[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
Tsiklik adenazinmonofosfat (tsAMP). Axır vaxtlarda sübut olunmuşdur ki, orqanizmdə əsas enerji mənbəyinin – ATPin törəməsi olan tsAMP mühüm 2-ci törəmədir. Şəkil 3.16-də göstərilən mühüm reaksiyalar zənciri plazmatik membranın xarici səthində yerləşən Rs reseptorundan başlayır və müxtəlif hormon və mediatorlar üçün spesifik birləşmə yeri ola bilər. Spesifik «stimuləedici» molekul ilə birləşdikdən sonra Rs öz konformasiyasını dəyişir; bu dəyişiklik membranın daxili səthindəki Gs zülalına elə təsir edir ki, axırıncının hüceyrədaxili quanizintrifosfat (QTP) ilə aktivləşməsi mümkün olsun. Aktivləşmiş Gs zülalı öz növbəsində membranın daxili
72 səthindəki fermenti – adenilattsiklazanı (AT) aktivləşdirir, hansı ki, ATP-dən tsAMP-in əmələ gəlməsini kataliz edir. Məhz suda həll olan tsAMP hüceyrəxarici reseptorun Rs stimulyasiya effektini hüceyrədaxili strukturlara ötürən vasitəçidir
Şəkil 3.16. tsAMP hüceyrədaxili vasitəçinin iştirakı ilə olan reaksiyalar zənciri. Oyandırıcı və tormozlayıcı xarici faktorlar Rs və Ri membran reseptorlarını aktivləşdirir. Bu reseptorlar Gzülalın hüceyrədaxili QTP ilə birləşməsi prosesini tənzimləməklə hüceyrədaxili adenilattsiklazanı (AT) stimulə və ya ingibirə edir. Gücləndirici ferment AT ATP-ni tsAMP-ə çevirir, hansı ki, sonra fosfodiesterazanın iştirakı ilə AMP-ə qədər parçalanır. Sərbəst tsAMP hüceyrəyə diffuziya edir və A-kinazanı aktivləşdirir (onun katalitik subvahidini azad etməklə), hansı ki, hüceyrədaxili fosforlaşmanı kataliz edir, yəni hüceyrəxarici stimulun son effektini formalaşdırır. Sxemdə həmçinin bəzi reaksiyaları işə salan (+) və ya ingibirə edən (-) formokoloji preparatlar və toksinlər göstərilmişdir.
73 Rs-in iştirakı ilə stimulyator reaksiya zəncirinə paralel tormozlayıcı mediator və hormonların müvafiq Ri reseptoru ilə birləşməsi mümkündür, hansı ki, yenə də QTP-aktivləşdirici zülal Gi-nin iştirakı ilə AT-ni ingibirə edir və bu yolla tsAMP in əmələ gəlməsini də. Hüceyrəyə diffuziya edən tsAMP adenilatkinaza (A-kinaza) ilə reaksiyaya girir; bu vaxt C subvahidi azad olur, hansı ki, P zülalının fosforlaşmasını kataliz edir. Bu fosforlaşmalar zülalları aktiv formaya gətirir və indi onlar özlərinin spesifik tənzimləyici təsirlərini göstərə bilərlər (məsələn, qlikogenin deqradasiyasını). Bu mürəkkəb tənzimləyici sistem çox effektivdir, belə ki, son nəticə çoxlu zülalların fosforlaşmasıdır, yəni tənzimləyici siqnal zənciri böyük gücləndirmə əmsalı ilə keçir. Rs və Ri reseptorları ilə birləşən və hər biri üçün spesifik olan xarici mediatorlar çox mürəkkəbdirlər. Adrenalin Rs və ya Ri ilə birləşərək lipidlə qlikogenin metabolizminin tənzimlənməsində, həmçinin ürək əzələsinin yığılmasının gücləndirilməsində və digər reaksiyalarda iştirak edir. Tireotrop hormon Rs-i aktivləşdirərək qalxanvarı vəzi tərəfindən tiroksinin ifraz olunmasını stimulyasiya edir, prostaqlandin I isə qan lövhəciklərinin aqreqasiyasını tormozlayır. İngibitor effektləri (o cümlədən adrenalinin) Ri vasitəsilə lipolizin yavaşımasında çıxış edirlər. Beləliklə, tsAMP sistemi – çoxfunksiyalı hüceyrədaxili tənzimləyici sistemdir, hansı ki, hüceyrəxarici və ingibitor siqnal maddələri ilə dəqiq tənzimlənə bilər.