271
MULTİKULTURALİZM ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN
TƏNZİMLƏNMƏSİNİN SƏMƏRƏLİ SİYASƏT MODELİ KİMİ
şəkildə bir tələb qoyaraq bunları söyləmişdir: “Britaniyada yaşadığı iki il yarım
ərzində ingilis dilini öyrənməyən miqrant ölkədən deportasiya olunacaqdır”.
Qərb ölkələrində müşahidə olunan dezinteqrasiya proseslərinin səbəbləri
multikulturalizmlə əlaqələndirilərək bu siyasətin səmərəsizliyi haqqında fikir
yayıldı. Əslində isə bu ölkələrdə müşahidə olunan dezinteqrasiya proseslərinin
səbəbləri multikulturalizm siyasəti ilə yox, bu siyasəti liberal demokratiya
prinsipləri əsasında aparan dövlətlər ilə bağlı idi. Multikulturalizmi cəmiyyətdəki
etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin bir siyasət modeli kimi uğurla
həyata keçirən dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının təcrübəsi
göstərir ki, bu siyasəti həyata keçirərkən dövlət
ilk növbədə ölkənin milli
maraqlarını əsas götürməli, onu ölkənin suverenliyinin, ərazi bütövlüyünün
qorunmasına, demokratik inkişaf yoluna və milli təhlükəsizliyinin təmin
edilməsinə yönəltməlidir.
Multikulturalizm siyasətinin düzgün aparılmaması nəticəsində cəmiyyətdə
yaranan
sosial fraqmentasiya, dezinteqrasiya hallarının qarşısını almaq üçün
etnik, irqi, dini və mədəni qrupların nümayəndələri arasında dialoq və əməkdaşlıq
münasibətləri inkişaf etdirilməlidir. Bu isə interkulturalizmlə bağlıdır.
İnterkulturalizm termini iki sözün birləşməsindən əmələ gəlmişdir- “inter”
və “kultura”
(latın dilindən tərcümədə “mədəniyyətlərarası” deməkdir).
Bu
terminin etimologiyasına uyğun olaraq, interkulturalizm daha çox icmalararası,
qruplararası dialoqa və əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf
etdirilməsini qarşısında məqsəd kimi qoyur.
Əgər multikulturalizm etnik-mədəni müxtəlifliyin tanınmasına və
qorunmasına yönəlmişdirsə, interkulturalizm bu müxtəlifliyi tanımaqla və
qorumaqla yanaşı onlar arasında dialoq və əməkdaşlığın inkişafına böyük
önəm verir. Qruplar arasında yaradılan dialoq və əməkdaşlıq münasibətlərinin
effektivliyinin əsas şərtlərindən biri bu münasibətlərin bərabərhüquqlu olmasıdır.
İnterkulturalizm etnik-mədəni müxtəlifliyi tanımaqla
və qorumaqla onun
mütləqləşdirilməsinə imkan vermir. O, bu müxtəlifliyin daşıyıcıları arasında
dialoq və əməkdaşlıq münasibətlərini yaradır və inkişaf etdirir. Qruplararası
dialoq və əməkdaşlığın yaradılmasının əsas nəticələrindən biri titul xalq və milli
azlıqların etnik-mədəni dəyərlərinin qovuşması əsasında ümumi dəyərlərin,
ümumi mədəniyyətin formalaşmasıdır. Bu isə öz növbəsində çoxmədəniyyətli
cəmiyyətdə inteqrasiya proseslərini gücləndirir.
MULTİKULTURALİZMƏ GİRİŞ
272
Bununla belə titul xalq və milli azlıqların etnik-mədəni dəyərlərinin
birləşməsindən formalaşan ümumi dəyərlər, ümumi mədəniyyət cəmiyyətdəki
etnik-mədəni müxtəlifliyi ləğv etmir. İnterkulturalizm multikulturalizmə
əsaslandığı səbəbindən etnik-mədəni müxtəliflik, azlıqların
etnik-mədəni
dəyərləri qorunub saxlanılır. Bundan başqa bu müxtəliflik və dəyərlər arasında
dialoq vasitəsilə birlik yaranır. Yaranmış vəziyyəti “müxtəliflikdə birlik”
adlandırmaq olar.
Məlum olduğu kimi, müxtəliflikdə birlik konsepsiyası həm eyniliksiz,
oxşarlıqsız birlik, həm də parçalanma olmayan müxtəliflik deməkdir.
Müxtəliflikdə birliyi təcəssüm edən cəmiyyət və ya interkultural cəmiyyət
etnik-mədəni müxtəlifliyə münasibətdə nümayiş olunan dözümsüzlüklə,
bu müxtəlifliyi tanımaqla və qorumaqla məhdudlaşmır. O,
etnik-mədəni
müxtəlifliyin qorunmasına inkişafın mühüm səbəblərindən biri kimi yanaşaraq
onların bir-birilə qovuşmasına, birləşməsinə şərait yaradır. Müxtəlifliklərin
birləşməsi isə öz növbəsində onlar arasında qarşıdurma təhlükəsini aradan
qaldırır və ümumilikdə cəmiyyətin zənginləşməsinə səbəb olur.
Böyük Britaniya və digər liberal demokratiya ölkələrində etnik və dini
azlıqlar üçün dövlət tərəfindən yaradılan şərait onların özünə qapanmasına,
cəmiyyətdən təcrid olmalarına, ona inteqrasiya olmaq istəməmələrinə gətirir.
Belə şərait həm hakim dairələrin, həm də azlıqların nümayəndələrinin
maraqlarına ziddir. Belə ki, cəmiyyətdə inteqrasiya proseslərinin olmaması
orada parçalanma proseslərini inkişaf etdirir və mədəniyyətlərarası, dinlərarası
qarşıdurmaya səbəb olur.
Etnik-mədəni
müxtəlifliklər, etnik-mədəni dəyərlər bir-birilə qovuşduqda,
yaxınlaşdıqda, dialoqa girdikdə mədəniyyətlərarası, dinlərarası dialoqun,
əməkdaşlığın, ümumiyyətlə cəmiyyətin inkişafına səbəb olur. Əks halda, yəni
bu müxtəlifliklər, dəyərlər mütləqləşdirildikdə, bir-birinə qarşı qoyulduqda
qarşıdurmaya, münaqişəyə səbəb olur. İnterkulturalizmin
əsas müsbət
cəhətlərindən biri odur ki, o, etnik-mədəni müxtəlifliyin pozitiv potensialını üzə
çıxarır, neqatıv potensialının isə reallaşmasına imkan vermir. İnterkulturalizmin
qeyd olunan müsbət cəhətinin reallaşdırılmasının əsas şərti onun multikulturalizmə
əsaslanmasıdır. Cəmiyyətdəki etnik-mədəni müxtəliflik tanınmadıqda,
qorunmadıqda onlar arasında dialoq və əməkdaşlıq münasibətlərinin yaradılması
mümkün olmur. Bu isə öz növbəsində istər ölkədaxili müstəvidə, istərsə də
273
MULTİKULTURALİZM ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN
TƏNZİMLƏNMƏSİNİN SƏMƏRƏLİ SİYASƏT MODELİ KİMİ
beynəlxalq müstəvidə dinlərarası, mədəniyyətlərarası dialoqun və əməkdaşlığın
inkişafının qarşısını alaraq etnik və dini zəmində qarşıdurmaya səbəb olur.
Beləliklə, öz həcminə görə interkulturalizm məfhumu multikulturalizm
məfhumundan genişdir. Tolerantlıq multikulturalizmin əsasını təşkil etdiyi
kimi, multikulturalizm də interkulturalizmin əsasını təşkil edir.
Eyler dairəsi
ilə tolerantlıq, multikulturalizm və interkulturalizm məfhumlarının bir-birilə
münasibətləri aşağıdakı şəkildə təsvir olunmuşdur.
A- multikulturalizm
B- tolerantlıq
C-interkulturalizm.