[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik
Şəkil 4.2. Qalvaninin ikinci Şəkil 4.3. Mateuççi təcrübəsi təcrübəsi.
1791-ci ildə Qalvani «Əzələ hərəkəti zamanı elektrik qüvvəsi haqqında traktat» əsərində sinir toxuması ilə elektrik cərəyanı (biocərəyan) arasında gizli əlaqə olduğunu iddia edir.
Bu sahədə ən böyük nailiyyəti, alman alimi Dyubua-Reymon etdi. O, qalvanometr induksion cihaz və qütbüləşməyən elektrodların köməyi ilə sakit və oyanma zamanı canlı toxumalarda elektrik olmasını öyrənmişdir. O, qalvanometrin və iki metal elektrodun köməkliyilə elektrodun birini mühiti sinirin üstünə, digərini kəsik yerə qoymaqla göstərdi ki, sinirlə impulsların nəqli zamanı hər dəfə elektrik cərəyanı qeyd olunur.
79 Qalvanometr cərəyanın istiqamətinin müsbət elektrik potensialından mənfi elektrik potensialına yönəldiyini göstərirdi.
«Heyvani elektrikin» mənşəyi barədə Dyubua-Reymon (1846, 1848) özünün məşhur «elektromotor molekulyar» nəzəriyyəsini ortaya atmış, onun tələbəsi Herman (1870) isə bioelektrik cərəyanının kimyəvi əsaslarına dair fikir söyləmişdir.
1875-ci ildə Riçard Keyton məşhur ingilis neyrofiziologiya məktəbinin əsasını qoydu. Riçard Keyton Dyubua-Reymonun üsulu ilə maraqlanmış və ilk dəfə beyində tətbiq etmişdir. Dovşan və meymun beyninə iki yerdən elektrod qoymaqla elektroensefoloqrammasını aldı. Yəni tədqiq olunan beyinlərin hər birində qalvanometrdə hər dəfə elektrik cərəyanı qeyd olunmuşdur. Bu beyinin boz maddəsinin funksiyası ilə əlaqədardır.
1888-ci ildə Polşada məşhur fizioloq Sılbulskinin tələbəsi Adolf-Bek Krakov Universitetində Keytondan xəbərsiz beynin ensefoloqrammasını almışdır. Sıbulskiyə görə sinir proseslərin elektrik təbiətini membranın üst və alt səthlərində, kimyəvi fərqlərin olması ilə izah etdiyi mexanizmi, indiki konsepsiyanın sələfi hesab etmək olar. XIX əsrin əvvəllərində elektrikölçən cihazların tətbiqilə aparılan tədqiqatların nəticələrindən müəyyən oldu ki, sakit vəziyyətdə əzələnin üst səthi müsbət, daxili səthi isə mənfi elektrik yükü daşıyır. Əzələnin təqəllüsü zamanı isə onun səthi və daxili arasındakı potensiallar fərqi azalır. Bunu nəzərə alaraq, əzələnin sakit vəziyyətindəki potensiallar fərqini sükunət cərəyanı (sükunət potensialı), təqəllüs edən əzələdəki potensiallar fərqini isə fəaliyyət cərəyanı (fəaliyyət potensialı) adlandırdılar.
Texniki tərəqqi sayəsində daha da təkmilləşdirilmiş yüksək həssaslığa malik olan elektrik və elektron ölçmə cihazlarının və mikroelektrod texnikasının köməyilə sinirlərdə, neyronda, onun uzun və qısa çıxıntılarında sinir liflərində və sinaptik törəmələrdə biopotensialların təbiəti haqqında yeni elmi məlumatlar əldə edilmişdir.
80