Şəkil 5.17. Müxtəlif tezlikli qıcıqlar zamanı yorulmanın sürəti. 1saniyədə bir qıcıqdan yorulma; 2-iki saniyədə bir qıcıqdan yorulma; 3dörd saniyədə bir qıcıqdan yorulma.
Tam qurbağada yorulmanı müşahidə etmək üçün qurbağanın aşağı ətraflarından birində bud-oma oynağı nahiyəsinə yaxın oturaq sinirini (n. ischaticusu) tapıb, altından liqatura keçirilərək bağlanır və mərkəzi ucu kəsilir. Sonra M. castrocnemusun vətəri sümükdən ayrılaraq manivellanın qarmağına keçirilir və oturaq sinirinə qıcıq verilərək əzələ yorudulur.
İnsan üzərində əzələlərin yorulmasını erqoqraf adlanan cihaz vasitəsilə təyin edirlər. Bunun erqoqrafın lingindən 3-4 kq yük asılır. Sonra barmaq vasitəsilə yük qaldırılb-endirildikcə karandaş
146 kağız üzərində barmaq əzələsinin işini qeyd edir. Alınan yazı erqoqramma adlanır. Bu prosesə erqoqrafiya deyilir. Erqoqrammaların amplidudasının qiymətinin azalması və sonra barmağın yükü qaldıra bilməməsi onun yorulmasını göstərir. Yorulmanı izah etmək üçün bir neçə nəzəriyyə irəli sürülmüşdür. Bəziləri yorulmanı iş nəticəsində enerji ehtiyatının (ATF, KF, qlikogen) tükənməsi ilə (tükənmə nəzəriyyəsi), bəziləri oksigen çatışmazlığı ilə (boğulma nəzəriyyəsi), digərləri isə əzələ təqəllüsü zamanı əmələ gələn parçalanma məhsullarının (fosfat, süd və karbonat turşuları) toplanması ilə (zəhərlənmə nəzəriyyəsi) izah edirlər. Lakin bu nəzəriyyələrdən heç biri yorulmanın tam izahını vermirdi. Çünki onlar sinir sisteminin rolunu nəzərə almırdılar. Belə ki, vasitəli yolla sinir əzələ preparatının qıcıqlandırılması göstərmişdir ki, yorulma əzələ liflərinin özündə deyil, mionerval sinapslarda baş verir. Yalnız bundan sonra bilavasitə əzələ lifini qıcıqlandırdıqda əzələ yorulur. N.Y.Vvedenski xüsusi təcrübələrlə reflektor təsir nəticəsində əzələ yorulmasını müşahidə etmişdir. Tam qurbağa bədənində yorulmanı müşahidə etmək üçün kəsilmiş oturaq sinirin mərkəzi ucunu qıcıqlandırmaqla əzələlərin yorulmasını əldə etmək mümkün olmuşdur. Elektrodları yorulmuş əzələnin üzərinə toxundurub qıcıqlandırdıqda əzələ əvvəlki qüvvəsi ilə cavab vermişdir. Buna görə belə bir nəticəyə gəlmək olar ki, yorulma ilk növbədə əzələdə deyil, MSS-də sinir mərkəzlərində əmələ gəlir (sinir lifi əslində yorulmur). Deməli, ilk növbədə MSS, sonra mionerval sinaps və bunun ardınca əzələ lifləri yorulur.
Tələbələrin zehni işinin yorulmaya təsirini öyrənmək üçün A.Masso imtahandan əvvəl və sonra tələbələrin erqoqrammasını ayırıb müqayisə etdikdə zehni işdən sonra iş qabiliyyətinin kəskin azalmasını müşahidə etmişdir.
Qurbağa əzələsində yorulma əmələ gətirdikdən sonra vegetativ sinir sisteminin qurbağanın bel nahiyəsindəki simpatik sinir lifini qıcıqlandırarkən əzələdə iş qabiliyyətinin olması müşahidə olunmuşdur. Uzunmüddətli zehni və fiziki əməkdən sonra yorulmanın qarşısını almaq üçün passiv və fəal istirahətdən
147 istifadə edirlər. Məsələn, L.M.Seçenov iş zamanı yorulmuş sağ əlin əzələlərinin iş qabiliyyətini, sol əlin iş görməsilə əvəz olunması yolu ilə sağ əlin əzələlərinin istirahət etməsinə üstünlük vermişdir. O, MSS-ndə əmələ gələn yorulmanı passiv istirahətlə deyil, açıq havada gəzməklə, idman hərəkətləri etməklə aradan qaldırmağa üstünlük vermişdir. Deməli, zehni yorulmanı aradan qaldırmaq üçün fəal istirahəti məsləhət görmüşdür. İ. P.Pavlov zehni işdən sonra həmişə qorodki oynamağa, velosiped sürməyə üstünlük vermişdir.
Şəkil 5.18.İmtahandan əvvəl və sonra tələbələrdə 6 saat ərzində yorulma əyrisi – erqoqrammalar (A.Massoya görə).
Məlum olmuşdur ki, iş qabiliyyəti fəal istirahət zamanı passiv istirahətə nisbətən daha tez bərpa olunur.