Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


Əzələnin işi, mütləq qüvvəsi, yorulması və tonusu



Yüklə 31,99 Mb.
səhifə71/220
tarix27.11.2023
ölçüsü31,99 Mb.
#136637
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   220
[kitabyurdu.org]-Insan ve Heyvan Fiziologiyasi I hisse- Bakalavr hazirligi uchun derslik

5.6. Əzələnin işi, mütləq qüvvəsi, yorulması və tonusu


Əzələlər heç bir yük qaldırmadıqda, xarici müqaviməti dəf etmədikdə belə gərginliyini dəyişərək müəyyən iş görürlər. Bu
135
şəraitdə əzələlər bədəni və ya onun hər bir hissəsini müəyyən vəziyyətdə saxlayırlar.
Əzələnin işi. Müxtəlif yüklərin təsiri altında əzələnin işini və yorulmasını (orta yük, maksimal yük və mütləq qüvvəni) hesablamaq üçün qurbağa bədənindən sinir-əzələ preparatı hazırlayıb mioqrafa birləşdiririk (şəkil 5.14). Əzələ təqəllüs edərkən ondan yük asılmışdırsa, o zaman əzələ müəyyən iş görmüş olur.

Şəkil 5.14. Əzələlərin quruluş sxemi. A-paralel lifləri olan əzələ; B-iyəbənzər əzələ; V-lələkli əzələ.
Əzələnin işi qaldırdığı yükün miqdarı (kq, qr) və hündürlüyündən asılı olaraq (m, sm, mm) kiloqrammetr, qram-santimetr və qram-millimetrlərlə, yəni qaldırılan yükün miqdarının hündürlüyünə vurulmasından alınan rəqəmlə ölçürlər. Bir kiloqrammetr dedikdə bir kiloqram yükün bir metr hündürlüyə qaldırılması nəzərdə tutulur. Qurbağanın əzələləri yükü nisbətən az hündürlüyə qaldırdıqları üçün əzələlərin işini adətən qram-millimetrlərlə, yəni yükün ağırlığını (qramlarla) santimetrə vuraraq aşağıdakı formula ilə hesablayırlar. Yəni əzələnin işi müəyyən yükü, müəyyən məsafəyə qaldırmaqdan ibarətdir. Yəni riyazi şəkildə A=PH. Burada: A – əzələnin gördüyü iş; P – qaldırdığı yük; H – hündürlüyü göstərir.
Yükü tədricən artıraraq müxtəlif vaxtlarda nə qədər yük qaldırdığını ölçüb əzələnin işini hesabladıqda, onun maksimal faydalı işi ən çox yük qaldırdığı zaman görmədiyi aşkar olur. Bu nisbət cədvəldə göstərilən rəqəmlərdən aydın nəzərə çarpır.

5

P 0 20 40 60 80 100 120 140 180 qr
A=PH 0 160 280 360 400 400 360 280 180 qr
Cədvəl 5.2

P (qr)

0

20

40

60

80

80

100

120

160


H (mm)

9

8

7

6

5

4

3

2

1


A (qrmm)

0

80

140

240

300

320

300

240

160


160 280 360 400 400 360 280 160
Beləliklə, yüklər içərisində eləsi tapılır ki, məsələn, 80 q, yükü 5 mm hündürlüyə qaldırdıqda əzələ ən çox faydalı iş görür. Buna orta yük qanunu da deyilir.
Əzələnin qaldırdığı axırıncı yükə onun qüvvəsi deyilir. Ən çox faydalı iş verən yükə orta yük deyilir. Əzələnin mütləq qüvvəsini təyin etmək üçün əzələni qaldıra bildiyi maksimum yükü onun en kəsiyninin sahəsinə bölmək lazımdır. Alınan qiymətləri aşağıdakı düsturda yerinə qoyub mütləq qüvvəni tapırıq:
Pm
F = . πr2
Burada: F – əzələnin qüvvəsi, Pm – maksimal yük, π=3,14 sabit ədəd, r – radiusdur.
Aparılan təcrübələrdən məlum olmuşdur ki, ən faydalı iş əmsalı yük, nə çox, nə də az, orta qüvvəli olanda alınır (cədvəl 5.3).

Yüklə 31,99 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin