[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
Cədvəl 5.3 Yükün qısalma və ya görülən işə təsiri
Yük, qr
3
5
9
Qısalma, sm
0,5
0,36
0,12
İş, qr⋅sm
1,2
1,8
1,1
Təqəllüsün müddəti, san
0,55
0,48
0,4
Qeyd: Məlumat qurbağanın 3 sm dəri əzələsində 0 °C-də ləngidilmiş yüklə
137 tək izotonik təqəllüsü üçündür. İzometrik təqəllüs qüvvəsi 0,12 H.
Tək təqəllüsdə yük ilə iş arasında münasibət cədvəl 5.3-də verilən rəqəmlərə daha yaxın olur. Lakin ləngidilən yük zamanı tək əzələ təqəllüsündə məsafə və iş, ləngidilən yüklə tetanusa nisbətən az olur, belə ki, birinci halda fəallıq dövrü tetanus vaxtı olduğu qədər əzələnin qısalması dövründə həddindən çox azdır.
Uzun əzələ yığıldıqda yükü daha çox hündürə qaldırır, deməli çox iş görür.
Orqanizmin adi fizioloji şəraitində əzələ öz uzunluğunun 5%i qədər yığılır. Əzələnin işi nəinki əzələ liflərinin uzunluğundan, həm də təcrübə şəraitində verilən qıcığın qüvvəsindən də asılıdır. Qıcıq qüvvəsini tədricən artırdıqda əzələnin yığılma qüvvəsi də artır. Lakin müəyyən vaxtdan sonra qıcıq qüvvəsinin artırılması təqəllüsə təsir etmir. Çünki əzələdə də fəaliyyət potensialı tərəfindən oyanmanın əmələ gəlməsi «hamısı və ya heç nə» qanununa tabedir. Əzələnin qüvvəsini təyin etmək üçün onun maksimal dərəcədə yığılmasını verən qıcıq qüvvəsi tətbiq edilməlidir.
Əzələnin maksimal dərəcədə təqəllüs etdirə bilən qıcıq verməklə və müxtəlif yüklər asmaqla onun daha qaldıra bilmədiyi yük təyin edilir.
5.14-cü şəkildə göstərildiyi kimi əzələlər müxtəlif quruluşlu olur. Buna görə də əzələnin en kəsiyilə bütün liflərin en kəsiyi həmişə uyğun gəlmir.
Bütün liflərin en kəsiyi 5.14-cü şəkildə göstərildiyi kimi təyin edilir. Ancaq bütün liflərin en kəsiyinin kvadrat santimetrlərlə ölçüsü təyin edildikdən sonra əzələnin qaldırdığı yük həmin ölçüyə bölünür və beləliklə də əzələnin mütləq qüvvəsi təyin edilir. Hesablamalar göstərmişdir ki, insanın nəli əzələsinin mütləq qüvvəsi 5,9 kq/sm2-ə, bazunu bükən əzələnin 8,1 kq/sm2, çeynəmə əzələlərinin – 10 kq/sm2, bazunun ikibaşlı əzələsinin – 11,4 kq/sm2, bazunun üçbaşlı əzələsinin – 16,8 kq/sm2 və saya əzələlərinin 1 kq/sm2-ə bərabərdir. Lələkli əzələlər böyük fizioloji kəsiyə malik olduğundan çox güclü olurlar.