Əzələnin təqəllüsünün molekulyar mexanizmi. Skelet əzələsinin 1 qr toxumasının tərkibində 100 mq «yığıla bilən zülal» – aktin və miozin vardır. Sadə əzələ təqəllüsləri zamanı həmin «yığıla bilən» zülalların qarşılıqlı təsir mexanizmini Xaksli və Xanson sürüşən liflər nəzəriyyəsi ilə izah etmişlər.
Sürüşən liflər nəzəriyyəsi.Yığıla bilən aktin və miozin zülalları miofibrillərdə nazik və yoğun, yəni diametri az və çox olan miofilamentlər əmələ gətirir. Onlar əzələ hüceyrəsi içərisində biribirinə qarşı paralel yerləşir (şəkil 5.2, A, B).
Miofibrillər diametri 1 mkm-ə qədər olan qısalan liflər (filamentlər) dəstəsini təmsil edir.
Əzələ sakit vəziyyətdə olduqda, aktin telinin hər biri ona paralel düzülən iki miozin telinin uclarından arasına daxil olur. Aktin telinin orta hissəsi isə miozin telləri arasına düşməmiş olur. Belə düzülüş sayəsində skelet əzələsində miofibril boyu müxtəlif quruluşlu və müxtəlif optik xassəli, sahələr-disklər əmələ gəlir (şəkil 5.5 A,B,V). Belə ki, yalnız aktin tellərinin orta hissəsindən ibarət olan sahələr adi işıq şüasını birqat sındırdığından mikroskop altında işıqlı görünürlər. Bunlara izotrop disklər (İ) adı verilmişdir. Aktin və miozinin birgə iştirakı olan sahələr isə şüanı
115 ikiqat sındırır və buna görə də mikroskop altında tünd görünürlər. Həmin sahələrə anizotrop disklər (A) deyilir. «H» işarəsi ilə göstərilən açıq H zolağı kiçik sahə olub, aktin tellərdən azaddır. Aktin tellərini birləşdirən tünd Z membranını profibrillər mil kimi deşib keçdiklərindən o, miofibrildə istinad vəzifəsini görür və əzələ təqəllüsü zamanı lifin daxilindəki eyni təbiətli disklərdən birinin digərinə nisbətən yerdəyişməsinə imkan vermir. Miofibril daxilində Z membranından əlavə miozin və aktin tellərini birbirilə birləşdirən saysız-hesabsız digər körpücüklər olduğu da aşkar edilmişdir.
Eninə körpücüklərin işi.Miozin liflərinin başcığı 150 molekula miozindən və 20 nm uzunluğu olan eninə çıxıntılardan ibarətdir. Yığılma zamanı hər bir başcıq (eninə körpücük) miozin lifini qonşu aktin lifi ilə birləşdirə bilər.
Eninə körpücüklərin aktin lifi boyunca bir dəfə hərəkəti nəticəsində sarkomer, ancaq 2×10 nm, başqa sözlə, təqribən öz uzunluğunun 1%-i qədər qısalır. Lakin qurbağanın əzələsinin izotonik təqəllüsü zamanı sarkomerlər 0,1 san-yə 0,4 mkm, uzunluğu 20% qısalır. Əzələ boşalan zaman miozin başcıqları aktin liflərindən ayrılır. Nəticə etibarilə əzələ boşalan zaman uzanluğunun dəyişməsi fəal deyil, passiv xarakter daşıyır.