Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Onurğalı heyvanların endokrin vəziləri



Yüklə 31,99 Mb.
səhifə147/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   143   144   145   146   147   148   149   150   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Onurğalı heyvanların endokrin vəziləri. Onurğalı heyvanlarda endokrin vəzilər onurğasız heyvanlardan fərqli olaraq orqanizmin fizioloji sistemlərinin tənzimlənməsində daha da vacib rol oynayır. Daxili sekresiya vəziləri, insan da daxil olmaqla, bütün onurğalı heyvanlarda müstəsna hallarda həm quruluş, həm də funksiyanın vahid planına malikdirlər.
Altı əsas ayrı-ayrı daxili sekresiya vəzilərindən başqa insanda hormonal maddələr digər fizioloji funksiyalara malik bir sıra di-
283
gər orqanlarda hasil olunurlar. Belə ki, hormonal maddələr mədədə, onikibarmaq bağırsaqda əmələ gəlir. Mədənin pilorik şöbəsinin selikli qişasında cüzi pH və pepsin tərkibinə malik mədə şirəsinin fazalarını stimullaşdıran qastrin hormonu əmələ gəlir. Onikibarmaq bağırsağın seliyində mədəaltı vəzinin xarici ifrazat funksiyasını fəallaşdıran sekretin öd kisəsinin motorlu fəallığını stimullaşdıran xolesistokinin ifraz olunur. Onikibarmaq bağırsağın seliyində mədənin sekretor və motor fəaliyyətinə tormozlayıcı təsir göstərən enteroqastron hormonu sintez edilir.
Qalxanabənzər vəzin daxili sekresiyası. Qalxanabənzər vəzi boyun nahiyəsində yerləşib, iki paydan ibarətdir. Vəzi çəkisi 2530 qr-a çatır. Bir saat ərzində vəzidən 5-6l-ə qədər qan keçir.
Vəzi toxumasının əsasını kublu epitel hüceyrələri təşkil edir. Qalxanabənzər vəzinin mikroskopik quruluşu bütün onurğalı heyvanlarda eynidir. Qalxanabənzər vəzinin quruluş vahidi divarları epitel hüceyrələrindən təşkil olunmuş içiboş kisə – folikuldur. Folikul divarlarının epitel follikulu boşluğuna yodtərkibli yarımmaye halında olan kolloid maddə ifraz edir. Vəzin hormonları follikulların kolloid hissəsində tireoqlobin halında olur və irimolekullu olduğu üçün hüceyrə membranından keçə bilmir. Hipofizin ifraz etdiyi treotrop hormonun təsirindən treoqlobulinin proteolitik parçalanması baş verir. Bu zaman yodlaşmış amin turşuları – mono diyodtirozin əmələ gəlir. İki molekul diyodotriozin birləşərək trioksin (tetrayodtrironin) bir molekul monoyodotrirozin birləşərək triyodtrionin hormonunu əmələ gətirir.
Trioidli hormonların sekresiyasının normal səviyyəsinin mütləq şərti kifayət qədər miqdarda yodun qida məhsulları ilə orqanizmə fasiləsiz şəkildə daxil olmasıdır.
Tireoid hormonların sintezinin baş verməsi üçün yodun sutkalıq qəbulu 150 mkq olmalıdır. Qida ilə qəbul olunmuş yod bağırsaqdan qana sorulur və oradan qalxanabənzər vəzin hüceyrələri tərəfindən udulur.
Yoda olan sutkalıq tələbatın çoxu bağırsaqda tam şəkildə sorulma ilə təmin olunur. Axırıncı qandan qalxanabənzər vəzin
284
hüceyrələri tərəfindən udulur və molekulyar yoda qədər peroksidaza ilə oksidləşir. Qalxanabənzər vəzdə tireozin ilə zəngin treoqlobilin sintez olunur və yodla qarşılıqlı təsirdə olur.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin