Hormonların təsnifatı. Bildiyimiz kimi, hormon tərəfindən ötürülən məlumat onun molekulyar strukturunda kodlaşdırılıb. Bütün hormonlar ya zülal (o cümlədən amin turşu törəmələri)
272 təbiətli, ya lipidlərdirlər. Hədəf orqanın hüceyrələrində reseptorların lokolizasiyasından asılı olaraq hormonları 3 qrupa ayırırlar:
l. Lipid təbiətli hormonlar. Yağda həll olduqlarına görə onlar hüceyrə membranından asanlıqla keçirlər və bir qayda olaraq hüceyrə daxilində – sitoplazmada yerləşən reseptorlarla qarşılıqlı əlaqəyə gırirlər.
Zülal və peptid hormonlar. Onlar amin turşulardan təşkil olunur, daha yüksək molekul çəkisinə malikdirlər. Ona görə də plazmatik membrandan çətin keçirlər. Bu hormonların reseptorları hüceyrə membranının səthində yerləşirlər. Ona görə də ikinci qrup hormonlar hüceyrəyə daxil olmurlar.
Tireoid hormonlar.Bu hormonlar aşağı molekullu hormonlardır ki, bunlar 2 amin turşu qalığından formalaşıb və bunlar bir-biri ilə efir əlaqələri ilə birləşiblər. Bu hormonlar bədənin bütün hüceyrələrinə asanlıqla keçir və nüvədə lokalizə olunmuş reseptorlarla əlaqəyə girir. Bu və ya digər hüceyrə hər 3 tip hormonların reseptorlarına malik ola bilər. Həmçinin bir hüceyrədə bir tipin müxtəlif reseptorları ola bilər. Məsələn, hüceyrə membranının səthində müxtəlif peptid və ya zülal hormonlarının reseptorları ola bilər.
B-reseptoru sitoplazmadakı reseptorla əlaqəyə girib kompleks əmələ gətirir ki, bu nüvəyə translasiya olunur və genə təsir edir (məsələn, nüvə DNT-nin sintezini dəyişir) ki, bu da zülal sintezində dəyişikliyə səbəb olur. V hormonu da B-yə təsir edir. Lakin onun reseptoru bilavasitə nüvədə lokallaşıb (şəkil 7.3).
Bütün endokrin funksiyaların həyata keçməsinin əsas şərti hədəf hüceyrələrdə spesifik reseptorların olmasıdır. Hormonun reseptorla qarşılıqlı əlaqəsi zamanı (sitoplazmadakı, nüvədəki, ya da membran səthindəki) hormon-reseptor kompleksi yaranır. Hormonların təsirinin 2 mexanizmi mövcuddur ki, bunlar birbirindən hormon-reseptor kompleksinin hüceyrənin harasında – daxilində, yoxsa səthində əmələ gəlməsindən asılıdır.