Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Dərslərin məqsədi və yaxud mövzunun didaktik məq­sə­di



Yüklə 1,17 Mb.
səhifə342/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   338   339   340   341   342   343   344   345   ...   435
Pedaqogika I cild

Dərslərin məqsədi və yaxud mövzunun didaktik məq­sə­di, hansı ki, planlaşdırılan mövzunun məzmunundan irəli gəlir. Bu te­matik planda ümumi şəkildə ifadə oluna bilir;

  • Dərsin tipləri. Təlim materialının məzmununa və dərslərin məq­sədinə uyğun şəkildə bir və ya bir neçə növ göstərilir;

  • Təlimin metodları. Tematik planda yalnız ümumi me­tod­lar göstərilir.

    II. Aktuallaşdırma. Planın bu bölməsini iş prosesinin özü mü­­əyyən edir:

    1. Əvvəlcədən öyrənilmiş hansı anlayışlar aktuallaşdırıl­ma­lı­d­ır;

    2. Hansı tip müstəqil işlərin yerinə yetirilməsi əvvəlki bi­lik­lə­ri aktuallaşdırar və əvvəl mənimsənilmişləri dərinləşdirər.

    III. Yeni anlayış və fəaliyyət üsullarının formalaşdırılması. Bu bölmədə göstərilir:

    1. Bu mövzuya daxil olan yeni anlayışlar (və ya əvvəl daxil edil­miş anlayışların məchul əlamətləri);

    2. Şagirdlərin nəzərdə tutulan bilik, bacarıq və vərdişlərinin dərs­lər sistemində və ev məşğələsində artımı;

    3. Bir və ya bir neçə dərslərin əsas problemi formulə edilir. (və ya yalnız araşdırılır).

    IV. Tətbiqetmə. Teamtik planın bu bölməsinin məzmunuda gös­tərilir:

    1. Keçmiş dərslərdə öyrənilmiş materiala daxil edilən şa­gird­lə­rin müstəqil iş tipləri;

    2. Biliklər və dünyagörüşü sisteminin formalaşdırılması üçün zə­ruri fənlərarası əlaqə.

    V. Ev tapşırığı. Tapşırığa daxildir:

    1) Dərslikdən və digər informasiya mənbələrindən təkrar üçün ma­terial;

    2) Növbəti məşğələyə hazırlıq üçün müstəqil iş tipləri.

    Amma, zənnimizcə, M.İ. Maxmutovun məqbul hesab etdiyi bu tematik planın sxeminin də tamamlanmasına ehtiyac vardır. Unut­maq olmaz ki, insanın fəaliyyəti digər bioloji varlıqlardan fərq­li olaraq dərk olunmuş məqsədlərlə tənzim olunur. Təlim prose­sin­də şagirdin qarşısına qoyulan vəzifələr onun idrak tələbat və mo­tiv­lərinin təminolunma obyektinə çevrildikdə, başqa sözlə, qarşıya qo­yulmuş vəzifənin şagirdin dərk olunmuş məqsədinə çevrilməsi za­manı onun fəallığı mümkün olur. Qarşıya qoyulmuş vəzifənin icrası üçün keçmişdə əldə olunmuşlar arasından zərurilərin müəy­yən­ləşdirilməsi və seçilməsi istiqamətində bərpaedici fəaliyyətə şa­gird qoşulur. Odur ki, dərslər sisteminin nəticəsinə çevrilməli olan məq­sədin şagirdin tələbat və motivlərinin təminolunma obyektinə çev­rilməsi üçün müvafiq iş sistemini planlaşdırmaq vacibdir.

    Yeni anlayış və fəaliyyət üsullarının mənimsənilməsi üzrə işin plan­laşdırılmasında şagirdlərin analitik və evristik fəaliyyətlərinin mü­nasibətini müəyyən etmək qaçılmazdır. Bunun üçün təlim pro­se­s­inin altsistemlərinin uzlaşmasının optimal sistemini (məqsəd, təlim ma­terialının məzmunu, vasitələr, şagirdlərin potensial imkanları, mü­­əllimin hazırlığı və s. əsaslanmaqla) seçmək lazımdır.

    Yaxşı idarəetmə üçün əks-əlaqənin təmin olunması, qiymət­lən­dirmə və tənzimetmə dərsdə nəzərdə tutulan bütün bölmələri əha­tə etməlidir. Odur ki, planlaşdırmada qiymətləndirmə və uçot mə­sə­ləsi diqqət mərkəzində saxlanılmalıdır. Bizcə, tətbiq bölmə­sin­də M. İ. Maxmutovun irəli sürdüyü qeydlər ümumi xarakter da­şı­yır, ona görə də bunun praktik mahiyyəti kölgədə qalır.

    Tematik planlaşmadan fərqli olaraq dərs üzrə plan bölmə­lə­rinin miq­darına, onların elementlərinə, ardıcıllığına və bu element­­­lərin məz­mununa görə fərqlənə bilir. Hər bir planın müəl­limin fərdi iş sti­lin­dən, şagirdlərin yaş və öyrənməyə qabil­liyin­dən asılı olaraq öz xü­su­siyyətləri vardır. Müasir dərsin hazırlanması zamanı mü­əl­lim zə­ruri olaraq şagirdlərin tədris idrak fəaliyyətlərini plan­laşdırır, yeni bi­liklərin mənimsənilməsi zamanı əqli fəaliyyət priyomlarını nəzərə alır, şagirdlərin fəaliyyətlərini, idarəetmə üzrə öz fəaliyyətini plan­laş­­dırır (bu onun gözlənilməz hallarla qar­şı­laş­malı olacağını istisna et­mir). Böyük şagird kollektivinin fəaliyyətini idarəetmə for­ma­sı ki­mi müxtəlif gözlənilməz halların müvəf­fə­qiy­yətlə aradan götü­rül­mə­si müəllimin çevik reaksiyavermə qabiliyyəti və erudisi­yası ilə bağ­lıdır.

    Dərs üzrə planın bölmələrinin məzmununa aşağıdakılar daxil­di­r:

    I. Dərsin mövzusu (adətən, dəyişiklik edilmədən tematik plan­dan götürülür).

    1. Dərsin məqsədi (proqram materialının məzmunu əsasında mü­əyyən edilir).

    2. Dərsin tipi (tematik planda göstərilən kimi olur, müəllim tə­rə­findən alttip kimi dəqiqləşdirilir).

    3. Təlim metodları dəqiqləşdirilir, öyrənmə və öyrətmə me­tod­ları göstərilir.

    4. Təlimin vasitələri. (Təlimin metodları və dərsin növlərinə uy­ğun vasitələr planlaşdırılır).




    Yüklə 1,17 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   338   339   340   341   342   343   344   345   ...   435




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin