Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Tənzimlənmənin endokrin zənciri



Yüklə 31,99 Mb.
səhifə146/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   142   143   144   145   146   147   148   149   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

7.4. Tənzimlənmənin endokrin zənciri


Əks əlaqə sistemləri. «-» əks əlaqə prinsipinə görə hədəf orqanının hüceyrəsinə hormonun təsiri zamanı onun cavabı hormon sekresiya edən orqana təsir edərək onun zəifləməsinə səbəb olur (şəkil 7.8).
281

Şəkil 7.8. Tənzimləmənin endokrin zəncirinin sxematik təsviri.
«-» əks əlaqə siqnalı humoral və sinir təbiətli ola bilər. Çox nadir hallarda elə «+» əks əlaqəyə rast gəlinir ki, bu əlaqə hədəf orqanın hüceyrəsinin hormonun təsirinə qarşı cavabı öz növbəsində sekresiyanı artırır. İstənilən halda əks əlaqə yolu ilə siqnalın ötürülməsi, bu və ya dıgər sahədə kimyəvi yolla həyata keçirilir. Hədəf orqana sinir sisteminin tənzimləyici neyromediatorlar çıxış edir.
Onurğasız heyvanların endokrin vəziləri. Hazırda məlum olan onurğasız heyvanların hormonlarından bir çoxu böyümə və inkişaf proseslərinə təsir edir.
Funksiyanın hormonal tənzimlənməsi həşəratlar ilə xərçəngkimilərdə yaxşı tədqiq olunmuşdur. Həşəratlarda baş vəzisi bədənin ön hissəsinin endokrin vəzilərini fəallaşdıraraq, onlarda metamorfoz proseslərini idarə edən hormonların sekresiyasını gücləndirir. Bədənin ön hissəsinin hormonları canlı hüceyrələrin enerji mübadiləsi proseslərində vacib əhəmiyyət kəsb edən sitoxromun qurdların bədənində toplanmasına yardım edir.
282
Sitoxromların miqdarının artması zamanı maddələr mübadiləsi proseslərinin sürətlənməsinə, o da öz növbəsində heyvan orqanizmində metamorfoza proseslərini stimullaşdırır.
Həşəratlarda və xərçəngkimilərdə endokrin sistemi. Baş şöbəsinin səthində yerləşmiş interserebral vəzinin hasil etdiyi hormon heyvan orqanizmində bir çox fizioloji proseslərə – qabıq dəyişməyə əhəmiyyətli təsir göstərir. Onun təsiri altında ön döş qəfəsinin qarşı tərəfində yerləşmiş digər daxili sekresiya vəzisinin – protorokal vəzisinin fəallığı da güclənir. Protorokal vəzi qabıq törəmə prosesini fəallışdıran steroid təbiətli eqdizon hormonunu hasil edir.
Həşəratların inkişafında udlaqaltı sinir düyünündə hasil olunan diapauza hormonu iştirak edir.
Xərçəngkimilərdə metamorfoza prosesləri göz gövdəsində yerləşən sinus vəzisində toplanan hormon vasitəsilə idarə olunur. O heyvan orqanizmində baş verən bir sıra fizioloji proseslərə tənzimləyici təsir göstərir.
Xərçəngkimilərdə hormonlar sinir sisteminin sinir düyünlərinin neyrosekretor hüceyrələrində əmələ gəlirlər. Daha sonra bu hormonlar sinir hüceyrələrinin aksonları vasitəsilə onların qana daxil olduğu yerə daşınırlar. Xərçəngkimilərdə endokrin tənzimləmənin vacib orqanı göz gövdələrinin və yaxud orqanizmin baş şöbəsində yerləşmiş digər sinir düyünləri ilə sıx şəkildə əlaqədardırlar. Xərçəngkimilərin vəzi orqanlarında əmələ gələn hormonlar onurğalı heyvanların hipotalamusunda əmələ gəlmiş hormonal maddələrin analoqları kimi nəzərdən keçirilə bilərlər.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin