[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
Şəkil 6.3. Yağış qurdunun düyünlü
liflərində sinir impulsları 5 m/san, sinir sistemi. 1 – udlaqüstü düyünü, molyuskanın həmin tipli liflərində 2 – birləşdirici liflər, 3 – udlaqaltı 20-25 m/san-dirsə, məməlilərin düyün, 4 – qarın düyünləri zənciri. mielinləşmiş periferik sinirlərində oyanmaların yayılma sürəti 120 m/san-ə qədər artmışdır.
Onurğalıların beyin ölçülərinin sürətlə artması əsasən interneyronların hesabına baş verir.
Filiologenezdə onurğa beynin baş beyindən asılılığı artır.
Xordalılardan – neştərçədə qoxu beyni tez formalaşır, xordalı
149 heyvanların digər siniflərinin nümayəndələrindən dəyırmiağızlılar, balıqlar suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilərdə beyin öz morfo-funksional quruluşu baxımından daha yüksək pilləyə yüksəlmişdir.
Şəkil 6.4. Onurğalılarda beynin inkişafı; A – balıqlarda, B – sudaquruda yaşayanlarda, V – sürunənlərdə, Q – quşlarda, F – məməlilərdə, D – insanda (R.Tryusku və Karpenterə görə, 1964): 1-görmə payı, 2-ön beyin, 3-qoxu soğanağı, 4-beyincik, 5-qoxu yolu, 6-hipofiz, 7alın payı, 8-aralıq beyin, 9-qıf, 10-qoxu payı, 11-görmə yolu, 12epifiz, 13-9 və 10 cüt beyin sinirləri. Digər sinirlər isə Rum rəqəmi ilə göstərilmişdir.
Balıqların bütün növlərində aydın seçilən ön, orta və arxa
150 beyin vardır. Görmə, qoxu, eşitmə, müvazinət və dəri hissi, eləcə də spesifik hiss orqanı olan yan xətlər yaxşı inkişaf etmişdir. Balıqlardan başlayaraq bütün sonrakı onurğalılarda beyin sinirlərinə başlanğıc verən sinir kökləri formalaşır. Suda-quruda yaşayanlarda hərəkət orqanı kimi ön və arxa ətrafları əmələ gəlir. Qurbağanın mərkəzi sinir sistemində beyincik funksiyalarını qismən öz üzərinə götürmüş bir sıra hərəki mərkəzlər formalaşır. Qurbağada beyincik balığa nisbətən bir qədər zəif inkişaf etmişdir.
Sürünənlərdə (reptililər) beyin böyük dəyişikliklərə məruz qalmır. Bunlarda orta və arxa beyin, xüsusilə beyincik yaxşı inkişaf etmişdir.
Sürünənlərdən mənşə alan quşlarda beynin sürətlə inkişafı aydın nəzərə çarpır. Quşların orta və aralıq beyin şöbələrində müxtəlif davranış aktlarının sinir mərkəzləri formalaşır.
Məməlilərdə aralıq beyində hələ quşlarda rast gəlinən talamus, hipotalamus, hippokamp kimi törəmələrlə yanaşı bir sıra yeni nüvələr və strukturlar əmələ gəlmişdir.
Beynin böyük yarımkürələri qabığı məməlilərdə, o cümlədən, insanda mərkəzi sinir sisteminin ali şöbəsidir.
Funksiyaların qabıqda mərkəzləşməsi-funksiyaların kortikallaşması borulu sinir sisteminin təkamüldə qazandığı ən mühüm xüsusiyyətlərindəndir.
İnsan mühitin qıcıqlarına qarşı daha düzgün və məqsədəuyğun cavab reaksiyalarına ikinci siqnal sistemi – nitq sistemi vasitəsilə nail olur.