Stress zamanı təsiri. Sakitlik vəziyyətində bu hüceyrələr daima az miqdar adrenalin və güman ki, noradrenalin sekresiya edirlər. Lakin qana daxil olan noradrenalinin böyük hissəsi simpatik neyronların terminalları ilə ifraz olunur. Xarici və daxili stress faktorlarının təsiri ilə məsələn, böyük fiziki və ya zehni gərginlik tələb edən hallarda, həmçinin infeksiya, travma və ya hipoqlikemiya zamanı böyrəküstü vəzinin beyin qatının və simpatik sinir sisteminin hüceyrələri tərəfindən adrenalin və noradrenalinin sekresiyası və ifraz olunması çox artır. Stress zamanı bu hormonlar vacib requlyator rolu oynayırlar. Onlar ürək fəaliyyətini artırır, daxili orqanların damarlarının daralmasını və əzələlərdən olan damarların genişlənməsini təmin edirlər. Bundan başqa, onlar mədə-bağırsaq traktının peristaltikasını zəiflədir və bronxların genişlənməsini təmin edirlər. Damar effektləri orqanizmin fizioloji vəziyyətinə uyğun gələn dəyişikliklərə gətirir. İnsan və ya heyvan təhlükədə olan anda mübarizə və ya qaçmaq üçün əzələlərə O2 və qlükoza lazımdır, ona görə də bronx və damarların genişlənməsi əzələni qanla zəngınləşdirır.
Metabolik effektləri. Orqanizmdə əsas enerji mənbəyi qlükozadır. Ona görə katexolaminlər qaraciyər və əzələlərdə qlükogenin parçalanmasını induksiya edir, həmçinin qaraciyərdə qlükogenezi təmin edir. Belə ki, bu effektləri əsasən adrenalin görür. Hər iki katexolaminlər piy toxumasında lipolizi və qaraciyərdə
298 proteolizi stimulə etməklə energetik materialın ödənilməsini təmin edirlər. Katexolaminlərin bu metobolik effektləri, həmçinin, hipoqlikemiyanın qarşısının alınması üçün vacib əhəmiyyət kəsb edir. Qanda şəkərin birdən aşağı düşməsi zamanı beyin qatında katexolaminlərin sekresiyası dərhal artır və onlar hipoqlikemiyanı qlükoqonla sinergik təsir edərək yox edirlər. Bundan başqa hər iki katexolaminlər adacıq hüceyrələri tərəfindən insulinin sekresiyasını zəiflədirlər ki, bunun hesabına bütün insulindən asılı proseslər tormozlanır. Bu effekt ekstremal şəraitdə qlükozanın yüksək qatılığının saxlanılmasına xidmət edir.