Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə83/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Şəkil 6.5. Erkən ontogenezdə insan embrionunun inkişafda olan beyin yarımkürələrinin yandan görünüşü: A-11-həftəlik, B-həftəlik, V–
24-26 həftəlik, Q –32-34 həftəlik döldə, F – yeni doğulmuşda, 1-uc
153
beyin, 2-orta beyin, 3- beyincik, 4-uzunsov beyin, 5-yan şırımlar, 6adacıq, 7-mərkəzi şırım, 8-körpü, 9-təpə payı şırımları, 10-ənsə payı şırımları, 11-alın payı şırımları (C.Şade və D.Ford, 1976).
Bu saydığımız şöbələr məməli heyvanlar və insan rüşeyminin ilk dövrlərində bir müstəvi üzərində durur. Sonra beynin sürətlə böyüməsi nəticəsində bu müstəvi üç yerə əyilir. Birinci əyrilik orta beyin nahiyəsində olub, təpə əyriliyi, ikinci əyrilik arxa beyin nahiyəsində olub, arxa beyin əyriliyi, üçüncü əyrilik isə uzunsov beyin nahiyəsində olub, ənsə əyriliyidir. Birinci və üçüncü əyriliklərin qabarıq hissəsi arxaya, ikinci əyriliyin qabarıq hissəsi isə önə baxır.
Ayrı-ayrı beyin hissələri bərabər surətdə böyümədiyindən bir tərəfdən yuxarıda qeyd etdiyimiz əyriliklər, digər tərəfdən isə müxtəlif büküşlər əmələ gəlir və beyin qovuqcuqlarının divarları eyni dərəcədə inkişaf etmir. Məsələn, bu divar bəzi yerdə çox nazik qaldığı halda başqa yerlərdə qalınlaşıb çox böyük bir qat təşkil edir. Nəticə etibarilə məməli heyvanların, xüsusən insanın beyni son dərəcə mürəkkəb quruluş kəsb edir. Bununla əlaqədar olaraq onurğa beynindəki mərkəzi kanalın ardı olan beyin qovuqcuqlarının boşluğu, yəni beyin mədəcikləri də mürəkkəbləşməyə başlayır.
Bu ümumi qeydlərdən sonra beynin ayrı-ayrı hissələrinin inkişafına qısaca nəzər yetirmək olar.
Uc beyni insan rüşeymində inkişafın yalnız ilk dövründə, başqa beyin şöbələrinə nisbətən ön vəziyyət alır və o şöbələrdən kiçik olur. Lakin az zamandan sonra uc beyin sürətlə inkişaf edib, başqa şöbələri geridə buraxır və tədricən o şöbələrin üzərini örtərək arxaya doğru böyüməyə başlayır. Yuxarıda qeyd etdiyimiz kimi, uc beyin əvvəllər tək bir qovuqcuqdan ibarət olur. Sonra bu qovuqcuq sağa və sola iki qabarıq, yəni beyin yarımkürələrini verdiyindən uc beynin boşluğu yan beyin mədəciklərinə çevrilir. Yarımkürələr arasındakı yarıq (fissure longitudinalis cerebri) get-gedə dərinləşdiyindən yan mədəcikləri ikinci beyin qovuqcuğu (diencephalon) ilə birləşdirən dəliyi, yəni mədəcikarası dəlikləri əmələ gətirir. Yan mədəcik divarlarının
154
çox yeri həddindən artıq qalınlaşdığından içəridə qalan boşluq həmin yerlərdə çox daralır. Sonra yarımkürələrin səthində şırım və yarıqlar vasitəsilə bir-birindən ayrılan çoxlu qırışıqlar əmələ gəlir. Bu yarıqlardan birinci əmələ gələni Silvi yarığıdır. Əmələ gələn hər yarımkürə dörd paya bölünür. Yan mədəciklərin divarı, ancaq bəzi yerlərdə nazik halda qalır. Buna misal olaraq uc lövhəni (lamina terminalis) göstərmək olar. Bu rüşeym beyninin ön divarlarını təşkil edir. Bu uc lövhə əvvəlcə ön beynin boşluğunu ön tərəfdən qapadığı halda, bu qovuqcuq iki yerə bölündükdən sonra III mədəciyin ön hüdudunu əmələ gətirir.
Uc beyinin boz maddəsinə gəlincə, o nəinki boşluğun divarını örtür, hətta beyinin xarici səthinə toplaşaraq yarımkürələrin qabığını əmələ gətirir. Bundan başqa yarımkürənin əsasında da çoxlu miqdarda boz maddə inkişaf edib, quyruqlu nüvəni (nucleus caudatus) və hasarı (claustrum) əmələ gətirir.
Ara beyin həm quruluşu və həm də vəzifəsi etibarilə görmə üzvü ilə əlaqədar olduğundan inkişafın lap ilk dövrlərində bu beynin ön divarlarının əsasa baxan tərəfindən bir cüt qabarıq, yəni göz qovuqcuqları əmələ gəlir. Həmin bu göz qovuqcuqlarından sonralar görmə siniri inkişaf edir.
Ara beynin divarlarından ən çox inkişaf edəni ön divar olduğundan burada görmə qabarları (thalami optici) inkişaf edir ki, bu da bir neçə boz maddə nüvəsinin birləşməsindən törəyir. Bununla əlaqədar olaraq ara beynin boşluğu olan üçüncü mədəcik sagital vəziyyət tutan dar yarığa çevrilir. Üçüncü mədəciyin başqa divarları nisbətən nazik qalıb, ön divarı tərəfindən bir qabarıq inkişaf edir və recessus infundibuli əmələ gətirir; bunun aşağı ucundan beyin artımının – hipofizin arxa payı (beyin payı) inkişaf edir. Üçüncü mədəciyin ön divarlarının aşağı hissəsini və dibini qabaraltı sahə (hypothalamus) təşkil edir. Bu nahiyəyə bir neçə hüceyrə yığını daxil olur ki, bu da boz qabar (tuber cinereum) və məməciyəoxşar cisimlər (corpora mamillaria)-dir.
Eləcə də üçüncü mədəciyi arxa divarı törəmələrindən üst beyin artımını – epifizi göstərmək olar.
155
Orta beyin qovuqcuğunun inkişafı başqa beyin qovuqcuqlarına nisbətən çox sadədir. Bunun divarları, ümumiyyətlə, bərabər surətdə inkişaf etdiyindən orta beynin boşluğu dar bir kanaldan ibarətdir. Bu kanal beyin suyolu (aquaeductus cerebri) olub, üçüncü mədəciyi dördüncü mədəciklə birləşdirir. Beyin suyolunun arxa divarında dördtəpəli cisim (corpora quadrigemina) əmələ gəlir. Bunun ön divarı qalınlaşaraq beyin ayaqcıqlarını (pedunculi crebri) əmələ gətirir.
İlk arxa beyin və ya rombaoxşar beyin məlum olduğu üzrə iki yerə bölünərək arxa və uzunsov beyni əmələ gətirir. İstər arxa və istərsə uzunsov beynin inkişafında, onurğa beynində olduğu kimi yan lövhələr iştirak edir. Həmin bu yan lövhələr arxa beyni nahiyəsində böyüyür və ön istiqamətdə genişlənərək Varol körpüsünü əmələ gətirir. Bu körpü əvvəlcə eninə istiqamətdə yerləşmiş dar bir zolaqdan ibarət olur, bundan arxada beyincik inkişaf edir; əvvəlcə onun tək olan orta hissəsi – soxulcan, sonra yarımkürələri meydana çıxır. Rombaoxşar beynin divarı isə həm yan tərəflərdən, həm də dibdən şiddətlə qalınlaşaraq içərisində bir boşluq qalır ki, buna dördüncü mədəcik deyilir. Bu, ön tərəfdən beyin suyolu, arxa tərəfdən isə onurğa beyninin mərkəzi kanalı ilə birləşir. Dördüncü mədəciyin dibində çoxlu miqdarda boz maddə toplanaraq bir sıra mərkəzlər əmələ gətirir və bu beyin sinirlərinin çoxu üçün nüvə təşkil edir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin