Bütün canlı hüceyrələr və toxumalar qıcığın təsir qüvvəsindən asılı olaraq nisbi sakitlik halından oyanma və ləngimə halına keçmək qabiliyyətinə malikdir.
Oyanma mürəkkəb bioloji proses olub, fizioloji, biokimyəvi və biofiziki hadisələrə təzahür edir. Oyanan toxumalar qıcıqlandırıcının daxili və xarici mühit amillərinin təsirindən fizioloji sükunət vəziyyətindən oyanma vəziyyətinə, yəni fəal vəziyyətə keçərək özünəməxsus spesifik funksiya icra edir. Belə ki, əzələ təqəllüs edir, neyron-impulslar yaradır, vəzi hüceyrəsi şirə ifraz edir. Qıcıqlandırıcının təsirindən ən çox sinir, əzələ və vəzi toxuması hüceyrələri cavab reaksiyası vermək qabiliyyətinə malik olduqları üçün bunlara «oyanan toxumalar» da deyilir. Birləşdirici toxumanın oyanıcılıq funksiyası hələ tam öyrənilməmişdir.
Sinir və əzələlərdə oyanmanın ötürülməsi toxumanın oyanma və sükunət sahəsində əmələ gələn məhəlli elektrik cərəyanları vasitəsilə yerinə yetirilir.
Orqanizmdə məlumatların nisbətən uzaq məsafəyə ötürülməsinin iki sistemi mövcuddur – hormonal və sinir. Hormonların sintezi, qana daxil olması, paylanması və təsiri haqqında ətraflı məlumat daxili sekresiya vəziləri bəhsində verilmişdir (VII fəsil). Sinir hüceyrəsinin funksiyası bir çox digər formalarda – temperatur, maddələr mübadiləsi, morfoloji dəyişkənlik, digər toxumalarda oyanma və ləngimə və s. olsa da sinir hüceyrəsinin elektrik xassəsi sinir sistemində məlumatların nəql olunması və işlənməsi haqqında daha ətraflı məlumat verir.
Oyanma və ləngimə daima qarşılıqlı əlaqədə olmaqla birbirinə əks proses göstərir. Ləngimə zamanı, oyanmanın əksinə olaraq, mövcud olan funksional fəallıq azalır, sinir hüceyrələrində və hüceyrə çıxıntılarında fəal yayıla bilmir .
Sinir sistemi siqnalların ötürülməsinin çox yüksək sürətli və böyük fərdiliyi ilə xarakterizə olunur. Sinir hüceyrəsi üçün xarakter əlamət, membran potensialının dəyişməsi vasitəsilə
81 fəaliyyət göstərməsi hesab edilir. Ona görə də biz hüceyrə potensialına nəzər yetirək.