[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
127 Şəkil 5.13. Əzələ lifindən Ca2+ hüceyrə daxilinə xaric olmasını nümayiş etdirən təcrübə. Qurbağanın əzələ lifini vasitəsiz 0,5 ms müddətində, 5, 10, 20 hs texniki cərəyanın impulsu ilə qıcıqlandırma zamanı stimulyasiyanın tezliyini dəyişən zaman summasiyanın hiss olunması və tək təqəllüsün tetanusa (dişli) qədər yayılması izometrik yığılma əzələnin eninə cizgisində.
Fazalı təqəllüs edən skelet əzələ liflərindən fərqli olaraq, tonik təqəllüs edən əzələ lifləri «hamısı və ya heç nə» qanununa tabe olmur.
Əzələnin, yerli, dəyişməyən, lakin geridönən yığılmasına kontraktura (və ya ölü qıcıması) deyilir. O tetanusdan fəaliyyət potensialının yayılmasına görə fərqlənir. Bu kofein kontrakturasında da müşahidə olunur. Belə ki, kofein fizioloji olmayan qatılıqda əzələ lifinə daxil olaraq, membranda oyanma əmələ gətirmədən, sarkoplazmatik retikuldan Ca2+ çıxararaq nəticədə kontrakturaya səbəb olur.
128 K-kontrakturası – kaliumun xarici məhlulda qatılığından asılı olur.
İnsan orqanizmində əzələ qüvvəsinin tənzimi. Hərəki vahid. Hərəki vahid bir motoneyrondan və onun innervasiya etdiyi əzələ lifləri qrupundan ibarətdir. Yəni hərəki motoneyrondan ayrılan sinir şaxələri əzələ liflərinə daxil olub, onlarla mionevral sinapslar vasitəsilə əlaqə yaradır.
Hərəki sinirin innervasiya etdiyi əzələ lifləri qrupuna hərəki vahid deyilir. Deməli, hər bir hərəki sinir lifinin çoxlu şaxələrlə əzələ lifləri ilə sinaptik əlaqəyə girir. Eyni hərəki sinirin şaxələrilə innervasiya olunan əzələ lifləri qrupuna hərəki vahid deyilir. Bir hərəki vahidin tərkibində liflərin sayı 10-dan 3000-ə qədər ola bilər. Dəqiq hərəkətləri təmin edən göz əzələlərinin və əl barmaqları əzələlərinin hərəki vahidləri 10-25 əzələ lifindən ibarətdir. Onların hər biri bir neçə sinir lifi ilə innervasiya olunur. Dəqiq nəzarətə ehtiyacı olmayan əzələlərin hərəki vahidlərini 2000-dən 3000-ə qədər liflər təşkil edir. Nəli əzələnin hərəki vahidində 1500-ə qədər lif olur. Hərəki vahidin maksimal qüvvəsi isə gözün xarici duz əzələsi üçün 0,001, çiyinin ikibaşlı əzələsi üçün isə 0,5-dir.
Əzələ qüvvəsi nəinki MSS fəallaşdırıcı təsirindən, həm də əzələ işlədiyi çox yüksək dərəcəli xarici mexaniki şəraitindən də asılıdır. Əzələ təqəllüsü onda artan qüvvənin ölçüsündən asılı olaraq, uzunluğun azalmasına auksotonik təqəllüs deyilir. Onun qüvvəsi, izometrik təqəllüsdən çox az olur. Əzələni boşalmış vəziyyətdə hər iki ucundan elə bərkidirlər ki, aktivləşməsi zamanı gərginliyini ölçəndə liflərin uzunluğu dəyişməsin. Lakin hətta belə bir vəziyyətdə belə əzələ lifinin yığıcı elementi vətərə əzələdaxili elementlərlə (ola bilsin miozin başcığı) qüvvə ötürür.
129