Şəkil 7.6. Hormonal və parakrin tənzimləmə arasındakı fərq. A vəz hüceyrəsi hormon hazırlayır ki, o klassik müəyyənləşdirməyə əsasən qanla hədəf hüceyrəyə daşınır. B vəz hüceyrəsi parakrin hazırlayır ki, bu qonşu hüceyrələrə təsir edir. Bu hormon qanla da təsir edə bilər.
Neyrohormonlar. Müəyyən olunub ki, sinir hüceyrələri peptid və zülal təbiətli hormonlar hazırlaya və öz sekretlərini qana buraxa bilər. Bunlara neyrohormonlar deyilir. Bu halda etiraf edək
278 ki, MSS-nin böyük sahəsi endokrin funksiyanı yerinə yetirir. Onda hormonal və sinir tənziminin nə kimi fərqi var? Bu fərq ondan ibarətdir ki, neyromediator sinaptik boşluqdan diffuziya edir, neyrohormon isə qan damarı ilə hədəf hüceyrəyə çatır. Bəzi hallarda sinir hüceyrəsinin aksonunun terminal ucu hazırladığı maddələri neyromediator şəklində buraxır, həmin neyronun aksonunun kollateralları qan damarında qurtarır və həmin maddəni neyrohormon şəklində buraxır (şəkil 7.7).
Şəkil 7.7. Neyromediatorla neyrohormon və parakrin neyrohormon arasındakı fərq. Neyron bir çox məhsul hazırlayır. Əgər o, sinoptik ucdan buraxılırsa, bu neyromediatordur. Həmin neyronun aksonu kollaterallara malik ola bilər ki, bu qan damarında qurtara bilər və buradan qana maddə buraxılarsa, buna neyrohormon deyilir. Aksonun digər ətraf toxumalara maddə diffuziya edirsə və bu qonşu hüceyrə qruplarına təsir edirsə bu parakrin hormon adlanır.
279 Öyrənilmə üsulları. Daxili sekresiya vəzilərinin fəaliyyətini öyrənmək üçün müxtəlif üsullardan istifadə olunur.
1848-ci ildə Bertold hormonların müasir tədqiqinə başlanğıc verən metodlar nəşr etdirdi. Bu ilə qədər məlum idi ki, xoruzlarda kastrasiyadan sonra pipik atrofiyaya uğrayır və davranış az aqressivləşir. Bu haqda belə fikirləşirdilər ki, toxumluqla mərkəzi sinir sistemi arasında əlaqə hormonların köməyi ilə olur. Bertold xoruzları kastrasiya edib və onların toxumluğunu sonra qarın boşluğuna implantasiya etdi. Bu cür xoruzlarda böyük pipik dominant aqressiv davranış saxlanıldı. Bu təcrübə göstərdi ki, toxumluqdan MSS-nə humoral siqnallar daxil olur. Anoloji yanaşmalar bu gün də hormonların təsir xarakterinin öyrənilməsində istifadə olunur. Bu məqsədlə əvvəlcə hormon sekresiya edən orqanı çıxardırlar və sonra baş verən dəyişikliyi müşahidə edirlər. Hormonların təsirini bioloji metodlarla da öyrənmək olar. Bu heyvana hormonun yeridilməsi və bioloji effektin analizinə əsaslanır. Halhazırda bu aşağı həssaslıqlı metodlar yüksək həssaslıqlı metodla – immunoloji metodlarla əvəz olunub:
1. Ekstirpasiya – vəzi kəsib çıxarmaq, 2. Transplantasiya – vəzi bədənə köçürmək.
Vəzin fəaliyyətini ləngitmək (hipofunksiya) əsas üsullardan biridir. Hipofunksiya törətmək üçün vəzi tam və ya hissəvi olaraq xaric edilir və yaxud orqanizmə müxtəlif spesifik təsirə malik kimyəvi maddələr yeridilir. Məsələn, metiltiourosil qalxanabənzər vəzinin tiroksin ifrazını, metapiron böyrəküstü vəzin hidrokortizon ifrazını, allaksan mədəaltı vəzi langerhans adacıqlarından insulin ifrazını (β-hüceyrələrin fəaliyyətini), kobalt isə buradakı α-hüceyrələrin fəaliyyətini ləngidir.
İki orqanizmdə ümumi qan dövranı yaradaraq birində vəzi zədələyir və ya çıxarılır, baş verən fizioloji dəyişikliklər müşahidə edilir.
Vəzə gələn və ya vəzdən xaric olan qanın fizioloji fəallığının müqayisəsi.
280 Bioloji və kimyəvi metodlarla qanda və sidikdə müəyyən hormonların miqdarının təyini.
Hormonların biosintez mexanizmlərini (daha çox nişanlanmış atomların, yəni radioaktiv izotopların köməyi ilə) öyrənmək.
Hormonların kimyəvi strukturunu və süni sintezini təyin etmək.
Bu və ya digər daxili sekresiya vəzinin sintez etdiyi hormon heyvan orqanizminin bu və ya digər toxumasına səciyyəvi təsir edir və s.
Bu metod spesifik antitel almağa imkan verir. Hansı ki, o da spesifik hormonla qarşılıqlı əlaqəyə girir və onların törəmələri ilə parçalanma məhsulları və digər uyğun molekullar ilə əlaqəyə girmir. Hormonun antitellə kompleksini ayırmaq və miqdarını müəyyənləşdirmək olar. Bu metodla bir sıra çoxmiqdarlı testlər (məsələn, hamiləlik testi) aparılır.
Daha çox həssaslığa radio immunoloji analiz metodu malikdir (RİA). Bu metod radioaktiv hormon molekulları qarışığı ilə inkubasiya edən spesifik antitellərdən istifadəyə əsaslanır. Bu halda hormon molekulunun ümumi (miqdarı) sayı antitelin birləşmə qabiliyyətini azaldır. Ona görə birləşmə yeri uğrunda rəqabət gedir. Əvvəlcə antitellə birləşmiş, sonra sərbəst hormon molekullarını ayırırlar. Sonra birləşmiş fraksiyanın radioaktivliyini ölçürlər və bioloji nümunədə kalibrləmə əyrisi ilə hormonun miqdarını ölçürlər. Bu cür müasir metodların köməyi ilə hormonun çox cüzi miqdarını belə ölçmək olar.