Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Təsir potensialının və oyanmanın yayılması



Yüklə 31,99 Mb.
səhifə48/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

Təsir potensialının və oyanmanın yayılması


Sinir hüceyrəsinin və ya lifinin membran səthinin istənilən nahiyəsində qıcığın təsirindən yaranan elektrokimyəvi təsir potensialı həmin nahiyə ilə qonşu olan membran sahələrinə, axırda isə bütün hüceyrəyə və ya lifə yayılır. Bu sinir hüceyrəsinin və ya lifinin fəaliyyətə gəlməsinə səbəb olur.
Fəaliyyət potensialı vasitəsilə oyanmanın hüceyrə və ya lif boyunca yayılması mexanizmi çox mürəkkəbdir. Qeyd edildiyi kimi sükunətdə olan sinir lifinin, eləcə də sinir hüceyrəsi membranının xarici səthi elektromüsbət, daxili səthi isə
94
elektromənfi yüklə yüklənmişdir. Qıcığın təsirindən isə membranda, onun qıcığa məruz qaldığı sahədə elektrik yüklərinin bu cür qütblüyü (polyarlığı) dəyişilir və bu halda membranın xarici səthi mənfi, daxili səthi isə müsbət yüklə yüklənir: potensial depolyarlaşır, onun qiyməti maksimuma çatdıqdan dərhal sonra həmin nahiyə yenidən elektromüsbət olur (şəkil 4.8). Membranda ilk oyanma sahəsi yarandıqda oyanmış sahə ilə ona qonşu olan oyanmamış sahə arasında potensiallar fərqi əmələ gəlir. Bu potensiallar fərqi hüceyrəni və ya lifi əhatə edən toxuma mayesi tərəfdən axan ion yüklərinin təsirindən boşalır. Fəaliyyət potensialı indi oyanmış sahədən oyanmamış sahəyə doğru istiqamətlənir, eyni zamanda onu öz «elektrokimyəvi» təsirilə «qıcıqlandırır». Bu, «qıcıqlanmış» sahə onunla qonşu olan digər oyanmamış sahəyə görə elektromənfi yüklə yüklənir, onda təsir potensialı və oyanma baş verir. Bu qayda ilə sinir lifində ardıcıl olaraq oyanma təsir potensialı vasitəsilə sanki membranın bir sahəsindən digər sahəsinə tədricən hərəkət edir. Oyanmaların bu cür yayılması mielinləşməmiş sinir lifləri üçün daha xarakterikdir.

4.5.Qıcıqlanma qanunları


Sinir və əzələdə oyanmanın verilməsinin müəyyən qanunları vardır.
Bir daha qeyd edək ki, qıcıq qapısı, oyanma qapısı qıcıq təsir edən toxumanın xassəsindən, onun qıcıq təsir edən andakı fizioloji vəziyyətindən, qıcıq usulu və müddətindən asılıdır.
Belə ki, 1848-ci ildə Dyubua-Reymon müəyyən etmişdir ki, əgər siniri və ya digər hər hansı toxumanı qıcıq qapısı qüvvəsində sabit elektrik cərəyanı ilə qıcıqlandırsaq və bu elektrik qıcığının qüvvəsinin tezliyini uzun müddət dəyişmədikdə, belə cərəyanın təsir etdiyi müddətdə toxumada oyanma əmələ gətirmir. Oyanma o zaman əmələ gəlir ki, elektrik qıcığı qüvvəsi təsir etdiyi müddətdə tez artıb, tez də azalsın. Dyubua-Reymon qanunu təkcə elektrik cərəyanı üçün deyil, digər qıcıqlara da aiddir. Bu qradiyent qanunudur. Qıcıq qradiyenti qıcıq qüvvəsinin yüksəlmə tezliyilə müəyyən edilir. Qıcığı tədricən artırdıqda oyanma qapısı
95
əhəmiyyətli dərəcədə artır. Əgər siniri qıcıq qapısından yüksək qıcıq qüvvəsi ilə tez qıcıqlandırsaq (sinirə mexaniki zərbə, tez soyutmaq, qızdırmaq və s.), onda o qıcığa oyanma ilə cavab verir. Əgər bu işi tədricən etsək, yəni siniri tədricən sıxsaq, soyutsaq, qızdırsaq, onda oyanma əmələ gəlmir.


Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin