[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
Vegetativ reflekslər. Vegetativ sinir sistemi bir çox reflekslərin (vissero-visseral, visserokutan, visseromotor) həyata keçirilməsində iştirak edir. Gözə güclü işıq düşdükdə bəbəyin da-
262 ralması, yemək yeyəndə tüpürcəyin və ya mədə şirəsinin ifrazı və bir çox başqa reflekslər vegetativ reflekslərə misal ola bilər. Bir daxili orqandan digər daxili orqanlara reflektor təsirlər visserovisseral reflekslər adlanır. Qarına zərbə endirdikdə ürək fəaliyyətinin yavaşıması və ya dayanması ürək fəaliyyətinin dəyişməsi və genişlənməsinə səbəb olur. Visserokutan reflekslərə daxili orqanlar qıcıqlandıqda dərinin saya əzələlərinin və tər vəzilərinin fəaliyyətinin dəyişməsi misal ola bilər.
Bunlardan başqa visseromotor reflekslər də yarana bilər. Visseromotor reflekslərə misal olaraq ağrı qıcıqlarına qarşı orqanizmin müdafiə reaksiyası olan və mədə xəstəliyində, bağırsağın kor çıxıntısının iltihabında, qarın əzələlərinin, xüsusən qarnın düz əzələsinin təqəllüsü və «qarın basması» deyilən halları göstərmək olar.
Vegetativ sinir liflərinin fizioloji xüsusiyyətləri. Vegetativ sinir liflərinin bir sıra morfoloji və fizioloji xüsusiyyətləri vardır. Ucqar vegetativ sinirlərin ikineyronlu quruluşa malik olmasını, yəni bu sinirlərin sinir düyünlərində qırılmasını, vegetativ sinirlərin mərkəzi sinir sisteminin ayrı-ayrı nahiyələrindən çıxmasını və onların ucqarlarda paylanmasında seqmentar prinsipin olmamasını morfoloji xüsusiyyət kimi göstərmək lazımdır (şəkil 6.38).
Vegetativ sinir liflərinin fizioloji xüsusiyyətlərinə gəlincə aşağıdakıları göstərmək olar. Əvvələn, bu liflərin oyanıcılığı və mütəhərrikliyi somatik sinirlərin oyanaclığı və mütəhərrikliyinə nisbətən azdır. Somatik sinirlərin xronaksiyası 0,4-0,75 millisaniyə olduğu halda, vegetativ sinirlərin xroniksiyası 3-8 milli saniyədir. İkinci vegetativ sinir liflərinin refraktor dövrü somatik sinirlərə nisbətən daha uzundur. Məsələn: məməlilərdə düyünqabağı sinir liflərinin mütləq refraktor dövrü 2,2-4,5 siqmaya, düyünsonrası sinir liflərinin refraktor dövrü isə 4-5 siqmaya bərabərdir.
Ucqar vegetativ sinir liflərində oyanmanın yayılma sürəti, somatik sinirlərə nisbətən azdır. Məsələn: somatik sinir liflərində bu sürət bir saniyədə 60-100 metr olduğu halda düyünqabağı liflərdə 3-20 metrə, düyünsonrası liflərdə isə 1-5 metrə bərabərdir.
263 Vegetativ sinir liflərin hüceyrə və toxumalarda qurtaran uc cihazları bəzi zəhərlərə, hormon və ionlara qarşı xüsusi reaksiyalarına diqqəti cəlb edir.