Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Dərsin ideya-siyasi, elmi-nəzəri və əməli səviyyəsini yük­səlt­mək



Yüklə 1,17 Mb.
səhifə337/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   333   334   335   336   337   338   339   340   ...   435
Pedaqogika I cild

Dərsin ideya-siyasi, elmi-nəzəri və əməli səviyyəsini yük­səlt­mək üçün lazım gələn ən mühüm tələblərdən biri məhz dərsin hə­yat­la əlaqələndirilməsinin təmin edilməsidir. Dərsə verilən tələb­lər­dən bəhs edərkən bu mühüm tələbi unudub keçmək yolveril­məz­dir. Hər şeydən əvvəl onu qeyd edək ki, bu tələbə riayət edilmədən ve­ri­lən dərs, öz təhsil-tərbiyə əhəmiyyətini məh­dudlaşdırır, şagird­lərdə ma­raq oyatmır, hətta formalizmin kök salması üçün geniş meydan açır, ancaq bilmək xatirinə öyrənmək əhvali-ruhiyyəsi do­ğu­rur. Ona gö­rə də şagirdlərə müxtəlif fənlər üzrə öyrəndikləri bi­lik­lərin hə­yat­la necə əlaqədar olduğunu dərk etdirmək, şübhəsiz dərsin yüksək key­fiyyətdə keçirilməsinə xidmət edir.

Hər bir dərs imkan dairəsində ölkənin, dünyanın müasir icti­mai, siyasi və iqtisadi problemləri, baş verən hadisələri, elmin və tex­ni­kanın ən yeni nailiyyətləri, sənaye və kənd təsərrüfatı isteh­sa­la­tı ilə əlaqələndirilməlidir. Unuda bilmərik ki, şagirdləri həyata, əmə­yə hazırlamaq məsələsi (vəzifəsi), hər şeydən əvvəl, onları res­pub­li­ka­nın ictimai-iqtisadi və mədəni həyatı ilə tanış etmək yolu ilə ye­ri­nə yetirilə bilər. Dərsin həyatla əlaqəsi dedikdə, bunu hər dərsin sü­ni surətdə bu və ya başqa həyatı hadisə ilə bağlanması kimi düşün­mək olmaz. Dərsin həyatla əlaqəsi, təcrübənin göstərdiyi kimi, müx­təlif formada və müxtəlif yollarla həyata keçirilə bilər. Hər şey­dən əvvəl, bu texnikanın, sənayenin, kənd təsərrüfatının tərəqqi­sin­də, insan cəmiyyətinin, insanın özünün, onun zehni və fiziki qüvvə­lə­rinin, dünyagörüşünün inkişafında, bu və ya digər başqa elmi nə­zə­riy­yənin, bu və ya başqa elmi qanunun, elm və texniki ixtiranın oy­nadığı rolu şagirdlərə dərk etdirməkdən ibarətdir. Şagirdləri fən­lər üzrə təlim prosesində başa salmaq lazımdır ki, insan elmə istinad edə­rək xariqələr yaradır, eyni zamanda insanın ictimai təcrübəsi ilə ümu­miləşdirilir, elm və texnika insan əməyini yüngülləşdirir, onu daha çox məhsuldar edir. Lakin bütün bu anlayışlar şagirdlərə doq­ma­tik şəkildə, bir və ya iki dərsdə deyil, müxtəlif fənlər üzrə verilən dərs­lər sistemində tədriclə, müxtəlif formalarda aşılanr.

Təlim prosesi dərsdə ona istiqamətləndirilməlidir ki, Azər­bay­can vətəndaşının daşımalı olduğu ideyalar şagirdlərdə inama, əqi­də­yə, ideoloji mübarizə silahına çevrilsin. Bu məqsədlə təlim prosesi elə qurulmalıdır ki, şagirdlər bu ideyaları formal deyil, daxilən, də­rin­dən dərk etsinlər, o ideyalarla yaşasınlar, emosional əhvali-ruhiy­yə­ni duya bilsinlər. Məhz buna görədir ki, təlimdə emosionallıq, emo­siyanın rolu inkaredilməzdir. Əlbəttə, bu yeni məsələ deyildir. Tə­lim prosesində, şagirdlərdə müsbət və ya mənfi emosiyaların oya­dıl­masının zəruriliyini inkar edən yoxdur, lakin əməli cəhətdən onu çox zaman həyata keçirmək qayğısına qalmayanlar da az deyildir. Bu­na görə də dərslərin təşkili və gedişində cansıxıcılıq, biganəlik hal­ları az olmur. Təəssüflə demək lazımdır ki, hələ heç də bütün mü­əl­limlər və məktəb rəhbərləri dərk etməmişlər ki, dərs vermək mə­harəti təkcə biliyi dürüst şərh etməkdə deyildir, həm də şagird­lər­də böyük və dərin maraq oyatmaqdadır: bu isə sinifdə əhvali-ru­hiy­yə yük­sək olduğu zaman mümkündür. Məhz buna görə də biz dər­sin yük­sək elmi-siyasi səviyyəsindən danışarkən və bu kimi digər mə­sə­lələrə toxunarkən, təlim və emosionallığın, hisslərin dərsdə ehti­za­za gətirilməsindən yan keçə bilmərik. Əksinə, onu xüsusi ola­raq nə­zərə almalıyıq. Məlumdur ki, şagirdlərə bilik öyrən­məyə, el­min sir­lərinə bələd olmağa maraq hissi, didaktik vəzifənin yerinə ye­tiril­m­ə­sindən asılı olaraq sevinc və ya kədər, rəğbət və ya nifrət, iftixar və ya biganəlik hissi oyatmadan onlara verilən elmi biliklər möh­­kəm olmaz, uşaqların mənəvi aləmini zənginləşdirmək mümkün ol­ma­z.

Qabaqcıl məllimlərin təcrübəsi açıq göstərir ki, dərsin emo­sio­nal təsir qüvvəsindən hər bir fənnin təlimi prosesində istifadə et­mək mümkündür. Fənnin tədrisi ustası olan hər bir müəllim dərs­lə­rin­də elə misallar və ya faktlar gətirə bilər ki, şagirdlərdə ya şad­lıq, ya da məyusluq, ya fərəh, hüsn-rəğbət, iftixar, ya da nifrət, qə­zəb, ik­rah və s. hissləri doğursun. Belə priyomların isə tərbiyəvi təsir gü­cü inkaredilməzdir.

Mühüm məsələlərdən biri də dərsdə təlim prosesinin inten­siv­l­əşdirilməsidir. Bu da yeni məsələ deyildir. Təlim prosesini inten­siv­­ləşdirmək, məlum olduğu üzrə böyük və mürəkkəb məsə­lədir. Bu­rada ancaq bir cəhətə-təlim prosesinin dərsdə intensivləş­di­ril­məsi məsələsinə toxunmaq istərdik. Təlim metodlarının, həmçinin dərsin tək­milləşdirilməsi, müxtəlif təlim texnologiyalarının tətbiqi də bu mə­sələni açmağı təkidlə tələb edir.

Təlim priyomlarının mürəkkəbliyi, həmçinin dərsdə müstəqil iş­lərin təşkili, problemli şərhin və digər bu kimi axtarış metodlarının tət­biqi, aydındır ki, çox vaxt tələb edir. Dərslərin müddətini və ya dərs ilini uzatmağa isə imkan yoxdur. Əsas çıxış yolu bu məqsədlə dərs­də təlim prosesini intensivləşdirməkdən ibarətdir. Dərsi inten­siv­­ləşdirmənin mahiyyəti isə vaxt ölçüsü vahidini dəyişdirmədən gö­rülən işlərin miqdarını, keyfiyyətə xələl gətirmədən artırmaqdır. Bu­nun üçün dərsin hər dəqiqəsindən səmərəli istifadə etmək, bir də­qi­qənin belə boş keçməsinə yol verməmək, hər şagirdin dərsin əv­və­lindən axırınadək gərgin işləməsini təmin etmək lazımdır. Dərsin in­tensivləşdirilməsi xüsusi priyomla deyil, dərsin hər mərhələsində, pri­yomlar sistemindən istifadə etməklə yerinə yetirilə bilər.



Dərsdə bütün şagirdlərin məhsuldar təlim işi ilə əhatə edil­mə­si, onların dərketmə fəaliyyətinin aktivləşdirilməsi çox vacib məsə­lə­lərdəndir. Şagirdlərin hər birinin dərsdə gərgin işləməsini təmin et­mək hər şeydən əvvəl, onların idrak fəaliyyətini aktiv­ləşdirmək dər­sin təkmilləşdirilməsinə əsas tələblərdən biri hesab edilir. Bu da təsa­düfi deyildir, çünki şagirdlərin idrak fəaliyyətini təlim prosesin­də aktivləşdirmək elə bir mühüm tələbdir ki, ona istinad edərək on­ların hazırlıq səviyyəsini əsaslı surətdə yüksəltmək mümkündür. Dərs­də şagirdləri fəallaşdırmaq tələbi pedaqogika tari­xin­də yeni mə­sə­lə deyildir. Zəmanələrinin görkəmli pedaqoqları gör­məyə bil­məz­dilər ki, pedaqoji prosesin keyfiyyətini yüksəltmək üçün müəl­li­min yeni dərsi məharətlə şərh etməsi ilə yanaşı, şagird­lə­rin dərsdə fə­al iştirakı, onların zehni, əqli cəhətdən fəallıq gös­tər­mə­ləri də mü­hüm şərtdir. Buna görə də onlar dərsin “şablon­laş­dırıl­ması”nı, sö­nük və maraqsız keçirilməsini müxtəlif şəkildə tənqid etmiş, belə dərs­lərin şagirdlərdə zehni inkişafı ləngitdiyini açıb göstərmişlər. K.D.Uşinski təkidlə tələb edirdi ki, şagirdlər dərsdə, mümkün qədər fə­al və müstəqil işləsinlər, müəllim isə onların bu cür işləmələrinə rəh­bərlik etməklə material versin. Məhz bu münasibətlə o, şa­gird­lə­rə “öyrənməyi öyrətmək lazımdır”- deyirdi, yəni onları elə işlətmək la­­zımdır ki, yeni anlayışları müs­təqil olaraq asanlıqla dərk etməyi öy­rənsinlər. Bu baxımdan o, təlim prosesində müqayisəyə xü­su­si yer verməyi tələb edir və göstərirdi: “Tərbiyəçi imkan daxilində lap əvvəlcədən uşağı elə öyrətməlidir ki, o, başqası tərəfindən (şi­fa­hi və ya kitab vasitəsilə) ona şərh edilən biliyi düşün­mədən mənim­sə­məsin, əksinə, öyrəndiyi bilikləri öyrənmiş olduqları ilə müqayisə et­sin, tutuşdursun”. O zamanlar məlum səbəblərdən bu qabaqcıl fi­kirlərin məktəblərə daxil edilməsinə mane olurdular. Sevindirici hal­dır ki, dərsdə şagirdlərin fəallaşdırılması ilə bağlı qabaqcıl iş təc­rü­bəsi Azərbaycan məktəb­lərində özünə yer almaqdadır.

Şagirdlərin idrak fəaliyyətinin gücləndirilməsi probleminin ma­hiyyətinə gəldikdə isə deməliyik ki, bu heç də xüsusi bir pri­yom­la başa gələn iş deyildir. Bu, şagirdlərin təlim prosesində bütün zeh­ni qüvvələrini aktivliklə işlətməsini, yeni bilikləri mənimsəməyə də­rin maraq gösərməsini, təlim prosesində müstəqil hərəkət etməyə ça­lış­masını, qarşıya çıxan çətinlikləri yox etməyə səy göstərməsini tə­ləb edən mühüm didaktik prinsipdir. Məhz buna görə də dərsə ve­ri­lən bu tələbin yerinə yetirilməsi kompleks surətdə bir sıra pedaqoji tə­ləblər nəticəsində, o cümlədən, həm təlim metodlarının səmərəli tət­biqi, həm də təlim texnologiyalarının məzmuna və sinifə görə düz­gün mü­əy­yənləşdirilməsi, həm fənlərarası əlaqəni, xüsusilə şa­gird­lərin müs­təqil fəaliyyətinin təşkil olunması və s. yolu ilə həyata ke­çirilə bilər.

Yeri gəlmişkən, qeyd edək ki, məktəblilərin tədris məşğələlə­ri­nə marağının azalması kimi qorxulu meyil yarananda (bu XX əsrin 70-ci illərinə təsadüf etmişdir) müəllimlər şagirdlərin əqli əməkdən üz döndərməsinin qarşısını müxtəlif üsullarla almağa cəhd göstər­di­lər. Kütləvi praktikada bu problemə diqqət yetirilərək qeyri-standart dərs­lər təşkil edildi. Məqsəd şagirdlərdə tədris əməyinə maraq oyat­maq və o marağı saxlamaq idi. Qeyri-standart dərslər standart struk­turu olmayan impovizə edilmiş tədris məşğələləridir.

Təbii ki, qeyri-standart dərslər öz məqsədinə, təşkilinə, ke­çi­ril­mə metodikasına görə qeyri-adi dərslərdir, onlar ciddi strukturu, mü­əyyən iş rejimi olan gündəlik tədris məşğələlərinə nisbətən şa­gird­lərin daha çox xoşuna gəlir. Ona görə də, müəllimlər belə qeyri-stan­dart dərslərdən də istifadə etməlidirlər. Amma qeyri-standart dərs­ləri başlıca iş formasına çevirmək olmaz. Dərslər-işgüzar oyun­lar, dərslər-mətbuat konfransı, yarış dərsləri, məsləhət dərsləri, kom­pyuter dərsləri, qarşılıqlı təlim dərsləri, yaradıcılıq dərsləri, dərs­­­lər-oyunlar, fantaziya dərsləri, dərslər-konsertlər, məqbul dərs­ləri, dia­loq dərslər, dərslər-rollu oyunlar, dərs-seminarlar, inteqral dərs­lər, “məhkəmə” dərsləri və s. bu kimi qeyri-standart formalara alu­də­çilik etmək olmaz. Çox vaxt apardığına, ciddi əqli əmək sərf edil­mədiyinə və yüksək nəticə qazanmadığına görə onları sistem ha­lın­da tətbiq etmək məqsədəuyğun deyildir.

Təlim prosesinin təşkilinin digər formaları (köməkçi forma­la­rı) sırasına dərnəklər, praktikumlar, seminarlar, konfranslar, məslə­hət­lər, fakültativ məşğələlər, tədris ekskursiyaları, şagirdlərin müs­tə­qil işləri (evdə) və s. aiddir. Bu formalar şərti olaraq köməkçi for­ma­lar adlanır, ola bilər ki, onlardan bəziləri məsələn, seminarlar, ev­də müstəqil işlər, fakültativ məşğələlər, ekskursiyalar müəyyən vaxt təlimin təşkilinin əsas forması statusunda çıxış etsin.

Qeyd etmək lazımdır ki, şagirdlərin evdə müstəqil işi mək­təb­dən­kənar əsas və stabil məşğələ növlərindəndir. Bu iş növü təlim pro­se­sinin tərkib hissəsidir. Onun başlıca məqsədi şagirdlərin dərs­lər­də aldıqları bilik və bacarıqları genişləndirmək, dərinləşdirmək, unut­manın qarşısını almaq və həm də onların fərdi meyillərini, iste­dad və qabiliyyətlərini inkişaf etdirməkdir.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   333   334   335   336   337   338   339   340   ...   435




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin