Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə86/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Fizioloji tamlıq qanunu. Sinirin bir sahəsini zəhərlədikdə, sapla bağladıqda və ya soyutduqda, həmin sahənin zahirən salamat görünməsinə baxmayaraq, fizioloji bütövlüyü pozulur. Belə sahədən impuls keçmir.

  • İzolə təcrid olunaraq nəqlolunma qanunu. Bu qanuna görə impuls bir lifdən qonşu lifə keçə bilmir. Qurbağanın bud nahiyəsində oturaq sinirini liflərə ayırıb, liflərdən birini dəyişən cərəyanla qıcıqlandıracaq, hətta pəncənin hər hansı bir hissəsinin təqəllüsünü müşahidə etmək olar. Əgər oyanma qonşu liflərə (köndələninə) keçsəydi, ayrı-ayrı əzələ təqəllüsləri mümkün olmazdı və hər bir oyanma çox müxtəlif əzələlərin birgə təqəllüsü ilə müşaiyət olunardı.

    6.4. Sinir lifinin müxtəlifliyi onda fəaliyyət potensialı və oyanmanın yayılması
    Sinir hüceyrəsi öz oyanmasına görə «hamı və ya heç nə» sinirlər isə «qüvvələr nisbəti» qanununa tabe olur.
    Fəaliyyət potensialının vasitəsilə oyanmanın hüceyrə və ya lif boyunca yayılması mexanizmi çox mürəkkəbdir. Qeyd edildiyi kimi sükunətdə olan sinir lifinin, eləcə də sinir hüceyrəsi membranının xarici səthi elektromüsbət, daxili səthi isə elektromənfi yüklə yüklənmişdir. Qıcığın təsirindən isə membranda, onun qıcığa məruz qaldığı sahədə elektrik yüklərinin bu cür qütblüyü (polyarlığı) dəyişilir və bu halda membranın xarici səthi mənfi, daxili səthi isə müsbət yüklə yüklənir: potensial depolyarlaşır, onun qiyməti maksimuma çatdıqdan dərhal sonra həmin nahiyə yenidən elektromüsbət olur (bax: IV fəsil). Membranda ilk oyanma sahəsi yarandıqda oyanmış sahə ilə ona qonşu olan oyanmamış sahə arasında potensiallar fərqi əmələ gəlir. Bu qayda
    160
    ilə oyanma fəaliyyət potensialı vasitəsilə mielinləşməmiş sinir liflərilə sanki membranın bir sahəsindən digər sahəsinə tədricən hərəkət edir (şəkil 6.7A). Mielinləşmiş sinir lifində isə Ranvye buğumu ilə oyanmanın əmələ gəlməsi və sıcrayışlarla ötürülməsində əsas rol oynayır.
    Sinirlərdə oyanmaların nəqlolunma sürəti. Sinir lifi üzrə oyanmaların hərəkət sürətini dəqiq ölçmək mümkündür.
    Sinirlərdə impulsların hərəkət sürətini təyin etmək sahəsində ilk təcrübələr məşhur alman fiziki və fizioloqu Q.Helmols (18211894) tərəfindən aparılmışdır. O, müəyyən etmişdir ki, sinir lifi oyanmaları 120 m/san sürəti ilə nəql edir.
    Dəqiq analizlər göstərmişdir ki, sinir lifində oyanmanın nəql olunma sürəti təxminən onun diametri ilə düz mütənasibdir. Yəni lifin diametri (qalınlığı) artdıqca oyanmanın nəqlolunma sürəti də artır.
    Hazırda oyanmanın nəqlolunma sürətinə görə sinir liflərini A, B, S hərflərilə işarə edilən üç əsas tipə bölürlər. A qrupuna aid olan liflər dörd yarım qrupa - Aα, Aβ, Aγ… və Aδ ayrılır. Onlar mielin qişası ilə örtülür. Ən böyük diametri Aα lifləridir. İnsanda və istiqanlı heyvanlarda onların diametri 1-22 mk, oyanmanın nəqlolunma sürəti 5-120 m/san-dir. Onlar oyanmanı onurğa beynindən skelet əzələlərinə və əzələ reseptorlarından sinir mərkəzlərinə daşıyırlar.
    Əsrimizin 30-cu illərinin axırlarında C.Erlenger və Q.Qasser dəqiq ölçmələr əsasında periferik sinirlərdə elektrik impulslarını müxtəlif sürətlə nəql edən üç tip liflərə birinci tip (A tip) liflər impulsları 5-100 m/san, ikinci tip (B-tip) liflər impulsları 3-14 m/san, üçüncü tip (C-tip) liflər impulsları 0,3-3 m/san nəql edir) təsadüf edilir. Qeyd etmək lazımdır ki, bu tədqiqatlara görə Erlenger və Qasser 1944-cü ildə Nobel mükafatına layiq görülmüşlər.

    Yüklə 31,99 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   82   83   84   85   86   87   88   89   ...   220




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin