[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
5.7. Saya əzələ hüceyrələri və təqəllüsü
Saya əzələlərdə təqəllüs aktı. Saya əzələlərin tərkibində olan saya əzələ hüceyrələri boş və borulu orqanların əzələ divarın əmələ gətirir. Saya əzələ hüceyrəsində eninə zolaqlar yoxdur. Çünki miofilamentlər eninəzolaqlı əzələyə xas olan miofibrinləri əmələ gətirmir. Skelet əzələsini təqəllüs etdirən minimum qıcıq qüvvəsi saya əzələnin və ürək əzələsinin təqəllüsünə səbəb ola bilmir.
Skelet əzələsinin avtomatiya qabiliyyəti ürək əzələsinin və daxili orqanların saya əzələlərinə nisbətən zəifdir.
140 Yuxarıda deyildiyi kimi, ali heyvanların və insanların orqanizmində saya əzələləri daxili orqanların, qan damarlarının divarında və dəridə yerləşmişdir.
Saya əzələlərin təqəllüsünü skelet əzələlərinin təqəllüsündən fərqləndirən onun son dərəcə yavaş təqəllüs etməsidir. Məsələn, saya əzələ təqəllüsünün latent dövrü skelet əzələsinin latent dövründən 300 dəfə çoxdur. Saya əzələlərdə təqəllüsün yığılma və boşalma dövrü də çox yavaş cərəyan edir. Məsələn, adadovşanının mədəsinin təqəllüsü 5 san, qurbağanın mədəsi isə 1 dəq davam edir. Xüsusən təqəllüsün yığılma dövründən sonra gələn boşalma dövrü daha uzun sürür. Saya əzələ üçün xarakter olan cəhət onun uzun müddət yığılmış halda qalması və bu zaman heç bir yorğunluq əlaməti aşkara çıxarmamasıdır. Belə təqəllüs tipi tonik fəaliyyət adlanır. Saya əzələlərin uzun müddət tonik təqəllüs vəziyyəində olması xüsusən boş orqanların sfinktorlarında özünü daha aydın göstərir. Onların tonik təqəllüsü orqanın möhtəviyyatının xaricə çıxmasına mane olur. Ödün öd kisəsində, sidiyin sidik kisəsində toplanması, nəcisin düz bağırsaqda formalaşması bununla təmin olunur. Qan damarlarının və xüsusən arteriya və arteriolların divarlarında yerləşən saya əzələlər də kəskin tonusa malikdir. Arteriya divarlarındakı əzələ qatı onun mənfəzini, qan təzyiqinin səviyyəsini, orqanların qan təchizatını nizama salır. Saya əzələlərdən çoxunun fəaliyyət potensialının amplitudası kiçik olub, 60 mv-ə bərabərdir, halbuki, skelet əzələlərində bu 120 mv təşkil edir, fəaliyyət potensialının müddəti də çox olub, 1-3 san-yə bərabər olur.
Aparılan tədqiqat göstərir ki, tək əzələ təqəllüsünü, ancaq laboratoriya şəraitində almaq olar. Təbii vəziyyətdə, sağlam adamlarda heç vaxt tək əzələ təqəllüsünə təsadüf edilmir. Çünki tək əzələ təqəllüsü üçün tək-tək qıcıqlar lazımdır. Təbii şəraitdə isə skelet əzələlərinə qıcıq göndərən mərkəzi sinir sistemidir. Mərkəzi sinir sistemi heç vaxt tək-tək qıcıq törədə bilmir. O, daima topa-topa, yaylım atəşli qıcıqlar göndərir. Məlum olduğu kimi, yaylım atəşli qıcıqlara qarşı isə əzələ, ancaq tetanik təqəllüslərlə cavab verir. Zahirən tək əzələ təqəllüsü kimi görünən
141 təqəllüsün özü belə qısamüddətli tetanusdan ibarətdir. İş burasındadır ki, tetanik təqəllüs olmasa idi, biz iş görə bilməzdik, belə ki, fəhlə əlində çəkic saxlaya, heç bir yükü daşıya, idmançı heç bir statik iş görə bilməzdi (ştanqçı ştanqı sinəsi üzərində və ya başı üstündə, ağırlıq qaldıran ağırlığı saxlaya bilməzdi). İnsanın bütün əzələləri tetanik təqəllüsə qabildir. Yalnız ürək əzələsi tetanus vermir. Ürək əzələsi ancaq tək əzələ təqəllüsü verir. Bunun nəticəsində o ritmik surətdə sistola və diastola edir. Əgər ürək əzələsi tetanus versə idi, o zaman yığılmış halda qalardı, qanı müntəzəm surətdə aortaya verə və qan təzyiqini lazımi səviyyədə saxlaya bilməzdi.
Beləliklə, skelet əzələsi tək qıcığa qarşı tək təqəllüslə, çoxsaylı qıcığa qarşı isə tetanik təqəllüslə cavab verdiyi halda, ürək əzələsi qıcığın sayından və qüvvəsindən asılı olmayaraq, oyanmaya səbəb ola bilən qıcıq qüvvəsinə qarşı maksimum yığılmaqla, tək təqəllüs etməklə cavab verir.