Mehmanxanalarda Yerləşdirmənin Standart Qaydaları (Çıxarış)
I. Ümumi müddəalar
1.
Bağlanmış kontrakt (1 və 2-ci maddələr) aşağıda göstərilən Meh
manxanalarda Yerləşdirmə Qaydalarına (3 və 4-cü maddələr)
müvafiq olaraq həyata keçiriləcək.
2. Anlaşılmazlıqlara yol verilməməsi məqsədilə aşağıda göstərilən
məfhumlar dəqiq tərif edilməlidir:
•
«müəssisə» (təşkilat) - mehmanxana və/və ya restoran;
•
«qrup» - mehmanxanaya birgə gəlib-gedən, bir hesab
əsasında hesablaşan ən azı 15 ödəmə qabiliyyətli şəxs;
•
«sifarişin şərtlərini daxil edən siyahı» - aşağıdakıları əks edən
siyahı:
a) qrupa daxil olan şəxslərin adı, familiyası və cinsi (kişi/qadın);
b) qrupa göstərilməli olan xidmətlərin və otaqların bölünməsi haqqında
məlumat;
c) müəssisənin yerləşdiyi ölkənin polisi tərəfindən tələb oluna bilən
məlumatlar;
•
«əlavə saatlarda xidmət göstərmə» - kontraktda nəzərdə
tutulmamış vaxt ərzində göstərilən xidmət (əlavə xidmət);
•
«əvvəlcədən olunmuş sifarişin qabaqcadan ödənişi» - son
hesabdan çıxılan və daşıyıcının üzərinə götürdüyü öhdəliklərin
yerinə yetirilmədiyi halda geri qaytarılmayan və kontraktın
şərtlərinin yerinə yetirildiyinə qədər olunmuş inzibati ödənişlər;
•
«zəmanət depoziti»- kontaktın şərtlərinə və ya yaranmış
hüquqi vəziyyətlərə müvafiq olaraq kontrakta şamil olunan
şərtlər və ya hüquqi əsaslar nəticəsində kontraktın pozulduğu
halda qaytarılmağa məruz qalan, kontraktın şərtləri yerinə ye
tirildiyinə qədər ödənilən və son hesabdan çıxılan məbləğ;
•
«girov» - şamil olunan milli qanunvericilik göstərilən formanı
qəbul edərsə, kontraktın hər hansı tərəfinin xeyrinə olan
cərimə (tam ödənilmə). Girov aşağıdakı hallarda ödənilir:
aşağıda göstərilən səbəblər ucbatından üzərinə götürdüyü
öhdəliklərin yerinə yetirilmədiyi halda daşıyıcı tərəfindən;
190
ikiqat miqdarda mehmanxana sahibi tərəfindən, əgər o,
üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə;
•
«yazılı şəkildə və qeydiyyatdan keçmiş» - bu məfhumun rəsmi
məktub, teleks, telefaks, teleqram və ya kompüter vasitəsilə
olunan müraciəti nəzərdə tutulur.