələrin göstəricilərini təhlil 
edir;
- mehmanxanada əlavə xidmətlərin gündəlik satış vəziyyətini 
təhlil edir;
- ötən gecə ərzində mehmanxanaya daxil olan pulun hesabını 
yoxlayır;
- pulsuz verilən nömrələrin sayını təyin edir;
- yaxın aylar üçün verilən kollektiv sifarişləri yoxlayır;
- gün ərzində mehmanxanaya gəlib-gedən qonaqların siyahısını 
nəzərdən keçirir;
- xüsusi və nüfuzlu qonaqların (VİP) siyahısını nəzərdən keçirir 
və qeydiyyatını aparır;
- gələn qonaqların qeydiyyat sənədlərini çeşidləyir;
- şöbənin və digər operativ iclaslarda iştirak edir;
- sonrakı gün ərzində (səhər) gəlib-gedən qonaqların siyahısını 
nəzərdən keçirir;
- əməkdaşlarına 
gəlib-gedən 
qonaqlar 
barədə 
zəruri 
sərəncamlar verir;
- əməkdaşların iş cədvəlini yoxlayır;
- qonaqlara xidmət göstərən köməkçilərə gündəlik təlimat verir.
Məsələn, baş inzibatçının köməkçisi qonağı qarşılayır, qeydiy­
yatına kömək edir, nömrəyə qədər müşayiət edir, yükünü əvvəlcədən 
nömrəyə aparır və s. Bununla da baş inzibatçının köməkçisi bir neçə 
funksiyanı yerinə yetirərək əlavə bölməyə və işçilərə ehtiyac olmadığını 
göstərir. Bu yenilikdən kiçik və orta lüks mehmanxanalarda istifadə 
etmək məqsədəuyğundur. Baş inzibatçı bütün xidmət bölmələrinin işini 
təkmilləşdirməyə, işçilərin əlbir işləməsinə çalışır.
Bəzi otellərdə bronlaşdırma (sifariş) bölməsinin meneceri satış 
üzrə direktora (menecerə), gecə auditoru isə baş mühasibə hesabat 
verir.
Baş inzibatçının bölməsinin təşkilat strukturu 

Yüklə

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin