Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Şəkil 5.5. A-miofibrillərin-elektron-mikroskop sxemi; I-izotrop disklər; A-anizotrop disklər və H-zolaqları. B qalın miozin və na- 116



Yüklə 31,99 Mb.
səhifə61/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Şəkil 5.5. A-miofibrillərin-elektron-mikroskop sxemi; I-izotrop disklər; A-anizotrop disklər və H-zolaqları. B qalın miozin və na-
116
zik aktin tellərinin boşalma vəziyyəti və V-miofibrillərin yığılmış vəziyyəti.
5.3. Sinir və əzələnin fizioloji xassələri.
İzotonik və izometrik təqəllüs, əzələ təqəllüsünün növləri
Sinir və əzələ liflərinin üç ümumi xassəsi vardır. Bu xassələr qıcıqlanma, oyanıcılıq və keçiricilikdən ibarətdir. Bundan başqa əzələ bir də dördüncü xassəyə malikdir ki, o da təqəllüs (yığılıbboşalma) qabiliyyətidir.
Qıcıqlanma. Mühitin orqanizmə göstərdiyi təsirə qıcıq deyilir. Qıcığı törədən vasitəyə qıcıqlandırıcı adı verilir. Qıcığı başa gətirmək üçün canlıya müəyyən miqdar enerji ilə təsir etmək lazımdır. Təbiətdə başlıca 5 kinetik enerji forması olduğu üçün ona müvafiq olaraq 5 növ qıcıq vardır: mexaniki, istilik, kimyəvi, elektrik şüa (işıq). Canlıların qıcığı qəbul edə bilmək qabiliyyətinə qıcıqlanma deyilir. Canlının qıcığa qarşı verdiyi cavaba oyanma deyilir. Qıcıqlanma və oyanıcılıq isə hər bir bioloji varlığa xas olan həyat prosesidir. İndi biz bu beş elementin hər birisindən ayrıca danışmalıyıq.
Qıcığı törədən amilə qıcıqlandırıcı deyilir. Təbiətdə qıcıqlandırıcının sayı tükənməzdir. Məsələn, mexaniki təsir göstərən bütün cismlər, yanan kibrit, şam, duz, turşu, qələvi, üzvi və qeyri-üzvi məhlullar, daimi, dəyişən, induksion elektrik cərəyanı, Günəş şüası, süni işıq, radiofəal şüalanma (alfa, beta və qamma şüaları, rentgen şüaları), bioloji varlıqlar – heyvanlar, bitkilər, mikroblar, viruslar və s. qıcıqlandırıcı hesab edilir.
Əzələlərin təqəllüsü. Skelet əzələsi yığılarkən 3-4 kq/san2 yaxın güc şərf edə bilər. Bir çox əzələlər nisbətən böyük eninə kəsiyə malikdirlər və çox böyük güc şərf edə bilərlər. İnsanın bütün əzələlərinin əmələ gətirə biləcəyi gərginlik təqribən 25 tona yaxındır. Sərf edilən əzələ gücü əzələnin işinin xarici mexaniki şəraitindən asılıdır. Yığılma izotonik və izometrik olur.
Adətən əzələ innervasiya olunduğu motoneyronlardan ona fəaliyyət cərəyanı daxil olduqda oyanır; sinir-əzələ sinapsından vasitəsiz daxil olan oyanmanın nəticəsində əzələ də fəaliyyət po-
117
tensialı generasiya olur. Ancaq təcrübə şəraitində əzələ lifinin bir dəfə vasitəsiz stimulyasiyası mümkündür. Məsələn, qurbağanın izolə olunmuş əzələsini müddəti 1 ms qədər olan elektrik impulsu ilə 1 dəfə qıcıqlandırdıqda, qıcıqlandırma yerindən əzələ lifi boyunca təqribən 1-2 m/s sürəti ilə fəaliyyət cərəyanı yayılacaqdır, həm də bir neçə milli saniyə sonra o yığılacaqdır (şəkil 5.6). Beləliklə, yığılma fəaliyyət cərəyanı ilə, başqa sözlə, lifin membranının oyanması ilə baş verir.


Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin