Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Qlükokortikoidlərin maddələr mübadiləsinə təsiri



Yüklə 31,99 Mb.
səhifə159/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   155   156   157   158   159   160   161   162   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

7.8. Qlükokortikoidlərin maddələr mübadiləsinə təsiri


Qanda kortizolun yüksək səviyyəsinin təsirindən amin turşuları
303
qlükoza yaranması ilə metobolizə olunurlar. Belə ki, orqanizmdə amin turşularının azad olması əzələ zülallarının parçalanması nəticəsində olur. Bütövlükdə bu prosesə kortizolun zülallara katobolik təsiri kimi baxırlar. Bundan başqa qlükokortikoidlər bədənin bütün hüceyrələri tərəfindən qlükozanın qəbulu və istifadəsini zəiflədir, yəni qanda qlükozanın qatılığını artırmaqla insulinə əks effekt göstərir (ona görə də qlükokortikoidlərin çoxlu yaranması diabetin səbəbi ola bilər). Qlükokortikoidlər katobolik təsirdən əlavə antianabolik təsirə malikdir. Qlükokortikoidlərin təsiri ilə xüsusilə əzələ zülallarının sintezi artır. Belə ki, qlükokortikoidlər aminturşularının mənimsənilməsini artırır, hansı ki, bu aminturşuları qlükozanın (qlükoneogenez) və ya qaraciyər zülallarının sintezi üçün istifadə olunur. Qlükokortikoidlər, həmçinin lipid mübadiləsində də iştirak edir. Onların təsiri altında triqliseidlərin parçalanması gedir və qanda yağ turşularının miqdarı artır. Qlükokortikoidlərin təsiri altında qlükozanın piy hüceyrələri tərəfindən udulması zəifləyir, nəticədə onlarda az triqliseridlər yaranır ki, bu da bədənin piy ehtiyatının azalmasına səbəb olur.
Stresə qarşı reaksiya. Fizioloji şəraitdə qlükokortikoidlərin sadalanan metobolik effektləri balanslaşdırıb vacib olan vaxtda onlar orqanizmi energetik material ilə təmin edirlər. Qlükokortikoidlərin bu rolu böyük həyati əhəmiyyət daşıyır, ona görə də kəskin stress zamanı ilk növbədə hipotalamo-hipofizorböyrəküstü vəzi sistemi fəallaşır. Stress zamanı kortizolun qandakı səviyyəsi tez artır. Ancaq bu və ya digər stress faktorunun yenidən və ya uzunmüddətli təsiri zamanı hipotalamohipofızor-böyrəküstü vəzi sistemi yavaş-yavaş sönür, zəifləyir, dayanır, yəni bu təsirə uyğunlaşır.
Böyrəküstü vəzi, hipotalamus və hipofiz vəziləri arasındakı funksional əlaqəni, daha ətraflı Kanada endokrinoloqu Hans Sele öyrənmişdir. Onun tərəfindən elmə məlum olmuşdur ki, yanıqlar, bədbəxt hadisələr, psixi gərginlik və s. adrenokortikotrop (AKTH) hormonunun, o isə qlükokortikoidlərin ifrazını sürətləndirir. Göstərilən amillərin təsiri uzandıqda qlükokortikoidlər tükənir və
304
nəticədə ağır vəziyyət meydana çıxır. Selye belə ağır vəziyyəti «gərginlik» və ya «stress» adlandırmış və onu üç dövrə və ya fazaya bölmüşdür:

  1. Həyəcan fazası – bu fazada xoşagəlməz qıcıq sistemə təsir edərək adrenokortikotrop və qlikokortikoidlərin ifrazını artırır;

  2. Rezistenlik və stabillik fazası – bu dövrdə qlükokortikoidlərin çoxalması orqanizmin xoşagəlməz hala qarşı davamlılığını artırır ki, nəticədə normal vəziyyət bərpa olunur.

  3. Tükənmə fazası – bu fazada qlükokortikoidlər tükənir, hətta ölüm də baş verə bilər.

Kortizolun stress zamanı digər vacib funksiyası böyrəküstü vəzinin beyin maddəsindən – katxolaminlərdən adrenalin və noradrenalini qana buraxmasıdır ki, bunlar damarların saya əzələsinin və skelet əzələsinin yığılmasına səbəb olur. Bunun nəticəsində əzələlərə O2 və qida maddələri ilə zəngin qanın çoxlu miqdarda daxil olması təmin olunur. Katexolaminlərin bu təsiri yalnız kortizolun iştirakı ilə meydana çıxır. Ona görə kortizol skelet əzələlərinə təsir etmir, o, katexolaminlərin təsirinə imkan yaradır. Ona görə onun təsiri permissiv, yəni icazəverici təsir adlanır.
Kimyəvi quruluşca qlükokortikoidlər mineralokortikoidlərə yaxındırlar. Ona görə onlar mineralokortikoidlər kimi həmişə zəif ikincili təsir göstərir.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin