Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Müasir dərsə hazırlıqda müəllimlərin çətinliyi aşağıdakı isti­qa­mətlərdə özünü göstərir: birinci çətinlik



Yüklə 1,17 Mb.
səhifə341/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   337   338   339   340   341   342   343   344   ...   435
Pedaqogika I cild

Müasir dərsə hazırlıqda müəllimlərin çətinliyi aşağıdakı isti­qa­mətlərdə özünü göstərir: birinci çətinlik dərslərin təşkilinin elə ax­tarışı ilə bağlıdır ki, burada həm tədris materialının bütün şa­gird­lər tərəfindən mənimsənilməsi, həm də müstəqil idrak fəaliy­yət­lə­ri­nin və əqli inkişafının təmin olunması diqqət mərkəzində sax­la­nıl­sın (bu isə təlim materialının hazırlanması və uyğun təlim me­tod­larının se­çil­məsi ilə bağlıdır); ikinci çətinlik problem situasi­yasının yaradıl­ma­sı, burada priyom və metodların, problem sual­la­rın, didaktik ma­te­rialın tapılmasından ibarətdir; üçüncü çə­tinlik, təlim probleminin müs­təqil həlli üçün vaxta qənaət və dərsin tem­pi­nin yüksəldilməsi üçün texniki vasitələrin kompleks tətbiqinin va­cib­liyi ilə bağlıdır; dör­düncü çətinlik, mövzuya şa­gird­lərin mara­ğı­nın oyanması, təlim mo­tivlərinin formalaşması, onların emo­sional-iradi münasibətləri­nin artırılması zəruriliyi ilə əlaqədardır.

Pedoqoji ədəbiyyatda problemli dərslərin planlaşdırlması və ha­­zırlıq sisteminin qurulmasına aid olan mülahizələr də vardır. T.V. Kudr­yatsevin bu barədə fikri müəyyən qədər maraq doğurur. O, dər­sə hazırlığın aşağıdakı sxemini təklif etmişdir: a) materialın məz­mununun təhlili; b) həmin əsasa görə problemili vəziyyətin ti­pi­nin seçilməsi; c) problemin tipi və dərsin struktur mərhələləri ilə bağ­lı təlim materialının konstruksiya olunması; ç) dərsin konkret ge­dişinin qabaqcadan düşünülməsi.

T.V. Kudryatsevin sxeminin problemli dərsə verilən bir sıra tə­ləblərə uyğun olduğunu inkar etmək olmaz. Ancaq o, dərsə ha­zır­lı­ğın məzmunu, təlim materialıının təhlili mərhələlərini, təlim mate­ri­al­larının məzmunu üzərində müəllimin konkret iş priyomlarını tam aç­mır; bu sxem yalnız məntiqi-psixoloji alt strukturun bəzi ele­ment­­lə­rini əhatə edir. Ona görə də, o, problemli dərsə hazırlığın tə­ləb­lə­ri­nə tamamilə kifayətləndirici ola bilmir.

Dərsin planlaşdırılması və hazırlıq sisteminin işlənilməsi üçün M.A. Danilovun nəticələri daha ciddi əhəmiyyət kəsb edir. O, aşa­ğı­da­kı şərtlərin gözlənilməsini zəruri hesab edir:

- əvvəlki məşğələlərin nəticələrini nəzərə almaq;

- əvvəlki və hazırki dərslər arasında əlaqəni müəyyənləşdir­mə­k;

- dərsin məqsədini müəyyənləşdirmək;

- şagirdlər üçün idrak məsələlərini formalaşdırmaq;

- müstəqil işin hər bir bilik mənbəyi ilə təchiz edilməsi;

- dərs materialının həcmini müəyyənləşdirmək;

- öyrənməyə maraqları müəyyənləşdirməkdən ötrü metodika dü­şün­mək;

- yazılı və şifahi çalışmaları seçmək;

- oyun materiallarını seçmək;

- informasiya materiallarını seçmək;

- müəllimin özünün nə etməli olduğunu, şagirdin nə edəcəyini müəyyənləşdirmək;

- tapşırıqların icrası zamanı uşaqların rastlaşdığı çətinlikləri gör­mək;

- ilk dəqiqələrdən şagirdlərin işə necə qoşulmasını düşünmək;

- ev tapşırıqlarının həcmini müəyyənləşdirmək;

- biliklərin qeydə alınma formalarını əvvəlcədən görmək;

- didaktik təchizatı hazırlamaq.

N.Q.Dayri M.A.Danilovun mülahizələrini dəqiqləşdirmək yo­lunda müvəffəq addım ataraq dərs planı tərtibinin belə bir sxe­mi­ni təklif etmişdir: 1) əldə olunacaq nəticələri müəyyənləşdirmək; a) bi­likləri; b) təfəkkürün inkişafı; c) tərbiyə; 2) müəllim və şa­gird­lə­rin fəaliyyəti priyomalarını müəyyənləşdirmək; 3) yeni materialın öy­rənilməsi (müəllim-şagird); 4) ev tapşırığı (müəllim-şagird).

Lakin təəssüf ki, N.Q. Dayri problemli təlim anlayışında əsa­sən biliklərin problemli şərhini nəzərdə tutur, o, şagirdlərin idrak im­kanlarını kifayət dərəcədə qiymətləndirmir.

Müasir dərsin, ümumiyyətlə, problemli, inkişafetdirici tə­li­min təşkilinin birinci və başlıca şərti yüksək ixtisaslı mütəxəssis – mü­əllim pedaqoqun mövcudluğudur. Təlimin təşkili pedaqoqdan ye­ni səviyyədə sistematik yaradıcı iş tələb edir. Şagirdin psixi və­ziy­­yə­tinin müəyyən edilməsi, onun təlimə hazırlıq dərəcəsi, prob­lem­li vəziyyətin yaradılması, şagirdlərin müstəqil idrak fəaliyy­ət­i­nin stimullaşdırılması, bu fəaliyyətin idarə olunması və s. bütün bun­lar pedoqoji intuisiya, çevik əql, metodik ustalıq, həm də başlı­ca­sı, tədrisin elmi təşkili vərdişlərini tələb edir.

Tədrisə müəllimin hazırlığı başlıca olaraq aşağıdakılarla mü­əy­­yən edilir: a) müəllimin dünyagörüşü, onun elmi-siyasi hazırlığı; b) müəllimin ziyalılıq səviyyəsi; c) uşaqlarla müəllimin humanist mü­nasibəti; ç) müəllimin peşə hazırlığı; d) müəllimin şəxsi key­fiy­yət­ləri.

Pedaqoji tətqiqatlar sübut edir ki, dərsin qurulması və hazır­lan­masının özünəməxsus məntiqi vardır və təlim məşğələsinin plan­laş­dırılmasının iki altsistemi mövcuddur:

1) təlim materialının elmi-metodik təhlili, şagirdlərin öy­rən­mə­yə qabillik dərəcəsi, psixo-pedoqoji hazırlığı, məşğələnin keçiril­mə­sinin vasitə və şəraiti əsasında onun hazırlanmasının altsistemi. Bu alt­sistem dərsin strukturu və müasir təlim-tərbiyə prosesinə tələb­lər­lə şərtlənir.

2) təqvim-illik, tematik və dərs üzrə planlaşmanı özünə daxil edən məşğələnin planlaşdırılmasının altsistemi.

Dərslərin daha çox effektivliyini məşğələnin hazırlanmasının elə sistemi təmin edir ki, o, təlim materialının özünün məzmununun hər­tərəfli təhlilinə əsaslanmış olsun. Həm tematik, həm də dərs üz­rə planlaşma aşağıdakı hazırlıq sisteminin gözlənilməsini zəruri edir: 1) təlim materallarının komponenti (anlayış) üzrə təhlili; 2) psi­xoloji təhlili; 3) məntiqi təhlili; 4) təlim materiallarının tərbiyəvi əhə­miyyətinin təhlili; 5) didaktik təhlil.

Bu barədə də maraqlı baxışlar yox deyildir. Məsələn, M.İ.Max­­­­mutovun fikrincə, tematik planlaşdırılmanın sxemi beş bölmə­dən ibarətdir, onların hər biri bir sıra elementlərə malikdir (üm­u­miy­­yətlə, dərslər sistemi üçün zəruridir), lakin müxtəlif tip dərslərdə müx­təlif məzmuna malikdir. Tematik planın bölmələrinin məzmunu belə­dir:



I. Mövzunun adı və ya dərslər sistemi proqramdan götürü­lü­r­.


  1. Yüklə 1,17 Mb.

    Dostları ilə paylaş:
1   ...   337   338   339   340   341   342   343   344   ...   435




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin