Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Tireoid hormonlarının sintezinin tənzimlənməsi



Yüklə 31,99 Mb.
səhifə148/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   144   145   146   147   148   149   150   151   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Tireoid hormonlarının sintezinin tənzimlənməsi. 1969-cu ildə Şali və Qyullemin tərfindən rəhbərlik edilən 2 qrup və biri digərindən xəbərsiz donuz və qoyunun hipotalamusdan hipofiz tərəfindən TTH-nun sekressiyanın stimulə edən tripeptid aldılar. Bu kimyəvi cəhətdən öyrənilən və sintetik yolla alınmış tretropinrilizinq-hormonu (TRH) idi. Bu peptid hipotalamusun neyronlarında hazırlanır və qapı sisteminə buraxılır və qapı sistemi ilə hipofizə düşür, buradan isə treotrop hormonun (TTH) sekresiyasını stimulə edir. TTH qalxanabənzər vəzidə tiroksinin (T4) həmçinin triyodtironinin (T3) yaranmasını induksiya edir. Həmçinin triyodtironinin (T3) hipofizə, mümkünsə hipotalamusa əks əlaqə mexanizmi üzrə təsir edərək TTH-nun seleksiyasını zəiflədir. Əks əlaqə mexanizmi üzrə tireoid hormonlar hipofiz və hipotalamusa təsir edər və haçan ki, onların qanda qatılığı maksimal olur, onda TTH-nun sekresiyası minimuma enir. Əksinə, tireoid hormonların qatılığı aşağı olanda TTH-un yüksək sürətli sekresiyasını təmin edir.
Tiroksin və triyodtironinin az miqdarı qaraciyər və böyrəklərdə deyodlaşmaya məruz qala bilər və bu prosesin hesabına yoda olan sutkalıq tələbatın bir hissəsi (təxminən 50 mkq) ödənilə bilər. Qalxanabənzər vəzinin kolloidində tireoid hormonların kifayət qədər ehtiyatı saxlanılır. Bu orqanizmin yod olmadan bir neçə ay keçinə bilməsini təmin edir. Ancaq qidada yodun uzunmüddətli çatışmaması zamanı artıq tireoid hormonların orqanizmin normal həyat fəaliyyətini təmin edə biləcək qədər yarana bilmir.

7.5. Tireoid hormonların funksiyaları


Tireoid hormonlar həyati əhəmiyyətli funksiyalar görür. Belə ki, o, bütün orqanizmdə metobolizmi stimulə edir.
Triyodtironin güman ki, hüceyrələrinin nüvəsindəki reseptorla
285
birləşir və genlə təsirdə olaraq transkripsiya və translyasiyanı sürətləndirərək bunun nəticəsində orqanizmin bütün hüceyrələrində zülal sintezini stimulə edir. Bundan əlavə tireoid hormonlar Na+ ionlarının hüceyrədən çıxmasına, K+ isə daxil olmasına təsir edir. Nəhayət, onlar bir çox fermentlərin, ilk növbədə, karbohidratların parçalanmasında iştirak edən fermentlərin aktivliyini artırır. Ona görə də tireoid hormonların yüksək səviyyəsində xüsusilə karbohidratların metabolizminin intensivliyi artır.
Belə ki, göstərilən bu proseslərdən çoxu hüceyrələrin mitoxondrilərində gedir. Tireoid hormonların yüksək səviyyəsində bu orqonoidlərin aktivliyi çox artır və onlar ölçücə böyüyürlər. Tireoid hormonların təsiri ilə fermentlərin aktivliyinin artması energetik mübadilənin sürətinin artması ilə müşayiət olunur. Ona görə də əsas mübadilənin intensivliyilə qanda tireoid hormonların qatılığı arasında düzünə əlaqə mövcuddur.
Uşaqlarda tireoid hormonlar fıziki boy atmağı təmin edir. Xüsusilə bu effekt postnatal dövrdə beyinin normal inkişafı üçün vacibdir. Döl uşaqlıqda olduğu müddətdə qalxanabənzər vəzin çatışmamazlığı qorxulu deyil, belə ki, o, tireoid hormonların kifayət qədərini anadan alır.
Qalxanabənzər vəzinin insan və heyvan orqanizmində boy artımı, inkişaf və differensasiya proseslərinə təsiri çox güman ki, tireoidli hormonların toxuma və yaxud hüceyrə mübadiləsinə təsiri ilə əlaqədardır. Qanda tireoidli hormonların miqdarının azalması zamanı orqanizmin şəkərə olan tələbatı aşağı enir: şəkərin çoxu sidik vasitəsilə ifraz olunduğu üçün böyrəyin həcmi azalır. Tireoidli hormonlar yağ mübadiləsinə əhəmiyyətli təsir göstərirlər. Orqanizmdə tireoidli hormonunun kəskin azalması adətən metabolizmin səviyyəsinin kəskin şəkildə azalması ilə müşayət olunaraq, lipidlərin miqdarının çoxalması ilə nəticələnir. Qalxanabənzər vəzi hormonları sinir mərkəzlərinin, ürək əzələlərinin oyanma səviyyəsini tənzimləyirlər. Qalxanabənzər vəzi hormonlarının sinir toxumasının inkişafı və diferensasiyasına
286
əhəmiyyətli təsiri müəyyən olunmuşdur. Erkən yaşlarda qalxanabənzər vəzinin qeyri-kafi endokrin fəallığı uşaqların əqli inkişafının geridə qalması ilə nəticələnir.
Qalxanabənzər vəzidə parathormon kimi orqanizmdə Ca və P mübadiləsinin tənzimlənməsində fəal şəkildə iştirak edən, lakin həmin vəzin follikullarından kənarda yerləşən hüceyrələr tərəfindən hazırlanan daha bir hormon – tireokalsitonin hasil olunur. Bu hormonun təsirindən sümük toxumasının əmələ gəlməsinə səbəb olan ostioblastların fəaliyyəti artır, əksinə osteoklastların fəaliyyəti isə zəifləyir, nəticədə, qanda kalsium ionlarının mənimsənilməsi çətinləşir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin