Məlumdur ki, sükünət potensialı əhəmiyyətli dərəcədə K+-un passiv diffuziyası ilə şərtlənir ki, bu da onun əsasını təşkil edən ionların qatılığının transmembran qradiyentinin özünün müstəqil saxlanıla bilmədiyini aydınlaşdırır.
Qatılıq qradientinin formalaşması yükün ümumi yerdəyişməsini əhatə edir, başqa sözlə, nasosun fəallığı elektrogendir və membran potensialını 5-10 mV daha mənfi edir. Beləliklə, əgər nasosun fəallığı artıb-azalarsa, onda sükunət potensialı bir neçə millivolt dəyişir. Nasosun fəaliyyətinin zəhərlə blokadası və ya membran potensialının enerji çatışmamazlığı səbəbindən elektrogen komponentinin yox olması zamanı hüceyrə Na+ tədricən – udur və K+-itirir, bu isə sükunət potensialının daha çox müsbət qiymət istiqamətində yerini dəyişməsinə səbəb olur. Beləliklə, membranda ionların ikitərəfli hərəkətini həyata keçirən iki əsas mexanizm vardır: 1) membran məsamələri sistemi və ya passiv diffuziya mexanizmi, 2) membran «nasosları» sistemi və ya enzimatik (ferment) fəal nəqliyyat mexanizmi. Birinci mexanizm enerji tələb etmir və ionların membranın hər iki tərəfinə qatılıq fərqinə görə passiv diffuziyasına əsaslanır. İkinci mexanizm öz fəaliyyəti üçün enerji mənbəyi kimi ATF-dən istifadə edir. ATF-aza nasos sistemləri ionları qatılığı az olan mühitdən qatılığı çox olan mühitə, yəni qatılıq qradiyentinin əksinə olaraq daşınması funksiyasını yerinə yetirir.
4.4. Fəaliyyət potensialı
Orqanizmdə sinir hüceyrələrinin funksiyası məlumat almaqdan, onun sinir sisteminin digər bölmələrinə ötürməkdən, müxtəlif mənbələrin məlumatlarının müqayisə edilməsi və nəhayət, digər hüceyrələrin fəaliyyətinin tənzimlənməsini təmin etməkdən ibarətdir.
Sinirlər vasitəsilə daxil olan siqnallar əzələ hüceyrələrinin təqəllüsünə səbəb olur. Bu iki tip hüceyrə «fəal» olan zaman (hər
90 biri öz-özlüyündə) membran potensialın fəaliyyət potensialının müsbət istiqamətində tez yerdəyişməsi baş verir.
Deməli, sakit vəziyyətdə olan hüceyrəni qıcıqlandırdıqda hüceyrə daxilinə Na+ ionlarının, xaricinə isə K+ ionlarının yerdəyişməsi artır. Nəticədə hüceyrənin daxili səthi müsbət, xarici isə mənfi ionlarla yüklənir və membran potensialı artır. Buna fəaliyyət potensialı deyilir. Oyanan sahədə əmələ gələn fəaliyyət potensialı qonşu sinir və əzələ liflərinin sükunət sahələrinin qıcıqlandırıcıları olurlar.
Beləliklə, fəaliyyət potensialı sinir hüceyrələrində oyanmanın nəqlini təmin edir və əzələ təqəllüsü proseslərini və vəzi toxumalarının sekresiyasını həyata keçirir. Nəticə etibarilə fəaliyyət və ya təsir potensialının əsasında membranda artan ion keçiriciliyi dəyişiklikləri durur.