138 Əzələ tonusu. Sakit halda insanın ətraf əzələlərinin sinirlərində çox az gərginlikli fəaliyyət potensialı qeydə alınır.
Hər bir əzələ öz anatomik quruluşuna görə çox uzana bilər, lakin nədənsə uzanmayıb bir qədər yığılmış halda qalır ki, bu onun tonusudur. Bəs belə olduqda əzələni boşalıb həqiqi uzunluğa çatmağa qoymayan nədir? Aparılan elektrofizioloji tədqiqat göstərir ki, buna səbəb əzələlərə fasiləsiz surətdə mərkəzi sinir sistemindən və ilk növbədə onurğa beyninin ön buynuzlarında yerləşmiş motoneyronlardan (hərəki neyronlardan) gələn qıcıqlardır. Bəs o halda motoneyronları kim qıcıqlandırır? Onları qıcıqlandıran əzələlərdə yerləşən əzələ oxlarında və hərəkət aparatının digər hissələrində (vətərlərdə, bağlarda və s.) yerləşmiş proprioreseptorlardan gedən qıcıqlardır. Beləliklə, tonusun nəticəsində əzələnin yığılması (gərilməsi) hərəkət aparatındakı proprioreseptorları oyadır, bu oyanma da öz növbəsində afferent sinirlərlə gedərək onurğa beynindəki motoneyronları oyadır, beləliklə, impulslar dövranı yaranır, başqa sözlə desək, əzələnin tonusu refleksor təbiətə malik olub, sonrakı tonusu təmin edir. Brondjestin aşağıdakı təcrübəsilə bu impulslar dövranını sübut etmək olar. Əgər spinal qurbağada bir tərəfdən onurğa beyninin hissi köklərini kəssək, o zaman həmin tərəfdə tonusun itdiyi və pəncənin sallandığı müşahidə ediləcəkdir. Oturaq sinirin tərkibində əzələlərə gələn hərəki sinirləri kəssək, yenə də eyni nəticə əldə etmiş olarıq. Onurğa beyninin zədələnməsi isə pəncənin hər tərəfdən sallanmasına səbəb olacaqdır.
Beləliklə, əzələlərin tonusunu yaradan onurğa beynidir. Lakin bununla belə baş beyninin ayrı-ayrı şöbələri isə onurğa beyninə göndərdikləri qıcıqlar vasitəsilə tonusu azaldıb-çoxalda, başqa sözlə, onu nizama sala bilərlər.
Əzələnin tonusu bəzi amillərdən asılı olaraq dəyişə bilər. Belə amillərdən biri insanın oyaq və ya yuxuda olmasıdır. İnsan yatan zaman mərkəzdən gələn qıcıqların miqdarı azaldığından tonus da azalır.
Əzələlər nisbi sakit halında, tamamilə boşalmır, gərgin vəziyyətdə qalırlar ki, buna tonus deyilir. Nisbi sakit halında
139 əzələnin tonusda qalmasına səbəb, onurğa və baş beyində yaranan sinir impulslarıdır.
Əzələlərin tonusunun tənzimi iradidir, insan istədiyi vaxt əzələlərini gərginləşdirə və boşalda bilir.
Eninəzolaqlı əzələlərin tərkibində tetanik və tonik liflər olur. Əzələ tonusu və təqəllüsü əsasən retikulyar formasiyanın beyin qabığına fəallaşdırıcı və onurğa beyninə ləngidici təsirindən asılıdır. Məsələn, spinal qurbağada ətraf əzələləri tonusda olur. Əgər onurğa beyninə arxa köklərdə əzələ reseptorlarından daxil olan sinir impulsların, arxa kökləri kəsməklə ora daxil olmasını, ön kökləri kəsməklə əzələlərə cavab siqnallarının gəlməsinin qarşısını alsaq, əzələlərə sinir impulsları gəlmədiyi üçün onlar tamamilə boşalır. Əzələlər tonusdan düşür, yəni boşalır, ətraflar sallanır (5.15).
Şəkil 5.15.Qurbağada arxa köklər birtərəfli kəsildikdən sonra aşağı ətrafda tonusun itməsi.