Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə136/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Şəkil 6.36. Simpatik liflərin düyünlərdən keçməsini göstərən sxem. Bütöv xətlərlə – düyünqabağı liflər, qırıq xətlərlə – düyünsonrası liflər göstərilmişdir.
Şəkil 6.37. Parasimpatik sinir sisteminin sxemi.
Vegetativ düyünlərin vəzifəsi.Vegetativ düyünlərin 1) mühüm vəzifəsi, düyünsonrası liflərlə sinirlənən üzvlərin hüceyrələri aras-
261
ında oyanmanı yaymaq və bölüşdürməkdir. Belə fərz edək ki, azan sinirin hər bir lifi, üzvün divarında 100 sinir hüceyrəsilə sinirin hər bir lifi, üzvün divarında 100 sinir hüceyrəsilə əlaqəyə girir, hər hüceyrə isə 100 əzələ və ya 100 vəzi hüceyrəsini sinirləndirir. Nəticədə azan sinirin hər lifi, mühitin üzvün 10 000 hüceyrəsini idarə etmiş olur və beləliklə, düyünqabağı sinir lifinin təsir sahəsi xeyli genişlənmiş olur. Sinirlənən hüceyrələrin sayca çoxalmasına, yəni aralıq neyronu vasitəsilə düyünqabağı lifin təsir sahəsinin genişlənməsinə sinir liflərinin multiplikasiya fenomeni deyilir.
Akson-reflekslər. Vegetativ sinirlərdən bəzisini qıcıqlandırarkən bir çox maraqlı bir hadisəyə rast gəlirik. Məlum olduğu kimi n.hypogastricus alt müsariqə düyünündən çıxaraq sidik kisəsinə gedir. 1874-cü ildə Kazan fizioloqu N.M.Sokovnin pişikdə alt müsariqə düyününü tamamilə onurğa beynindən ayırdıqdan sonra həmin bu siniri kəsib, onun mərkəzi ucunu qıcıqlandırmış və o zaman, sidik kisəsinin təqəllüsə gəldiyini görmüşdür. Buna səbəb, oyanmanın qarınaltı sinirin mərkəzi ucu ilə düyünə və oradan da digər qarınaltı sinir vasitəsilə sidik kisəsinə getməsidir. Düyünqabağı lifləri kəsmiş olsaq yenə də həmin refleksi ala bilərik. Düyünə nikotin sürtməklə sinapsı zəhərləsək və beləliklə, həmin refleksi almaq mümkün olmayacaqdır. Bu cür reflekslərə akson reflekslər deyilir. Buradan belə nəticəyə gəlmək olar ki, bu reaksiya düyünqabağı liflər düyündə şaxələndiyindən oyanma bir yoldan digərinə keçir.
Sonradan akson reflekslər ürək və bir sıra daxili üzvlərdən ötrü də tapılmışdır.
Daxili orqanların hissi aparatları. Visseral reseptorların daxili orqanların hissi reseptorlarından başlanan afferent yollar əzələ-dayaq apparatı və dəri reseptorlarından başlanan somatik sensor yollarla onurğa beyninə daxil olur. Əksəriyyəti isə azan sinir ilə beyin sütunu şöbələrinə gedir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin