Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 31,99 Mb.
səhifə41/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

4.3. Sükunət potensialı


1896-cı ildə Kiyev alimi Y.Y.Çaqovets bioloji elektrogenezin təbiətini izah etmək üçün Arreniusun elektrolitik dissosiasiya nəzəriyyəsinə (1887) əsaslanaraq bioelektrik potensialların ion təbiəti haqqında fikir irəli sürmüşdür. Alman fizioloqu Y.Bernşteyn ion-membran nəzəriyyəsini (1902) irəli sürmüş, bundan xeyli sonra isə Xoskin və A.Xaksli bu nəzəriyyənin modifikasiyasını vermiş (1952) və eksperimental yolla əsaslandırmış, bioelektrik cərəyanın əmələ gəlməsində membran və sitoplazmada kalium, natrium və xlor ionlarının qeyri-bərabər şəkildə paylanmasını aydınlaşdıraraq fəaliyyət postentsialı haqqında müasir fikrə gəlmişdir.
Tədqiqatlar göstərmişdir ki, sükunətdə olan hüceyrə membranının xarici səthi daxili səthinə görə elektromüsbət, daxili səthi xarici səthinə görə elektromənfi yüklənmişdir. Bunun səbəbi əsas elektrogen ionları olan natrium (Na+), kalium (K+) və xlor (Cl) ionlarının hüceyrə membranının hər iki tərəfində qeyri-bərabər şəkildə yerləşməsi və xarici, yaxud səthi membranının həmin ionlardan ötrü müxtəlif keçiriciliyilə təchiz olunmasıdır. Sükunətdə olan hüceyrənin daxili mühitində K+ ionları onu əhatə edən xarici mühitdəkinə nisbətən həmişə çox olur. Sinir və ya əzələ hüceyrəsi üçün bu fərq təqribən 155 mkmol/l : 4 mmkmol/l nisbəti kimidir, K+ ionları hüceyrənin daxili mühitində xarici mühitdə olduğundan 30-50 (bəzi müəlliflərə görə 20-100) dəfə çoxdur. Na+ ionları isə əksinə, hüceyrənin xarici mühitində daxili mühitdəkinə nisbətən çoxdur, bu fərq təqribən 145 mkmol/l: 12 mkmol/l nisbəti kimidir, Na+ ionları hüceyrə daxilində onun xaricindəkindən 10-12 dəfə azdır. Hüceyrədaxili və hüceyrəətrafı sahələri arasında Cl ionlarının paylanması K+ ionlarının paylanmasının əksinədir. Xlor ionlarının hüceyrədaxili qatılığı hüceyrəətrafı qatılığından 20-100 dəfə aşağıdır. Bütün bu ionların
82
hüceyrə ətrafında və onun daxili möhtəviyyatında belə qeyribərabər paylanmasının səbəbi hüceyrənin plazmatik membranının onlara qarşı müxtəlif keçiriciliyə malik olmasıdır. Plazmalemma K+ ionlarını asanlıqla, Na+ ionlarını isə çətinliklə keçirir. Qatılıq fərqinə görə K+ ionları hüceyrədaxili mühitindən hüceyrə ətrafı mühitinə diffuziya edir, nəticədə isə membranın xarici səthində müsbət ionların miqdarı artdığından, o elektromüsbət yüklə yüklənir, Membranın daxili səthi burada müsbət ionların miqdarı azaldığından, həm də mənfi Cl- ionları buraya sərbəst keçə bildiyindən mənfi yüklə yüklənir. Alınan membran potensialları fərqi yuxarıda qeyd edildiyi kimi hüceyrədaxili cərəyanı ölçmə zamanı – 70 mB-a bərabər olur. Deməli, membran potensialı (sükunət, hüceyrə potensialı) əsasən K+ ionlarının hüceyrədən xarici mühitə diffuziyasının artması və bu mühitdə müsbət ionların qatılığının yüksəlməsi nəticəsində yaranır.

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin