Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə63/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Şəkil 5.8. Skelet əzələsi tək təqəllüsünün əyrisi. a-qıcıqlandırma anı; a-b-latent dövr; b-v-yığılma dövrü; v-q-boşalma dövrü; əzələ təqəllüsü əyrisinin altında vaxtın qeyd edilməsi.
Yuxarıda göstərdiymiz kimi, əzələnin tək təqəllüsü ancaq bir qıcıq verdikdə baş verir. Normal şəraitdə tam orqanizmdə tək təqəllüs müşahidə olunmur. Çünki əzələlərə mərkəzi sinir
120
sistemindən həmişə bir çox qıcıqlar aldıqda buna uzun müddət yığılmaqla cavab verir. Belə təqəllüs tetanik təqəllüs və ya tetanus adlanır. Tetanik təqəllüs almaq üçün qıcıqlar arasındakı fasilə tək təqəllüs müddətindən qısa olmalıdır və ondan əvvəlki qıcığın təsirindən əmələ gələn təqəllüs qurtarmamış verilməlidir.
İki növ tetanik təqəllüs müşahidə edilir (şəkil 5.9): dişli tetanus (B) və saya tetanus (V). Növbəti qıcığın təqəllüsün hansı dövrünə rast gəlməsindən asılı olaraq ya dişli, ya da saya tetanus müşahidə olunur.

Şəkil 5.9. Müxtəlif tezlikli qıcıqlanmalar zamanı əzələnin təqəllüsü. Təktək qıcıqlar – tək təqəllüs (A), nisbətən çoxsaylı – dişli tetanus (B), daha çox – saya tetanus (V) verir.
Növbəti qıcıq əzələ boşalmağa başladıqda, lakin hələ tamam boşalmadıqda verilərsə, əzələ ona yeni yığılma ilə cavab verir. Beləliklə, əzələyə boşalma zamanı gələn növbəti qıcıqlar tetanus əmələ gətirəcəkdir. Dişli tetanus saniyədə 20-30 qıcıq verdikdə qeyd olunur.
Qıcığın tezliyi saniyədə 50-70 olduqda, növbəti qıcıq ondan əvvəlki qıcığın törətdiyi yığılma dövrünə düşəcək və nəticədə əzələ yığılmış vəziyyətdə qalacaq, yəni saya tetanus əmələ gələcəkdir. Buradan aydın olur ki, qıcığın tezliyi nisbətən az olduqda dişli, çox olduqda isə saya tetanus baş verir. Tetanik təqəllüsün hündürlüyü tək təqəllüsün hündürlüyünə nisbətən artıq olur.
Tək təqəllüs, superpozisiya və tetanusu müşahidə etmək üçün başqa təcrübəyə baxaq. İzometrik şəraitdə bir dəfə qıcıqlandırma gərginliyin tez artmasına, sonra isə yenidən düşməsinə səbəb olur (tək əzələ təqəllüsü, şəkil 5.9 və 5.10). Əgər, əzələni onun tam boşalmasından sonra yenidən stimulyasiya etsək, ikinci yığılma birincinin üzərinə əlavə
121
olunacaq və ümumi gərginlik artacaqdır (mexaniki summasiya və ya superpozisiya). Əgər qıcıq və ya stimullar qısa intervallarla – fasilələrlə verilərsə, onda tək təqəllüs tetanik təqəllüslə əvəz olunur.


Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin