[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
108
Şəkil 5.2,B. Skelet əzələləri eninəzolaqlı əzələ liflərindən təşkil olunub. Əzələ liflərinin xeyli hissəsini miofibrillər tutur. Birbirinə paralel miofibrillərdə yerləşən açıq və tünddisklərin üstüstə düşməsi eninə xətlərin (cizgilərin) əmələ gəlməsinə səbəb olur. Qalın (miozin) və nazik (aktin) liflərdən formalaşmış miofibrillərin struktur vahidi – sarkomer. Sarkomerdə nazik və qalın liflərin yerləşməsi soldan və aşağıda soldan göstərilib. G – aktin-qlobulyar, F – aktin-fibrulyar.
Açıq dairələr aktin, tünd disklər və dairələr həm aktin, həm də miozin liflərindən əmələ gəlmişdir.
Hər açıq dairə Z-xəttini kəsib keçir. İki qonşu Z-xəttin arasındakı miofibrill sahəsi sarkomer kimi müəyyən edilir (şəkil 5.2, A, B).
109 Sarkomer – iki ardıcıl Z dairənin arasındakı miofibrilin hissəsinə deyilir (şəkil 5.2, A, B). Tam dartılmış əzələdə sakit vəziyyətdə sarkomerin uzunluğu 2 mkm olur. Bu uzunluqdakı sarkomerin aktin lifləri (nazik) miozin liflərini (qalın) qismən örtür. Nazik liflərin bir başı Z-xəttə birləşib, o biri başı isə sarkomerin ortasına yönəlib. Qalın liflər sarkomerin mərkəz hissəsini tutur – A-disk – (sarkomerin qalın liflərdən ibarət olan hissəsi) – H+-zona – onun mərkəzindən M-xətt keçir).
I disk iki sarkomerin tərkibinə daxildir. Belə ki, hər sarkomer bir A-diskdən (tünd) və 2 yarımcıq açıq diskdən ibarətdir. Sarkomerin formulu 0,5A+I+0,5A. Yığılma zamanı A-diskin uzunluğu dəyişmir, I diskinki isə qısalır (şəkil 5.3). Bu zaman aktin lifi miozin liflərinin arasına daxil olur. Buna sürüşmə nəzəriyyəsi deyilir (nazik aktin liflərinin qalın miozin liflərinin boyunca sürüşməsi).
Şəkil 5.3. Skelet əzələ lifinin fraqmenti. SP-in çəni hər biri miofibrili əhatə edir. T-borucuqları tünd və açıq disklərin sərhəddində miofibrilə daxil olur. Sarkoplazmatik retikulum son çənlərlə birlikdə triada əmələ gətirir.
110 Hər bir sarkomerin ortasını diametri 10 nm olan bir neçə min miozinin «yoğun» lifləri tutur. Sarkomerin hər iki kənarında Zlövhəciklərə bərkidilmiş aktinin diametri 5-2000 nm-ə olan «nazik» lifləri olur. Miozin liflərində müəyyən qaydada yerləşən uzunluğu 1,6 mkm olan dəstə işıq mikroskopunda sarkomerin ortasında eni 1,6 mkm olan tünd zolaq kimi görünür; Polyarlaşmış işıqda ikiqat sınma xassəsinə görə (b.s. anizotropiya) ona A-diski deyilir. A-diskinin hər iki kənarında, ancaq nazik liflərdən ibarət sahələr yerləşir və açıq zolaq görünür. Bu da izotrop sahələr adlanır; İ-diski adlanan bu liflər Z-lövhəciyinə qədər uzanır.
Məhz ürək və skelet əzələsinin sayı bilinməyən sarkomerlərində tünd və açıq zolaqların ardıcıl bir-birini əvəz etməsi nəticəsində eninəzolaqlı görünür.
Sakit vəziyyətdə olan əzələdə yoğun və nazik filamentlərin ucları A– və İ–disklərinin sərhədləri adətən zəif örtülür. Adiskində bu örtülən zona işıq mikroskopunda mərkəzi Hzonasında daha tünd görünür, hansı ki, aktin lifləri yoxdur. Elektron mikroskopunda sarkomerin dayaq zülal toru, ola bilsin ki, tam dəstənin yoğun liflərini tutur. Ortasında H-zonada nazik tünd M-zona görünür.
Qalın lif (şəkil 5.1,B). Hər miozin lifi 300-400 miozin molekulundan və C-zülaldan ibarətdir.
Miozin (şəkil 5.1,V) heksomerdir (2 ağır və 4 yüngül zəncir).
Ağır zəncirlər – hər başında qlobulyar başlıq daşıyan 2 spiralvari burulmuş polipetid liflərdən ibarətdir. Ağır zəncirli başlıqların sahəsində yüngül zəncirlərə assosiasiya edilir. Hər miozin lifi ilə Z xəttinin zülalı birləşir. Yoğun liflərlə nebulin, miomezin, kreatinfosfokinaza və başqa zülallar assosiasiya olunur.