Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


Müasir dövrdə ictimai inkişafda mədəniyyətin aparıcı



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə116/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   112   113   114   115   116   117   118   119   ...   175
1 Multikulturalizmə giriş 2019

7.2. Müasir dövrdə ictimai inkişafda mədəniyyətin aparıcı 
rolu və multikulturalizm
Əvvəlki yarımfəsildə biz belə bir nəticəyə gəldik ki, cəmiyyətdəki etnik-
mədəni müxtəlifliyin tənzimlənməsində assimilyasiya, izolyasiya və izolyasiyanın 
variantı olan aparteid siyasət modelləri ilə müqayisədə multikulturalizm 
siyasəti daha səmərəlidir, çünki o, etnik-mədəni müxtəlifliyin və onun əsasını 
təşkil edən etnik-mədəni dəyərlərin qorunmasına yönəlmişdir. Tarixi prosesdə 


267
MULTİKULTURALİZM ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN 
TƏNZİMLƏNMƏSİNİN SƏMƏRƏLİ SİYASƏT MODELİ KİMİ
formalaşan, müsbət və obyektiv xarakter daşıyan, insanların dünyagörüşünün 
və fəaliyyətlərinin məzmununu müəyyən edən və istiqamətləndirən etnik-
mədəni müxtəliflik və onun əsasını təşkil edən etnik-mədəni dəyərlər müasir 
ictimai inkişafda müəyyənedici rol oynayır. Bu isə müasir dövrdə mədəniyyətin 
ictimai inkişafda aparıcı rol oynamasından irəli gəlir. 
Müasir dövrdə mədəniyyətin ictimai inkişafda aparıcı rol oynaması 
ideyası ictimai inkişafın, xüsusilə də onun səbəb və istiqamətinin, o cümlədən 
xalqların ölkə daxilində və beynəlxalq münasibətlər sistemində davranışının 
tədqiq olunmasının ən mühüm metodoloji prinsiplərindən biridir.
Mədəniyyətin ictimai inkişafda aparıcı rol oynaması ideyasını əsaslı 
şəkildə ilk sübut edənlərdən biri tanınmış alman sosiologu Maks Veber olmuşdur. 
O, mədəniyyətin dəyərlərini cəmiyyətin sosial-iqtisadi inkişafının mühüm 
səbəblərindən biri kimi qələmə verirdi. Konkret tarixi faktlara əsaslanaraq, Veber 
mədəniyyətin dəyərlərinin, xüsusilə müəyyən dinlərdə olan etik dəyərlərinin 
sosial-iqtisadi inkişafa səbəb olmasını göstərmişdir.
Mədəniyyətin ictimai inkişafda aparıcı rolunun artması müasir ictimai 
inkişafın xüsusiyyətlərindən irəli gəlir. Bu xüsusiyyətlər isə dünya kommunist 
sisteminin dağılması və beynəlxalq münasibətlərin yeni sisteminin formalaşması 
ilə bağlıdır. Məlum olduğu kimi, soyuq müharibə illəri dövründə ideoloji, siyasi, 
iqtisadi və hərbi sahələrdə bir-birinə düşmən olan iki siyasi sistem – keçmiş Sovet 
İttifaqının başçılıq etdiyi kommunist sistemi və ABŞ-ın ətrafında birləşən Qərb 
dünyası – qarşı-qarşıya duranda onların xalqlarını, həmçinin bu sistemlərdən 
birinə mənsub olan “üçüncü dünya” ölkələrinin xalqlarını ilk növbədə qarşı 
tərəfdən gələ bilən təhlükə narahat edirdi. Belə olan şəraitdə bu xalqlar arasında 
əsas fərqli cəhətlər ideoloji, siyasi yaxud iqtisadi xarakter daşıyırdı. Dünya 
kommunist sisteminin dağılması eyni zamanda bir-birinə zidd olan iki sosial-
siyasi sistemdən birinin tarix arenasından getməsinə gətirdi. Nəticədə dünya 
xalqları öz mədəni köklərinə, daha konkret desək, etnik-mədəni dəyərlərinə 
müraciət etmək imkanını əldə etdilər. Başqa sözlə desək, dünya kommunist 
sisteminin dağılması soyuq müharibəyə son qoymaqla bir-birinə zidd olan iki 
sosial-siyasi sistemin siyasi, hərbi, iqtisadi və ideoloji qarşıdurmasını aradan 
qaldırdı. Bunun nəticəsində dünya xalqları öz etnik-mədəni dəyərlərinə müraciət 
etmək imkanını əldə etdilər. Post-kommunist dövrdə tarixinə, dininə, dilinə, 
ümumiyyətlə etnik- mədəni dəyərlərinə müraciət edən xalqlar öz kimliyini 


MULTİKULTURALİZMƏ GİRİŞ
268
müəyyən edirlər. Bu dəyərlər xalqlar arasında olan əsas fərqləri təşkil edir. 
Bununla əlaqədar Samuil Hantinqton “Sivilizasiyaların toqquşması və dünya 
düzəninin yenidən qurulması” adlı kitabında qeyd edir: 
“Yeni dünyada xalqlar 
arasında əsas fərqlər ideoloji, siyasi, iqtisadi deyil, mədəni xarakter daşıyır”

Müasir dövrdə xalqlar öz tarixlərinə, dinlərinə, etnik-mədəni dəyərlərinə 
müraciət edərək kimlikləri müəyyən edirlər.
Müasir Qərb ədəbiyyatında Samuil Hantinqton, Ronald İnqleqard, Frensis 
Fukuyama, Zbiqnev Bjejinski, Fərid Zəkəriyyə və başqa müəlliflər ictimai 
inkişafda mədəniyyətin aparıcı rol oynadığını qeyd edirlər. 
Samuil Hantinqton yuxarıda qeyd etdiyimiz kitabında ictimai inkişafda 
mədəniyyətin aparıcı rol oynaması ideyasına əsaslanaraq, müxtəlif ölkələrin 
sosial-iqtisadi inkişafında əldə etdikləri nailiyyətləri, eləcə də üzləşdikləri 
çətinlikləri onların mədəniyyətlərinin xüsusiyyətləri ilə izah edir.
Həqiqətən, ictimai inkişafda mədəniyyətin aparıcı rol oynaması ideyası
müasir ictimai inkişafın, xüsusilə də onun səbəblərinin müəyyən edilməsinin 
mühüm metodoloji prinsiplərindən biridir. 
Beləliklə, ictimai inkişafda mədəniyyətin aparıcı rol oynaması müasir 
dövrdə etnik-mədəni müxtəlifliyin və onun əsasını təşkil edən etnik-mədəni 
dəyərlərin qorunmasının və inkişafının vacibliyini əsaslandırır. İctimai inkişafda 
mədəniyyətin aparıcı rol oynaması multikulturalizm siyasətinin düzgün siyasət 
olduğunu sübut edir. Bunu tarixi hadisələrin gedişatı da sübut etdi. Belə ki, etnik-
mədəni müxtəlifliyin dövlət tərəfindən tənzimlənməsi tarixi assimilyasiya və 
izolyasiya siyasət modellərinin səmərəsizliyini göstərməklə ötən əsrin 60-70-ci 
illərində multikulturalizm siyasətinin meydana gəlməsinin başlıca səbəblərindən 
biri olmuşdur. 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin