Şəkil 5.12. Ca2+ təsiri zamanı miofibrilin fəallaşması. A-Lifin uzununa kəsiyində. B-aktin və miozin lifləri. Ca2+ tropininlə birləşdikdən sonra onlar həm də onun eninə kəsiyində tropomiozin aktinin iki monomeri arasındakı novçaya düşür, eninə körpücüklərin birləşdiyi sahəni açır.
Tək əzələ təqəllüsü zamanı kalsiumun xaric olması.Blinks əməkdaşları ilə (1978) işıqsaçan ilbizdən zülal ekborini aldılar. Hansı ki, bu zülal ekborin Ca2+-la qarşılıqlı təsirdə olanda işıq saçır. Təcrid olunmuş əzələ lifinə bu zülalı ineksiya etdikdən sonra izometrik bərkidib, elektrik cərəyanı ilə 100 və ya 200 ms intervalla qıcıqlandırırıq. Yüksək həssaslığa malik fotometrin (fotogücləndirici) köməkliyilə hüceyrədaxili Ca2+-un azad olması ilə müşayiət edilən ekvorin lüminessensiyası (işığın da saçması) qeyd edilmişdir (şəkil 5.13).
126 Şəkil 5.13-də stimulyasiyanın tezliyini 5 hs, 10 hs və 20 hs arasında verdikdə tək təqəllüsü, dişli və tetanik təqəllüsün əmələ gəlməsini müşahidə etmək olar.
Stimulyasiyanı 5 hs tezlikdə verdikdə o, qısamüddətli olur, belə ki, ion nasosu bir azdan mioplazmada olan Ca2+ geriyə sarkoplazmatik retikuluma vurur; belə rejimdə əzələ təqəllüs edir. Lakin 10 hs tezliyi ilə ritmik qıcıqlandırma zamanı (ikinci stimul birincidən 100 ms sonra daxil olur) lif tam boşala bilmir. İkinci yığılma birinci stimuldan sonrakı qalıq yığılmanın üzərinə, üçüncü – ondan əvvəlkinin və s. üzərinə yığılır və təqəllüs dişli olur.
Tək təqəllüsün summasiyası həm təqəllüs tsiklinin, həm də tək təqəllüsün qalıq hündürlüyünün maksimal gərginliyində böyüməyə aparır, lakin Ca2+ hüceyrədaxili səviyyəsi onların hər birindən sonra sakitlik vəziyyətindəki səviyyəsinə qayıdır.
Tetanus zamanı Ca2+ xaric olması. Əgər stimul çox yüksək tezliklə (20 hs) daxil olarsa, həmin stimulların arasındakı intervallarda Ca2+ səviyyəsi yüksək olaraq qalır, ona görə ki, kalsi nasosu bütün ionları sarkoplazmatik retikulun uzununa sisteminə qaytara bilmir. Bu səviyyədə tək təqəllüs tamam itir. Bu vəziyyət dəyişməzsə və ya stimullar arasındakı fasilə (və ya hüceyrə membranındakı fəaliyyət cərəyanı) tək təqəllüsün uzunluğunun 1/3dən az olanda tetanus da müşahidə olunur.
«Hamısı və ya heç nə» qanununa skelet əzələsinin cəld təqəllüs edən lifləri tabe olur.
Aşağı qıcıq qapısı qüvvəsində olan qıcıqlar fəaliyyət cərəyanının yaranmasına və Ca2+ sarkoplazmatik retikuldan xaric olmasına təsir etmir. Elə ki, qıcığın qüvvəsi hədd qıcığı səviyyəsindən üstün olur, həm nəql olunan fəaliyyət cərəyanı yaranır, həm də Ca2+ maksimal xaric olması baş verir. Bu isə sonra qıcığın qüvvəsinin artırılmasından asılı olmayan və əzələnin maksimal təqəllüsünə səbəb olur (şəkil 5.8). Yəni sonra qıcığın qüvvəsini nə qədər artırsaq da, əzələ əvvəlki quvvədə olan qıcığa maksimal yığılma ilə cavab verir. Lakin bütün əzələ lifində oyanma «hamısı və ya heç nə» qanununu, ancaq hədd qıcığından daha artıq qıcıq verdikdə mümkün ola bilər.